Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1831/2022 09.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi, Maraqlı şəxs1 qəyyumluq və himayə orqanının nümayəndəsi X5 iştirakı ilə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1987-ci il təvəllüdlü bacısı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1987-ci il təvəllüdlü X6 onun bacısıdır. Bacısı Mətanət “əqli gerilik” diaqnozu ilə anadangəlmə xəstədir, özünü idarə edə bilmir, yəni hərəkətlərinin mahiyyətini anlamır, qulluğa və köməyə ehtiyacı var. Bacısına özü baxırdı və qulluq göstərirdi, sonra isə psixi durumu ağırlaşdı, özünə və kənar şəxslərə zərər yetirməməsi üçün bacısını “Respublika Psixiatriya Xəstəxanası”na yerləşdirdi. Hazırda bacısı Mətanətin hüquqlarını həyata keçirmək və müəyyən məsələlərin həlli üçün üzərində qəyyum təyin olunmalıdır. Ona görə də ərizənin təmin olunmasını, bacısı xx.xx.1987-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs1 Qəyyumluq və himayəçilik orqanının nümayəndəsi X7 ekspertiza rəyini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir şəhər X1 məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 6171 №-li xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, xx.xx.1987-ci il təvəllüdlü, Mingəçevir şəhəri, Tərəvəzçilik Sovxozunda qeydiyyatda olan X6 xx.xx.2012-ci il tarixdə “Respublika Psixiatriya Xəstəxanası”na stasionar müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserindən verilmiş xx.xx.2000-ci il tarixli ambulator xəstənin tibbi kitabçasından görünür ki, X6 xx.xx.2000-ci il tarixdə “ağır ağıl kəmliyi, ağır subnormallıq” diaqnozu ilə qeydiyyata götürülmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli, 2806 №-li rəyində göstərilir ki, X4 ağır dərəcəli əqli gerilik aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. Buna görə də X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin olunmalı, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1831/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1831/2022
09.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver