Məhkəmə qərarları › İş №2(051)-1875/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1875/2020

04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1875/2020 04.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfullaoğlu, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı “uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı iddiaərizəsiilə Mingəçevir şəhərməhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 onun himayəsində qalması və 170 (bir yüz yetmiş) manat alimentin Cavabdeh məhkəməyə müraciət etdiyi vaxtdan tutulub onun xeyrinə ödənilməsi haqqında qətnaməçıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olaraq hesab edirəmki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Beləki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi iddiaçı və ya onun buna imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Lakin İddiaçı iddia ərizəsi imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin iddia ərizəsinin qaytarılmasının əsaslarını müəyyən edən 152.1.2-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsi imzalanmadıqda, hakim iddia ərizəsini geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.2, 152.2- 152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Cavabdeh qarşı uşağın himayədə qalması və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar