Məhkəmə qərarları › İş №2(051)-191/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-191/2021

12.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-191/2021 12.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Ərizəçi iştirakı ilə, “X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx xxxx 1985-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs qəyyumluq və himayə komissiyasına məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, övladı xx xxxx 1985-ci il təvəllüdlü X4 xx xxxxxxxx 1990-cı il tarixdən Mingəçevir şəhər Rayonlararası psixo-nevroloji dispanserdə «orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluqları» diaqnozu ilə xəstədir. Ruslan xəstə olduğu üçün öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmədiyindən həmişə kənar şəxsin köməyinə ehtiyacı vardır. Hazırda da müalicə olunur. Ona görə də xx xxxx 1985-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx xxxx 1985-ci il təvəllüdlü X1 şəhərində anadan olmuşdur və hazırda ünvan 1 ünvanda yaşayır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1985-ci il təvəllüdlü X3 valideynləri X5 və Ərizəçidır. İşə əlavə olunmuş Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji dispanserinin xx xxxxxxxx 2020-ci il tarixli, 1163 saylı arayışından görünür ki, 1985-ci il təvəllüdlü X4 xx xxxxxxxx 1990-cı il tarixdən Mingəçevir Psixo- Nevroloji dispanserində «orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluqları» diaqnozu ilə qeydiyyatdır. İşdə olan məhkəmə-psixiatriya ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 640 saylı rəyində göstərilir ki, X4 «Davranış pozğunluqları ilə ğüşayət olunan yüngül dərəcəli əqli gerilik XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb, hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bu səbəbdən X4 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə iclasında xx xxxx 1985-ci il təvəllüdlü X3 Ərizəçi oğlu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qət etdi: Ərizəçinin tələbi təmin olunsun. xx xxxx 1985-ci ildə Mingəçevir şəhərində doğulmuş və ünvan 1 ünvanda yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar