Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1883/2023 23.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili onun mülkiyyətindədir və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, ilk əvvəl qeyd olunan mənzil mərhum atası X1 mülkiyyətində olmuşdur. Atası hələ sağlığında həmin evi ona vəsiyyət etmişdir. X5 01 yanvar 1995-ci ildə, anası X2 isə 31 mart 1992-ci ildə rəhmətə getmişlər. Bundan sonra o atasının tək varisi kimi miras əmlakı qəbul etmiş və hazırda həmin mənzil onun mülkiyyətindədir. Buna baxmayaraq o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Belə ki, mülkiyyətində olan mənzildə Cavabdeh yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehin ona məxsus mənzildən istifadə hüququ tanınmışdır. Lakin, o, öz mülkiyyətində olan mənzilə gedib yaşamaq istəyən zaman, Cavabdeh onu küçə söyüşləri ilə söyüb təhqir edir, onu qeyd olunan mənzilə buraxmır, barəsində əsassız olaraq polis şöbəsinə şikayət etmişdir ki, guya onu döymüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə barəsində olan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Göründüyü kimi cavabdehlə bir mənzildə yaşamaq mümkün deyildir. Halbu ki, Mingəçevir şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili onun mülkiyyətindədir. Buna baxmayaraq o, mülkiyyətindən istifadə edə bilmir. O, hazırda öz mənzilinə yığışıb yaşamaq istəyir. Lakin, cavabdeh buna mane olaraq onun mülkiyyət hüququnu pozur. Ona görə də Cavabdeh 6000 (altı min) manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, 10000 manat verildikdə xitama razıdır. O mümkün olmadıqda ən azı məhkəmənin təklif etdiyi 8000 manata razılıq verə bilər. Bundan aşağısı mümkün deyil. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 773/2022 saylı qətnaməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(107)- 537/2023 saylı qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı mənzildən məcburi qaydada çıxarılması tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməsi qət edilmiş, Cavabdeh mənzilə istifadə hüququnun tanınması qarşılıqlı iddia tələbinin təmin edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-773/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmədə müəyyən olundu ki, Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən mənzildə cavabdehin istifadə hüquqları vardır. Hazırda iddiaçı öz müliyyət hüquqlarını lazımi qaydada icra edə bilmədiyi üçün cavabdehlərin sözügedən mənzildən 6000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır: İlk növbədə iddia tələbinin əsası olan cavabdehə kompensasiya kimi 6000 manat məbləğində pul təklif etməsi məhkəmə tərəfindən qəbul edilməzdir. Cavabdehin mülkiyyətində və ya istifadəsində başqa yaşayış sahəsi yoxdur. Cavabdehin istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmış və cavabdeh sözügedən mənzildən istifadə hüququna xitam verilməsinə və göstərilən məbləğə razı olmamışdır. Cavabdehə təklif olunan kompensasiyanın məbləği, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehlərə təklif olunun 6000 manat pul isə bugünki kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. Məhkəmə tərəfindən təklif olunmuş və cavabdehin isə həmin məbləğlə razılaşdığı kompensasiya kimi 8000 manat məbləğində pulun iddiaçı tərəfindən kompensasiya kimi verilməsinə isə iddiaçı razı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İddia tələbinin hüquqi əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə tərəfindən təklif olunmuş və cavabdehin isə həmin məbləğlə razılaşdığı pulun ödənilməsinə iddiaçı imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarları nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehlərin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehlərin istifadə hüququnun yaranma müddəti, cavabdehlərin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehlərin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehlərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı 6000 manat kompensasiya ödəməklə Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinə cavabdehin istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1883/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1883/2023
23.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver