Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1932/2022 20.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Soltanova(İdrisova) Mehriban Sədiyar qızı, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 iştirakı ilə, sənədin məxsusluğu faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Soltanova(İdrisova) Mehriban Sədiyar qızı, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək sənədin məxsusluğu faktının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi, eləcə də digər Ərizəçi3 nümayəndəsi Ərizəçi1 Qubanəli qızı ərizəni müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə onlara, yəni ona, X2, Soltanova (İdrisova) Mehriban Sədiyar qızı, X7, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 0,13 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN-584F KOD 90200002 saylı şəhadətnamə verilmişdir. Şəhadətnamədə adları qeyd olunmuş X2 xx.xx.2010-cu ildə, X7 isə xx.xx.2014-cü ildə rəhmətə getmişlər. Torpağın mülkiyyətə verilməsinə dair JN-584F KOD 90200002 saylı şəhadətnamədə “Ərizəçi4 adı səhvən 2-ci dəfə Ərizəçi4 İavər oğlu" və soyadları “Sultanov” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunan torpaq sahəsi hazırki vaxtadək onların istifadəsindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN-584F KOD 90200002 saylı şəhadətnamədə “Ərizəçi4 adı səhvən 2-ci dəfə Ərizəçi4 İavər oğlu” və soyadları “Sultanov” kimi yazılması səbəbindən torpağa dair şəhadətnamənin onlara məxsus olmasını təsdiq edə bilmirlər. Hazırda qeyd olunan torpaq sahəsini özəlləşdirmək istəyirlər. Ancaq şəhadətnamədə qeyd olunan yanlışlığa görə bu mümkün olmamışdır. Bununla da torpağa dair mülkiyyət hüquqlarının qeyd edilməsindən imtina edilmişdir. Onlar JN-584F KOD 90200002 saylı şəhadətnamənin onlara məxsus olması faktını başqa qaydada müəyyən edə bilmirlər. Buna görə də məhkəməyə müraciət etməli olublar. Bu faktı başqa qaydada müəyyən etmək mümkün deyil. Ərizənin təmin olunmasını, torpağın mülkiyyətə verilməsinə dair JN-584F KOD 90200002 saylı şəhadətnamənin onlara, yəni Ərizəçi1, X2, Soltanova (İdrisova) Mehriban Sədiyar qızı, Ərizəçi3, X7, Ərizəçi5 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər ərizəçilər X1, Ərizəçi5 və Ərizəçi4 da məhkəmə iclasında oxşar məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə ərizəçiləri dinləyib, iş materialını araşdırıb belə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-584F, KOD 90200002 saylı şəhadətnamənin surətindən görünür ki, həmin torpaq sahəsi X3, X5, X4, X8, X10, Ərizəçi4 İavər oğlu, Ərizəçi4 və Ərizəçi5 mülkiyyətinə verilib. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-cı ildə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, JN-584F, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1, X2, Soltanova (İdrisova) Mehriban Sədiyar qızı, X7, Ərizəçi3 adı düzgün qeyd edilməyərək X3, X5, X4, X8, X10 yazılmışdır. Həmçinin, Ərizəçi4 İavər oğlu sözləri səhvən yazılmışdır. Ona görə də ərizə təmin olunmalı, qeyd edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, X2, Soltanova (İdrisova) Mehriban Sədiyar qızı, X7, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-584F seriyalı, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X3, X5, X4, X8, X6 adının Ərizəçi1, Soltanova (İdrisova) Mehriban Sədiyar qızı, Ərizəçi3 aid olması, həmin şəhadətnamənin, şəhadətnamədə adları göstərilən Ərizəçi4 və Ərizəçi5 ilə bərabər Ərizəçi1, X2, X7, Soltanova (İdrisova) Mehriban Sədiyar qızı, Ərizəçi3 da məxsus olması faktı müəyyən edilsin. Şəhadətnamədə qeyd edilmiş “Ərizəçi4 İavər” sözləri isə səhvən yazılması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1932/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1932/2022
20.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver