Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1893/2022 21.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 88,30 kv. metr sahədən ibarət mənzilinə Cavabdeh 1/12 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 3500 (üç min beş yüz) manat kompensasiya verilməklə xitam verilməsi, Mingəçevir şəhəri Təbriz küçəsi 3C ünvanında yerləşən qeyri-yaşayış binasına Cavabdeh 1/36 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 1000 ( bir min) manat kompensasiya verilməklə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqda təkrar rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Təbriz küçəsi 3 saylı evin, 27 saylı mənzili paylı mülkiyyət hüququ üzrə onun 8/12 hissə, X1 1/12 hissə, X3 1/12 hissə, X4 1/12 hissə, Cavabdeh 1/12 hissə olmaqla adlarımıza daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzil 88.3 kv. metr sahədən ibarətdir. Həmçinin ünvan 2 ünvanda yerləşən qeyri yaşayış binası paylı mülkiyyət hüquqü üzrə X7 12/36 hissə , X2 12/36 hissə, onun 8/36 hissə, X1 1/36 hissə, X3 1/36 hissə, X4 1/36 hissə, Cavabdeh 1/36 hissə olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyri-yaşayış sahəsi 45.50 kv. metr sahədən ibarətdir. Qeyd edir ki, həmin qeyri-yaşayış sahəsi faktiki 3 hissəyə - X11, X2 və onların birgə hüquqları üzrə 3 hissəyə bölünmüşdür. Bu səbəbdən cavabehlərlərlə olan ümumiliyə son qoymaq istəyir. O, cavabdehə payının ödənilməklə bölünməsini dəfələrlə təklif də etmişdir. Ancaq razılığa gələ bilmirlər. Onu da qeyd edir ki, o, məhkəməyə cavabdehlərə qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair ərizə ilə müraciət etdim və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051 )-92/2022 saylı qətnaməsinə əsasən, mənim iddia tələbim təmin edilməmişdir. Ona görə də ünvan 1 ünvanda yerləşən 88,30 kv. metr sahədən ibarət mənzilinə Cavabdeh 1/12 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 3500 (üç min beş yüz) manat kompensasiya verilməklə xitam verilməsi, Mingəçevir şəhəri Təbriz küçəsi 3C ünvanında yerləşən qeyri-yaşayış binasına Cavabdeh 1/36 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 1000 ( bir min) manat kompensasiya verilməklə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Təbriz küçəsi 3 saylı evin, 27 saylı mənzili 1/12 hissədə X1, 1/12 hissədə X3, 1/12 hissədə X4, 1/12 hissədə Cavabdeh və 8/12 hissədə İddiaçı adına qeydə alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Təbriz küçəsi 3 c saylı qeyri yaşayış binası12/36 hissədə X7, 12/36 hissədə X2, 1/36 hissədə X1, 1/36 hissədə Vəliyeva İlhaməƏləddin, 1/36 hissədə X4, 1/36 hissədə Cavabdeh və 8/36 hissədə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-92 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X5, X6, X8 və Cavabdeh qarşı Mingəçevir şəhəri, Təbriz küçəsi 3 saylı evin 27 saylı mənzilinin, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış binasının paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Mingəçevir şəhərində Sağ sahildə yerləşən Təbriz küçəsi ev 3, mənzil 27-də olan bina yaşayış evinin noyabr 2021-ci il tarixdə orta bazar satış qiyməti 45000 manat dəyərində qiymətləndirilimişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Mingəçevir şəhəri Təbriz küçəsi 3 saylı evin, 27 saylı mənzili paylı mülkiyyət hüququ üzrə mənim 8/12 hissə, X1 1/12 hissə, X3 1/12 hissə, X4 1/12 hissə, Cavabdeh 1/12 hissə olmaqla adlarımıza daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzil 88.3 kv. metr sahədən ibarətdir. Həmçinin ünvan 2 ünvanda yerləşən qeyri yaşayış binası paylı mülkiyyət hüquqü üzrə X7 12/36 hissə , X2 12/36 hissə, mənim 8/36 hissə, X1 1/36 hissə, X3 1/36 hissə, X4 1/36 hissə, Cavabdeh 1/36 hissə olmaqla adlarımıza daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyri-yaşayış sahəsi faktiki 3 hissəyə - X11, X2 və onların birgə hüquqları üzrə 3 hissəyə bölünmüşdür Hazırda iddiaçı ilə cavabdehin arasında mülkiyyətin bölünməsi ilə əlaqədar ixtilaf vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, əsaslandıqları dəlilləri və təqdim olunmuş yazılı sübutları müqayisəli surətdə təhlil edib, tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma iləbağlı mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmaqla iddia tələbi təmin olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həçmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.5.2-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cüil tarixli plenumum qərarında qeyd edilir ki, Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. İddiaçı cavabdehin mübahisəli əmlaklardan 1/12 hissə və 1/36 hissə paylı mülkiyyət hüququn olduğunu etiraf edir. Məhkəmə paylı mülkiyyətdə olan əmlakın bazar qiymətini həmin qiymətin paylara uyğunluğunu nəzərə alaraq Ə.Qocayevin ünvan 1 ünvanda yerləşən 88,30 kv. metr sahədən ibarət mənzilə payının cuzi olması qənaətinə gəlir. Bundan başqa Mingəçevir şəhəri Təbriz küçəsi 3C ünvanında yerləşən qeyri-yaşayış binasına, binanın sahəsi nəzərə alındıqda həmin sahəyədə onun paylı cüzidir. Belə ki, qeyri yaşayış binasının sahəsi 45,50 kvadrat metrdir, cavabdehin isə həmin sahəyə payı 1/36 hissə təşkil edir. Həmçinin, paylı mülkiyyətin ayrılması mümkün olmamış və cavabdeh payından istifadə etmir. Yuxarıda qeyd olunan xüsusatlar baxımından məhkəmə hesab edir ki, mülkiyyətçinin mənzilindən və qeyri yaşayış binasından Ə.Qocayevin 1/12 və 1/36 hissədə olan cüzi mülkiyyət paylarının əvəzi kimi təklif olunan, ünvan 1 ünvanda yerləşən 88,30 kv. metr sahədən ibarət mənzilinə Cavabdeh 1/12 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 3500 (üç min beş yüz) manat kompensasiya verilməklə xitam verilməsi, Mingəçevir şəhəri Təbriz küçəsi 3C ünvanında yerləşən qeyri-yaşayış binasına Cavabdeh 1/36 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 1000 ( bir min) manat kompensasiya məbləgi yetərlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən 88,30 kv. metr sahədən ibarət mənzilə Cavabdeh 1/12 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 3500 (üç min beş yüz) manat kompensasiya verilməklə xitam verilsin. Mingəçevir şəhəri Təbriz küçəsi 3C ünvanında yerləşən qeyri-yaşayış binasına Cavabdeh 1/36 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 1000 ( bir min) manat kompensasiya verilməklə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1893/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1893/2022
21.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver