Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1957/2023 04.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Raqib oğlu və Cavabdeh2 qarşı (maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) “miras əmlakın qəbul edilməsi, payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 23 yanvar 2013-cü ildə rəhmətə gedən anası X4 miras qalmış, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsindən onun payının tam müəyyən olunması miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi mərhum anası X5 mülkiyyətində olmuşdur. X9 xx.xx.2013-cü ildə rəhmətə getmişdir. Ondan torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsini faktiki olaraq miras kimi o qəbul etmiş və qeyd olunan torpaq sahəsindən hazırda o istifadə edir. Bacısı Cavabdeh2 və qardaşı Cavabdeh1 uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşamırlar. Onlar xarici ölkənin vətəndaşlarıdır. Bir daha bildirir ki, anasından miras qalmış, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsini miras əmlak kimi o qəbul etmişdir. Digər cavabdehlər qeyd olunan miras əmlakı qəbul etməmişlər. Belə olan halda X9dan miras qalmış 0.05 ha torpaq sahəsi yalnız onun tərəfindən qəbul olunmuş hesab edilməli və vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız ona verilməlidir. O, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsini həm faktiki qəbul etmiş, həm də faktiki olaraq idarə edir. Cavabdehlər isə bunu etməmişlər. Ona görə də miras əmlak yalnız onun tərəfindən qəbul olunmuş hesab edilməli və vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız ona verilməlidir. Ona görə də məhkəmədən 23 yanvar 2013-cü ildə rəhmətə gedən anası X4 miras qalmış, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsindən onun payının tam müəyyən olunması miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək 23 yanvar 2013-cü ildə rəhmətə gedən anası X4 miras qalmış, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsindən onun payının tam müəyyən olunması və miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə üzrə cavabdehlər Cavabdeh1 Raqib oğlu və Cavabdeh2 və maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlər və maraqlı şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair iddiası əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş AZ-İ seriyalı 599609 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü ildə ölmüşdür. İşə əlavə olunmuş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi X5 tam və xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Minhəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli İddiaçı cavab məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə tarixdə vəfat etmiş anası X2mış miras əmlaka xx.xx.2014-cü il tarixdə verilmiş 2V-26 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona 1/3 hissədə pay verilmişdir. Hal-hazırda anaları X2mış Mingəçevir şəhəri ünvanında yerləşən torpaq sahəsinə dair digər vərəsələr arasında mübahisə olmasına baxmayaraq, yalnız ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi xahiş etməyi barədə ərizəsinə baxılmışdır. Odur ki, mirasın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. O, mübahisəsənin həlli ilə bağlı Mingəçevir şəhər məhkəməsinə müraciət edə bilər. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 ailə vəziyyəti: əri xx.xx.1938-ci il təvəllüdlü X6 ölüb, qızı xx.xx.1965-ci il təvəllüdlü X7 və qızı xx.xx.1971-ci il təvəllüdlü X3r. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, İddiaçı mərhum X1r X8 ölmüş və onun vərəsələri övladlarıdır. İddiaçı başqa qalan vərəsələr ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə münabətdə miras paylarından faktiki qəbul etməmişlər. Belə ki, cavabdehlər xarici ölkədə yaşayışrlar və X8 öldüyü gündən sonraAzərbaycan Respublikasında olmamışlar və miras əmlakı qəbul etməmişlər. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Ona görə də İddiaçı iddia ərizəsi təmin olunmalı, X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsini miras əmlak kimi tam qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, mirasın faktiki qəbul edilməsini müəyyən edən məhkəmə qətnaməsi həmin şəxsə notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. 23 yanvar 2013-cü ildə ölmüş anası X4 miras qalmış, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsindən İddiaçı payı tam müəyyən olunsun və miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Miras əmlakın qəbul edilməsi faktı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1957/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1957/2023
04.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver