Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1841/2021 26.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi İddiaçı vəkili Qanuni nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı mirasın faktiki qəbul edilməsi barədə ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bayramov X2 şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin miras əmlak kimi onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəkili Qanuni nümayəndə məhkəmə iclası zamanı ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, iş üzrə ilkin araşdırma zamanı müəyyən olundu ki, ərizəçinin mərhum atası X3 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil 07.06.2013-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyət hüququ ilə X1 adına sənədləşdirilmişdir. Ərizəçi ilə mərhum X1 isə qohum əlaqəsi yoxdur. İşin faktiki halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizəçinin mirasın faktiki qəbul edilməsi barədə mülki işinə hüquqi əhəmiyyətli fakt kimi xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Belə ki, qeyd olunan faktla bağlı mübahisə olduğundan, işə xüsusi icraat qaydasında baxılması istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin miras əmlak kimi onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev.
Məhkəmə qərarları › İş №2(051)-1841/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1841/2021
26.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver