Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1900/2023 20.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən mərhum X6ndan miras qalmış Mingəçevir şəhər, 20 yanvar küçəsində yerləşən, 5 otaqdan ibarət, 77.36 m2 sahəsi olan, 166 saylı ev, 2-ci blok, 3-cü mərtəbə, 15 saylı mənzilə dair qardaşı Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız sayılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi vəkil X11, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs xx.xx.1969cu ildə doğulmuşdur. X6 xx.xx.2005-ci ildə vəfat etmişdir. X1 xx.xx.1988-ci ildə vəfat etmişdir. Onların birgə nikahından X2, X9, X3, X7, Cavabdeh doğulmuşdur. Mərhum atasından miras olaraq Mingəçevir şəhər Su-62 bağçılıq sahəsi qalmışdır. Həmin bağçılıq sahəsinin üzvlərinin siyahısında atasının adı 30-cu sırada qeyd edilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin 2821 saylı, xx.xx.1972- ci il tarixli orderi ilə mərhum atasına Mingəçevir şəhər, 20 yanvar küçəsində yerləşən, 5 otaqdan ibarət, 77.36 m2 sahəsi olan 166 saylı ev, 2-ci blok, 3-cii mərtəbə, 15 saylı mənzili verilmişdir. Bununla bağlı X10 Filialının xx.xx.2021 -ci il tarixli, 03-Asan nömrəli arxiv arayışı, Asan Mingəçevirin xx.xx.2021 -ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı, ƏMDXnin xx.xx.2022-ci il tarixli. ********** saylı çıxarışı verilmişdir. Qardaşı Cavabdeh saxta əsaslarla həmin mənzili onların əlindən almışdır. Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 1714/2021 saylı, xx.xx.2021 -ci il tarixli qiyabi qətnaməsi ilə qardaşı Cavabdeh iddiası təmin olunmuş və onların həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilmişdir. Onların ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş və iş iddia icraatına keçmişdir. Belə ki, qardaşı həmin mənzilə saxta əsaslarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və evə çıxarış almışdır. Belə olan halda, onların mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, məhkəmədən mərhum X6ndan miras qalmış Mingəçevir şəhər, 20 yanvar küçəsində yerləşən, 5 otaqdan ibarət, 77.36 m2 sahəsi olan, 166 saylı ev, 2-ci blok, 3-cü mərtəbə, 15 saylı mənzilə dair qardaşı Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız sayılması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qızı etiraz ərizəsi ilə müraciət edərək, iddianı qəbul etmədi və göstərdi ki, 2821 №-li 27 oktyabr 1972-ci il tarixli orderə əsasən Mingəçevir şəhər X24 İcraiyyə Komitəsinin 278 №-li 26 oktyabr 1972-ci il tarixli qərarı ilə Mingəçevir şəhəri Komsomol küçəsi 2 №-li evin 15 №-li mənzili X12 adına qeyd edilməklə mənzil onun, arvadı Elyana Səfərova, qızları X13, X14, X17, X19, X15 və oğlu Cavabdeh istifadəsinə verilmişdir. Mingəçevir şəhəri Komsomol küçəsi ev 166, mənzil 15, hazırda 20 Yanvar küçəsi, ev 166, mənzil 15 adlanır. Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzili dövlət fondu mənzili olmuşdur. İddiaçı 30 ildir ki, hazırda onun mülkiyyətində olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzilində yaşamamışdır. Türk milliyətli şəxslə ailə qurmuş, türk vətəndaşlığını qəbul etmişdir. X6 2005-ci ildə vəfat etmişdir. Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzili dövlət fondu mənzili olmuşdur. İddiaçı və digər bacıları Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzilində yaşamadıqları üçün onların məhkəmə qətnaməsinə əsasən istifadə hüquqlarının itirilmiş hesab etdirmiş, həmin şəxslərdən ona məxsus mənzildə qeydiyyatda olanlar da qeydiyyatdan çıxarılmışdır. Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzilində yalnız o, yaşadığı və qeydiyyatda olduğu üçün qanuni əsaslarla onun adına özəlləşmişdir. Mərhum X6ndan miras əmlak qalmamış və o da notariat ofisindən vərəsəlik şəhadətnaməsi almamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İş üzrə maraqlı şəxslər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin və 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə həmin maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********30- 05101-093058 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki,Mingəçevir şəhəri Su-62 bağçılıq sahəsinin üzvlərinin siyahısında X12 adı 30-cu sırada qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X21 xx.xx.2005ci il tarixdə, X5 xx.xx.1988-ci il tarixdə vəfat etmişlər. Beləliklə məhkəmədə müəyyən olundu ki, mübahisəli mənzil 2821 №-li 27 oktyabr 1972-ci il tarixli orderə əsasən Mingəçevir şəhər X24 İcraiyyə Komitəsinin 278 №-li 26 oktyabr 1972-ci il tarixli qərarı ilə Mingəçevir şəhəri Komsomol küçəsi 2 №-li evin 15 №-li mənzili X12 adına qeyd edilməklə mənzil onun, arvadı Elyana Səfərova, qızları X13, X14, X17, X19, X15 və oğlu Cavabdeh istifadəsinə verilmişdir. Mingəçevir şəhəri Komsomol küçəsi ev 166, mənzil 15, hazırda 20 Yanvar küçəsi, ev 166, mənzil 15 adlanır. Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzili dövlət fondu mənzili olmuşdur. İddiaçı və digər bacıları Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzilində yaşamadıqları üçün onların məhkəmə qətnaməsinə əsasən istifadə hüquqlarının itirilmiş hesab etdilmiş və həmin qətnamə əsasında onlar qeydiyyatdan çıxarılmışdır. Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzilində yalnız Cavabdeh yaşadığı və qeydiyyatda olduğu üçün mənzil onun adına özəlləşmişdir. İddiaçı ilə cavbdehin X6ndan miras əmlak qalmamış və hər hansı bir vərəsəlik işi almamışdır. Odur ki, məhkəmə iddia tələböinə hissəvi olaraq ilk növbədə qeyd edir ki, mövcud olmayana vərəsəlik şəhadətnaməsinin ləğvi və ya etibarsız hesab edilməsi qeyri mümkündür. Belə ki, məhkəmə sorğusu əsasında alınmış və iş materiallarına əlavə edilmiş Mingəçevir Regional «ASAN XİDMƏT» mərkəzində Notariat ofisinin 04 noyabr 2023-cü il tarixli 2365 saylı məktubundan müəyyən olunur ki, 0xx.xx.2005-ci il tarixdə vəfat etmiş X21 barəsində «Elektron notariat» informasiya Sistemində aparılmış yoxlama zamanı vrəsəlik işinin aəılmasçı aşkar edlməmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Məhkəmə iddia tələbinə çıxarışın etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı və digər bacıları Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzilində yaşamadıqları üçün onların məhkəmə qətnaməsinə əsasən istifadə hüququ itirilmiş hesab etdilmiş və həmin qətnamə əsasında onlar mənzildən qeydiyyatdan çıxarılmışdır. Bundan sonra cavabdeh mənzili öz adına özəlləşdirmiş və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Çıxarışın verilməsinə əsas mübahisəli mənzil özəlləşdirilməsi olmuşdur və mənzilin özəlləşdirilməsi mübahisələndirilməmişdir və qüvvədədir. Odur ki, məhkəmə hesab edir ki, hal-hazır ki, əsaslarla çıxarışın etibarsız hesab edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 227, 357–360–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh, Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1900/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1900/2023
20.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver