Məhkəmə qərarları › İş №2(051)-184/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-184/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-184/2025 15.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğu, Cavabdeh3 İyas oğlu və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə oğunun iştirakları ilə İddiaçı oğunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qızına qarşı kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı Məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğu, Cavabdeh3 İyas oğluna qarşı kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı vəkili məhkəmə iclası zamanı ərizə təqdim edərək iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı iddia ərizəsinin baxılmamış saxlanmasına etirazının olmadığını bildirdi. Cavabdeh2 oğu məhkəmə iclası zamanı iddia ərizəsinin baxılmamış saxlanmasına etirazının olmadığını bildirdi. Cavabdeh3 məhkəmə iclası zamanı iddia ərizəsinin baxılmamış saxlanmasına etirazının olmadığını bildirdi. Məhkəmə icası zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəf ərizənin geri qaytarılmasını tələb etdiyindən və cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Dövlət rüsumunun geri qaytarılması halları ilə bağlı MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oğunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası baxılmamış saxlansın. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı oğuna geri qaytarılsın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar