Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1894/2023 19.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi) sənədin məxsusluğunun müəyyən olunmasına dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 saylı qərarı əsasında X11 və X25 Ağdaş rayonu Qobuüstü kəndində yerləşən 0.52 ha torpaq sahəsinin verilməsi barədə JN-132A KOD 90322028 nömrəli şəhadətnamənin X6 və X26 məxsus olması və X3 onun atası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışlar ki, o, xx xxxxxxx 1959-cu ildə Ağdaş rayon Qobu- Üstü kəndində anadan olmuşdur. X1, anası X27r. O, 16 yanvar 1980-ci ildə X29 ilə nikaha girərək Mahmudova soyadını qəbul etmişdir. Atası 10 iyun 2018-ci ildə vəfat etmiş və onun ölüm qeydi 06 iyul 2018-ci ildə X2 aparılmışdır. Anası 28 mart 2001-ci ildə vəfat etmiş və onun ölüm qeydi 02 aprel 2001-ci ildə X15 aparılmışdır. Valideynlərindən Ağdaş rayonu Qobuüstü kəndində yerləşən 0.52 ha torpaq sahəsi miras qalmışdır. Belə ki, onların adına JN-132A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Həmin şəhadətnamə əsasında mülkiyyətə dair çıxarış almaq istəyərkən məlum olmuşdur ki, həmin şəhadətnamədə atasının adı X14, anasının adı X16 qeyd olunmuşdur. Hazırda həmin sənədi verən Ağdaş rayon Aqrar İslahat Komissiyası fəaliyyət göstərmədiyindən düzəlişin həmin şəhadətnamənin verən orqanda aparılması mümkün olmaması barədə 17 saylı Ərazi İdarəsi tərəfindən məktub verilmişdir. Ona görə də məhkəmədən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 saylı qərarı əsasında X11 və X25 Ağdaş rayonu Qobuüstü kəndində yerləşən 0.52 ha torpaq sahəsinin verilməsi barədə JN-132A KOD 90322028 nömrəli şəhadətnamənin X6 və X26 məxsus olması və X4 onun atası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. İşə maraqlı şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X12 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin qardaşı qızıdır. Onun babasının adı Məhəmmədrasuldur. Ölüm qeydində Məmmədrasul kimi qeyd edimişdir. Nənəsinin adı isə Vəzifədir. Lakin şəhadətnamədə onların adları babasının adı Məmmədrəsul və nənəsinin adı isə Nəzifə kimi qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 28 mart 2001-ci ildə Qobu-Üstü kəndində ölmüşdür. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X5 atası X13 anası X27r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci ildə Ağdaş rayonu, Qobuüstü kəndində ölmüşdür. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 Nərgiz Məhəmmədrasul qızı arasında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mahmudova soyadı verilmişdir. İşə əlavə JN-132A seriyalı, Kod 90322028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X14 və X23 mülkiyyətinə Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə verilmiş 0.52 hektar torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ərizəçi Məmmədrasul qızına 30 may 2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş rayonu, Qobuüstü kəndində yerləşən 0.52 ha torpaq sahəsinə dair verilmiş JN-132A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hüquq subyektlərinin şəxsiyyət vəsiqəsinə uyğun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsnin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Təqdim etdiyi sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-132A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “X14” ilə, ölüm haqqında şəhadətnaməsindəki “X9” və “X31” ilə, ölüm haqqında şəhadətnamədəki “X30” adları arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ərizənin icrasından imtina edilir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddsəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 saylı qərarı əsasında X11 və X25 Ağdaş rayonu Qobuüstü kəndində yerləşən 0.52 ha torpaq sahəsinin verilməsi barədə JN-132A KOD 90322028 nömrəli şəhadətnamənin X6 və X26 məxsus olması və X3 Ərizəçi atası olması faktı müəyyən olunmuş sayılmalıdır. Belə ki, iş materialları, şahid ifadəsi və məhkəmə iclasında ərizəçinin izahatından da aydın görünür ki, JN-132A KOD 90322028 nömrəli şəhadətnamədə göstərilmiş X11 və X32 ilə X6 və X30 eyni şəxslərdir. Eyni zamanda da X9 ərizəçinin atasıdır. Ona görə də ərizə tam olaraq təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Ərizə təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 saylı qərarı əsasında X11 və X25 Ağdaş rayonu Qobuüstü kəndində yerləşən 0.52 ha torpaq sahəsinin verilməsi barədə JN-132A KOD 90322028 nömrəli şəhadətnamənin X6 və X26 məxsus olması və X3 Ərizəçi atası olması faktı müəyyən edilsin. Qətnamə sənədlərdə müvafiq dəyişiklik aparılması üçün əsasdır. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1894/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1894/2023
19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver