Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1910/2022 14.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Tərtər X3 İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun barəsində qanunsuz yazılmış 518.40 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 39-C saylı fərdi yaşayış evi onun mülkiyyətindədir. O, ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evidə yaşayır. Qaz İstismarı İdarəsinin əmədaşları tərəfindən yaşadığı evə qaz sərfinə görə hesablaşmaq üçün həyətyanı sahəsinin çöl tərəfinə sayğac quraşdılırmışdır. Fərdi yaşayış evinə qazn verilməsi əvvəllər normal olmuşdur. Hər ay əvvəlcədən Cavabdehm əməkdaşları tərəfindən bildiriş- xəbərdarlıq verildikdən sonra, bildiriş üzrə borcları hissə-hissə, yaxud tam formada ödəmişdir. Lakin, Cavabdeh əməkdaşları 29 aprel 2022-ci il tarixdə onun mülkiyyətində olan Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 39-C saylı fərdi yaşayış evinə aid qaz sayğacına baxış keçirtmiş, bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeydə almadığı, hesablama mexanizminin dişli çarxları və mexanizminin aşkar edilmədiyi qeyd olunmuşdur. Bunun da əsasında ona 518.40 manat məbləğdə borc yazılmışdır. O, həmin aktı və ona yazılmış borcu əssız hesab edir. Belə ki, qaz sayğacı onun cavabdehliyi sərhəddində quraşdırılmamış və onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Ona görə də məhkəmədən onun barəsində qanunsuz yazılmış 518.40 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Tərtər X3 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmıəsinı baxmayaraq, o məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş Cavabdeh Tərtər X3 İdarəsinin ******* №-li Aktından görünür ki, sayğacın hesablanma mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralandığı aşkar olunmuş və dəymiş ziyanın hesablanması və ödənilməsinin təmin olunması qeyd olunmuşdur . İşə əlavə olunmuş Cavabdeh-ın Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* №-li Aktından görünür ki, qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilməmiş, qaz sayğacı abonentə təhvil verilmişdir. İşə əlavə olunmuş **********60000 nömrəli Abonentin Saldosundan görünür ki, İddiaçı 2022-ci il tarixinə 518,40 manat borcu yaranmışdır. İş materialları ilə, eləcə də məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçıya məxsus Mingəçevir şəhəri Naxçıvan küçəsində 3-C saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı Cavabdeh Tərtər X3 İdarəsinin əməkdaşları tərəfindən çıxarılaraq yerinə yeni qaz sayğacı quraşdırılmışdır. Akt tərtib olunan zaman Cavabdeh Tərtər X3 İdarəsinin əməkdaşları tərəfindən sayğac üzərində əsaslı xəsarət akşar olunmamış. Bundan başqa, müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı fərdi yaşayış evində deyil evdən kənarda qurlaşdırılmışdır. Həmçinin sözü gedən evdə yerləşdirimiş sayğaca abonent tərəfindən hər hansı müdaxilə edilməsi də məhkəmə iclası zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bu hal öz növbəsində iddiaçının qaz sərfiyyatının normal olmasını və onun tərəfindən sayğaca heç bir müdaxilə olunmadığı qənaətinə gəlməyə əsas verir. Sayğacda olan müdaxilənin (yəni sayğacın qoruyucu ekranının qırılması) iddiaçı tərəfindən olması müəyyən olunmamışdır. Həmçinin Nazirlə Kabinetinin qeyd edilən qərarının 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dəfə yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə vəsait ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yol verilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox mənzildən kənarda olmuş və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən müdafiə etməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı tərəfindən olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı adına Mingəçevir şəhəri Naxçıvan küçəsində 39-C saylı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca Cavabdeh İB-nin X4 İstismar İdarəsinin işçiləri tərəfindən hesablanmış 518,40 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1910/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1910/2022
14.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver