Məhkəmə qərarları › İş №2(051)-1847/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1847/2022

26.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1847/2022 26.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Mingəçevir şəhər Asan Xidmət Mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı bağışlanma müqavilənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi barədə və iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Mingəçevir şəhər Asan Xidmət Mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Cavabdeh2 ilə digər Cavabdeh3 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilmsəi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən qeydə alınmış xx.xx.2021-ci il tarixli ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə və iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddia ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh3 ailəli olmuşlar və birgə nikahlarından bir övladları olmuşdur. Onlar arasında nikah rəsmi qaydada pozulmuş və ayrılmışlar. Birgə nikahları dövründə Yevlax Rayonu Əkşəm kəndində 0,10 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində ev tiksələr də boşandıqdan sonra evdəki təmir işlərini İddiaçı həyata keçirmişdir. Ağdaş rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli, 2(014)-437/2015 saylı qətnaməsinə əsasən Nəsimi adlı uşağın saxlanması üçün Cavabdeh3 hər ay 100 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh alimenti ödəmədiyi üçün CM-nin 306.1-ci maddəsinə əsasən məhkəməyə verilmişdir. Sözügedən borcun müqabilində cavabdehə məxsus 0,10 ha torpaq sahəsi İddiaçı bağışlanmışdır. Ağdaş rayon Məhkəməsinin 04 aprel 2017-ci tarixli hökmündə də sözügedən hallar öz əksini tapmışdır. Cavabdeh3 İlə İddiaçı arasında olan müqavilə 30 mart 2017-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. Sözügedən torpaq sahəsi 2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Odur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən qeydə alınmış xx.xx.2021-ci il tarixli ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə və iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçınun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh3 onun doğma qardaşıdır. Sözügedən mübahisəli torpaq sahəsi əvvəlcədən onun adına olmuşdur. Həmin vaxt o subay olmuşdur. Qardaşı Taleh evlənəndən sonra yaşamağa yeri olmadığı üçün həmin torpaqdakı evdə yaşaması üçün ona icazə verib. Həmin torpaq 2007-ci il tarixdə alınıb. Ev zamanla tikilib. Evi Taleh yox o tikib. Sonradan o da evlənib və 3 uşağı olub, Taleh isə boşanıb və evi boşaldıb. Evdə də özü yaşamağa başlayıb. İddiaçı heç bir əmlak hədiyyə edilməyib. Ona görə də iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, ev qardaşı Vüsala məxsus olmuşdur. Evi də o tikib və İddiaçı torpaq sahəsi bağışlamayıb. Aralarında hər hansı bağışlama müqaviləsi olamamışdır. Ona görə də iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Mingəçevir şəhər Asan Xidmət Mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrnin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Cavabdeh3 və digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, habelə iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 08 oktyabr 2021-ci il tarixdə bağlanmış, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış müqavilədən görünür ki, Ağdaş rayon, Yenikənd kəndində yaşayan Cavabdeh3 03 mart 2017-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən əsasən özünə məxsus olan Yevlax rayon Əkşəm kəndində yerləşən 0.10 hektar torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. Belə ki, işdə olan 30 mart 2017-ci il tarixdə bağlanmış, Yevlax rayon 2 saylı Notariat ofisinda 4Ə-83 nömrəli reyestrdə qeyd edilmiş müqavilədən görünür ki, Ağdaş rayon, Yenikənd kəndində yaşayan Cavabdeh3 özünə məxsus olan Yevlax rayon Əkşəm kəndində yerləşən 0.10 hektar torpaq sahəsini İddiaçı bağışlamışdır. İşdə olan Nikahın Pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında olan nikahın pozulması 09 mart 2017-ci il tarixdə 31 nömrə ilə akt qeydləri kitabına əlavə edilmişdir. İşdə olan 30 mart 2017-ci il tarixli qəbzdən və ödəniş tapşırığından görünür ki, Cavabdeh3 03 mart 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında tam mülkiyyətində olan 0,10 ha torpaq sahəsini İddiaçı bağışlamaq məqsədilə 250 manat məbləğində vergi ödənişi etmişdir. İşdə olan Ağdaş rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli hökmünün sürətindən görünür ki, Cavabdeh3 AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinmiş və qazancından 20 % dövlət nəfinə pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli Arayışın surətindən görünür ki, Cavabdeh3 adına Yevlax rayon Əkşəm kəndində yerləşən 0,10 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ƏMDK-nin DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən Yevlax rayon Əkşəm Kəndində yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Yevlax rayonu Əkşəm kəndində yerləşən 0,10 ha torpaq sahəsi **********52 reyestr nömrəsi ilə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş digər sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh3 ailəli olmuşlar və birgə nikahlarından bir övladları olmuşdur. Ağdaş rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 2(014)- 437/2015 saylı qətnaməsinə əsasən Nəsimi adlı uşağın saxlanması üçün Cavabdeh3 hər ay 100 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh alimenti ödəmədiyi üçün CM-nin 306.1-ci maddəsinə əsasən cinayət işi açılmışdır. Sözügedən borcun müqabilində cavabdehə məxsus 0,10 ha torpaq sahəsi İddiaçı bağışlanmışdır. Ağdaş rayon Məhkəməsinin 04 aprel 2017-ci tarixli hökmündə də sözügedən hallar öz əksini tapmışdır. Cavabdeh3 ilə İddiaçı arasında olan müqavilə 30 mart 2017-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. Sözügedən torpaq sahəsi 2017-ci il tarixdən İddiaçı keçmişdir. Daha sonra 08 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə sözü gedən torpaq sahəsi Cavabdeh2 bağışlanmışdır Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlanma etibarlıdır. Azərbaycan respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli Plenum Qərarına əsasən müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin 407.2ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı İlə Cavabdeh3 arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış etibarlı bağışlama müqaviləsi, bağışlanan torpaq sahəsi üzərində Cavabdeh3 tam mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, yüklü olmadığından, həmçinin ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlamadığından, müqavilə notariat qaydasında təsdiq edildiyindən, yalnız iddiaçının istinad etdiyi dəlillər həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Həmçinin İddiaçı tərəfindən razılığın ifadəsi olaraq müqavilənin notarial qaydada təsdiq edilməsi və Cavabdeh3 tərəfindən bağışlanma müqaviləsinin həyata keçirilməsi məqsədilə yazılmış ərizə tərəflər arasında müqaviləyə könüllü olduqlarını sübuta yetirir. Belə ki, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Məhkəmə, hesab edir ki, etibarlı şəkildə bağlanmış bağışlama müqaviləsi əsasında cavabdeh İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır. 144.3. Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşdə olan ünvan 1 ünvanlanmış 08 oktyabr 2021-c il tarixli ərizədən görünür ki, Cavabdeh3 tam mülkiyyət hüququ ilə sahibliyində olan Yevlax rayon Əkşəm Kəndində yerləşən 0,10 ha torpaq sahəsini cavabdeh İddiaçı keçirmək istədiyini bildirmişdir. Belə olan halda sözügedən ərizə və ona əlavə olunan sənədlərin hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Həmin qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Belə olan halda məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, 30 mart 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi notarial qaydada bağlanmasına baxmayaraq, müvafiq icra hakimiyyət orqanının müəyyənləşdirildiyi qaydada mülkiyyət hüquqları qeydiyyata alınmamış, buna görə də İddiaçı mülkiyyətə dair çıxarış ala bilməmişdir. Bununla yanaşı, məhkəmə preyudusial əhəmiyyətə malik olan Ağdaş rayon Məhkəməsinin 1(014)-12/2017 saylı 04 aprel 2017-ci il tarixli hökmünü də əsas tutaraq qeyd edir ki, AR CM 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh3 barəsində yüngül cəza təyin edilməsinin səbəbi də məhz 1184 manat aliment borcunun ödənilməsi məqsədilə 0,10 hektar torpaq sahəsinin İddiaçı bağışlaması olmuşdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Eləcə də, hər bir müqavilələr mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bağışlama müqaviləsi də anlayışına, mahiyyətinə və hüquqi təbiətinə görə bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsinin notariat qaydasında təsdiqlənməsi artıq onun etibarlılığı deməkdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 tərəfindən xx.xx.2017-ci il tarixdə mübahisəli torpaq sahəsinin iddiaçıya bağışlanması barədə notariat qaydada təsdiqlənmiş bağışlama müqaviləsi olduğu halda, həmin müqavilə barədə çıxarışın əldə olunması üçün elektron qaydaya riayət edilməməsi onun etibarsızlığına gətirib çıxara bilməz, həmçinin iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış müqavilənin etibarlı olması həmin torpaq sahəsi barəsində Cavabdeh3 ilə Cavabdeh2 bağlanmış ikinci bağışlama müqaviləsinin etibarsız edir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, xx.xx.2017-ci il tarixdə mübahisəli torpaq sahəsinin iddiaçıya bağışlanması barədə notariat qaydada təsdiqlənmiş bağışlama müqaviləsinin olması, Cavabdeh3la digər Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılması, onun hüquqi nəticələrinin ləğv edilməsi, habelə mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi üçün əsadır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın - mübahisəli torpaq sahəsinə dair Cavabdeh3la digər Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılması, onun hüquqi nəticələrinin ləğv edilməsi, habelə mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi hissəsinə dair iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, iddianın tələbinin - iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasına dair hissəsində isə təmin edilməməlidir. Belə ki, bu tələb iddia formasında verilə bilməz, məhkəmə sözü gedən pozuntuları aşkara çıxardığı təqdirdə xüsusi qərardad çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əşyanın bağışlama müqaviləsi etibarsız hesab edilsin, onun hüquqi nəticələri ləğv edilsin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar