Məhkəmə qərarları › İş №2(051)-1973/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1973/2023

01.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1973/2023 01.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil Cavabdeh: Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Mingəçevir şəhəri, Kənar küçəsi 10 saylı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca əsassız hesablanmış 1975 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı Mingəçevir şəhəri, Kənar küçəsi 10 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Evləri həyət evidir. Həyətyanı sahəsi də vardır. Evə aid olan qaz sayğacı evin, həyətinin qapısından çöldə quraşdırılmışdır. Yoldan görünən yerdədir. Həyətdə qaz istifadə edə biləcək hər hansı avadanlıq yoxdur. Evdə istifadə etdikləri qazla işləyən avadanlıqlar 4 gözlü qaz plitəsi, samovar, radiatordur. Qeyd edilən qaz sayğacı həyətdən çöldə hasara bərkidilmişdir. Qaz istismarı sahəsinin işçilərinin təqdim etdikləri bildirişə əsasən istehlak olunan qazın pulu ödənilmişdir. Təmsil etdiyi şəxsin oğluna tanıdığı qaz istismarı sahəsinin işçilərindən biri demişdir ki, onlara borc hesablanmışdır. Halbuki, verilən bildirişlərdən borcun olmaması görünür. Qazın saldosu deyilən sənəd alındıqda məlum olmuşdur ki, sözügedən qaz sayğacına 1975 manat əsassız borc hesablamışdır. Oğlu Vüsal demişdir ki, ona bir sənədə imza etdirmişlər, demişlər ki, müqavilədir. Təmsil etdiyi şəxs oğlundan tələb etmişdir ki, qaz idarəsinə getsin, müqaviləni tələb etsin. Oğlu onların ev sayğacı üçün olan müqaviləni almışdır. 07 aprel 2023-cü il tarixli müqavilədən görünür ki, müqavilə 4 il bundan əvvəl təmsil etdiyi şəxsin evində yaşamış, X5 ilə bağlanmışdır. Halbuki, təmsil etdiyi şəxsin qohumu olmuş həmin qadın 2019-cu ildən sonra onun evində yaşamamışdır. Yaşadığı fərdi yaşayış evi-torpaq sahəsi şəhadətnamə ilə sonra isə xx.xx.2023-cü il tarixli Çıxarışla tam mülkiyyət hüququ əsasında təmsil etdiyi şəxsə məxsusdur. Çox çətinliklə əldə etdikləri "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* №li aktdan müəyyən olunur ki, guya təmsil etdiyi şəxsin evinə məxsus sayğacda kənar xətt müəyyən olunmuşdur. Ümumiyyətlə demək olar ki, təmsil etdiyi şəxs və ailə üzvləri neçə illərdir ki, sayğacda olan rəqəmlərə belə baxmırlar. “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları bildiriş verir, onun əsasında da pulu ödəyirlər. 1975 manat borc əsassız olaraq sözügedən fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca hesablanmışdır. İstehlakçı kimi təmsil etdiyi şəxsin hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı və iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, İddiaçı Cavabdehnə qarşı əsassız yaranmış 1975 manat borcun silinməsinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi təmin edilməməlidir, çünki iddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xəttdən istifadə edərək təbii qazı talamışdır. Mənzilin əvvəlki sahibi X5 Cavabdeh Tərtər X8 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin abonenti olmaqla **********01920 nömrəli hesabla xx.xx.2023-cü il tarixədək qeydiyyatda olmuşdur, həmin tarixdən İddiaçı adına rəsmiləşdirilərək qeydiyyata alınmışdır. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu 0-192 küçəsində yaşayan X4 məxsus fərdi yaşayış evinə quraşdırılmış Zenner G-4 ********** nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar əlavə xətt vasitəsilə küçə qaz kəmərinə qoşularaq iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X6nın pozulması haqqında” akt tərtib edilmişdir. Qaz hesabında olan 1975 manat dəymiş ziyan 07 aprel 2023-cü il tarixli, ******* nömrəli təbii X6nın pozulması ilə bağlı tərtib edilmiş akt X2 adına qeydiyyata alınmışdır. Faktın təsdiq olunması barədə akta X7 tərəfindən imza edilmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X6”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdar istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X6”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi iddiaçının müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar “Azəriqaz'’ İstehsalat Birliyinin əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanının 9-cu bəndində “limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər” qeyd olunur ki, “Azəriqaz" İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Odur ki, məhkəmədən iddianın rədd olunması haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçı onun anasıdır. Düzdür, ******* nömrəli akta imza etmişdir, lakin hesab etmişdir ki, həmin akt sayğacın yoxlanılması əsasında tərtib edilmişdir. Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar əlavə xətt aşkar olunmamış və ya həmin xəttin ləğv edilməsi həyata keçirilməmişdir. Bununla bağlı çəkiliş aparılmamışdır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan X11 İstismar İdarəsinin Mingəçevir XS ilə X5 arasında xx.xx.2023– cü il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı–satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya xidmət edən qaz xətti üzərində xx.xx.2020–ci il tarixdə G-4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmış və həmin qaz sayğacı üzərinə 10797020 nömrəli plomb vurulmuşdur. İşdə olan X11 İstismar İdarəsinin Mingəçevir XS ilə İddiaçı arasında xx.xx.2023–cü il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı– satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya xidmət edən qaz xətti üzərində xx.xx.2020–ci il tarixdə G-4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmış və həmin qaz sayğacı xx.xx.2020-ci il tarixdə dövlət yoxlamasından keçmiş və üzərinə 10797020 nömrəli plomb vurulmuşdur. İşdə olan təbii X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Tərtər RQİİ İSQNŞ-nin əməkdaşları tərəfindən kənar xətt aşkar olunmuşdur. Tələb olaraq kənar xəttin ləğv edilməsi, dəymiş ziyanın abonent tərəfindən ödənilməsi göstərilmişdir. İstehlakçı kimi X5 göstərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 16459.2 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan hesablanmışdır. İşdə olan Abonentin Saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 06/2023 tarixə olan borcu 1975,10 manat təşkil edir. İşdə olan son oxunma tarixi xx.xx.2023-cü il olan bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı borcunun olmadığı göstərilmişdir. İşdə olan 4 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 571 saylı arayışdan görünür ki, Şərifova X1 şəhəri Kənar küçəsi 10 saylı fərdi yaşayış evində yaşayır. Göstərilən ünvanda 2013-cü il tarixdən qeydiyyatdadır və yaşayır. İşdə olan İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, abonent kodu **********01920 olan ona məxsus G-4 markalı, zavod nömrəsi ********** sayğacının X2 adından öz adına keçməsinə köməklik edilməsini xahiş etmişdir. İşdə olan Tərtər RQİİ-nin Mingəçevir XS tərəfindən Tərtər RQİİ-nin rəisinə ünvanlanmış müraciətə baxılması barədə məktubdan görünür ki, ünvan 3 ünvanında istismarda olan G-4 markalı ********** nömrəli qaz sayğacı və abonent kodu (**********01920) X2 adına quraşdırılaraq istismara verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı İdarəsinin verdiyi Çıxarışa əsasən həmin ünvan hal hazırda İddiaçı adınadır. Göstərilən ünvandakı qaz sayğacını və abonent kodunu İddiaçı adına dəyişdirilməsinə və abonentin Mingəçevir XS-nə xx.xx.2023-ci il tarixli Ş-50 saylı daxil olmuş məktuba münasibət bildirilməsi xahiş edilmişdir. İşdə olan baxış aktından görünür ki, ünvan 3 ünvanında istismarda olan abonent kodu **********01920 olan G-4 markalı ********** nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Abonent kimi İddiaçı göstərilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********49-10301 nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 380.30 kvadrat metr olan Mingəçevir şəhəri, Kənar küçəsi, ev 10 (Yeni qaydalarla: AZ 4511, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X5 ilə qaz paylayıcısı olan cavabdeh arasında təbii qazın alqı–satqısı barədə xx.xx.2023–cü il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən təbii X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən Tərtər RQİİ İSQNŞ-nin əməkdaşları tərəfindən kənar xətt aşkar olunmuş və aktda istehlakçı kimi X5 göstərilmişdir. Bununla belə cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 16459.2 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan İddiaçı adına hesablanmışdır. Halbuki, İddiaçı ilə qaz paylayıcısı olan cavabdeh arasında təbii qazın alqı–satqısı barədə müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Belə ki, Abonentin Saldosuna görə İddiaçı **********01920 saylı abonent koduna 1975,10 manat məbləğində borc hesablanaraq daxil edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək abonent kodu **********01920 olan ona məxsus G-4 markalı, zavod nömrəsi ********** sayğacının X2 adından öz adına keçməsinə köməklik edilməsini xahiş etmişdir. Tərtər RQİİ-nin Mingəçevir XS tərəfindən göstərilən ünvandakı qaz sayğacını və abonent kodunu İddiaçı adına dəyişdirilməsinə münasibət bildirilməsi xahiş edilmiş, qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Abonent kimi İddiaçı göstərilmişdir. Ancaq cavabdeh təşkilat X4 məxsus G-4 markalı, zavod nömrəsi ********** sayğacın üzərində 1975,10 manat məbləğində borc olduğunu göstərməmişdirdir. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən iddia tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, X5 ilə cavabdeh arasında təbii qazdan istifadəyə görə alqı–satqı müqaviləsi bağlanmışdır. Sara Rəhimova həmin müqaviləyə əsasən paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək, “X6nın” tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək və sair vəzifələr daşımışdır. xx.xx.2023-cü il tarixli akta əsasən Tərtər RQİİ İSQNŞ-nin əməkdaşları tərəfindən kənar xətt aşkar olunmuş və aktda istehlakçı kimi Sara Rəhimova göstərilmişdir. Bununla belə 1975,10 manat məbləğində borc sonradan iddiaçının adına keçirilmiş **********01920 saylı abonent koduna hesablanmışdır. İddiaçı isə xx.xx.2023-cü il tarixdə ona məxsus sayğacın Sara Rəhimovanın adından öz adına keçməsinə dair ərizə ilə müraciət etmiş, ərizəsinə baxılıb, münasibət bildirilməsi xahiş edilsə də, qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilsə də, bundan sonra cavabdeh təşkilat tərəfindən hər hansı tədbirin görülməsi, yəni abonent kodunda 1975,10 manat məbləğində borcun olması izah edilməmiş, həmçinin abonentin həmin borcu qəbul edib-etməməsi müəyyən edilməmişdir. Eləcə də, İddiaçı tərəf sayğacdan kənar əlavə xəttin olması faktının müəyyən edilməsindən xəbərsiz olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Vüsal Şərifov da ifadəsində Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar əlavə xəttin aşkar olunmadığını, bununla bağlı çəkilişin aparılmadığını göstərmişdir. Bütün bu hallar da onu deməyə əsas verir ki, cavabdehə d ziyanın məhz iddiaçının təqsirli hərəkəti nəticəsində dəyməsi öz təsdiqini tapmır. Eləcə də, cavabdehə dəymiş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqə olduğu müəyyən edilməmişdir. Ona baxmayaraq, cavabdeh təşkilat tərtib edilmiş pozuntu aktına istinad edərək, həmin hüquq pozuntusunun iddiaçı tərəfindən törədilməsini göstərmiş, 1975,10 manat məbləğində borc iddiaçının **********01920 saylı abonent koduna hesablanmışdır. Halbuki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təbii X6nın pozulması haqqında aktda istehlakçı kimi X5 göstərilmiş, cavabdehə dəymiş ziyanın iddiaçı tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11–ci maddəsinin 6–cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı, müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 6–cı maddəsinin 2–ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13–cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X6”nın 6.7–ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2–ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 6.4–cü bəndinə görə qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarında qazın alqı–satqısı və digər şərtləri yalnız qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli olduğu, eləcə də qaz qurğusu sahibinə dəymiş ziyana görə yalnız qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxsin məsuliyyət daşıdığı imperativ şəkildə göstərilmişdir. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına əsasən hesab edir ki, X5 ilə cavabdeh arasında təbii qazın alqı–satqısına dair müqavilə bağlanmışdır. Qaz paylayıcısı xx.xx.2023-cü il tarixdə Sara Rəhimovaya xidmət edən qaz sayğacına baxış keçirmiş və tərtib edilmiş aktda kənar xətt aşkar olunduğu göstərilmişdir. Lakin cavabdeh təşkilatın mütəxəssisləri həmin kənar xəttin kimin tərəfindən çəkildiyi barədə heç bir zəruri araşdırma aparmadan, həmçinin heç bir sübuta əsaslanmadan, xx.xx.2023-cü il tarixli aktda istehlakçı kimi Sara Rəhimovanın göstərilməsinə baxmayaraq, formal şəkildə dəymiş ziyana görə iddiaçının təqsirli olması qənaətinə gəlmiş və borc iddiaçının **********01920 saylı abonent koduna hesablanmışdır. Təbii X6nın pozulması haqqında akt xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, İddiaçı isə xx.xx.2023-cü il tarixdə ona məxsus sayğacın Sara Rəhimovanın adından öz adına keçməsinə dair ərizə ilə müraciət etmişdir. Həmçinin iddiaçı həmin kənar xəttin olması faktını etiraf etməmişdir. Belə olan halda cavabdeh təşkilat ilk növbədə qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran şəxsin məhz iddiaçı olmasını, həmin ziyanının məhz iddiaçının hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyinin və onun hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasını əsaslı şübhələrdən kənar sübutlarla təsdiq etməli olduğu halda, etməmiş yalnız həmin sayğacın iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılması faktına istinad edərək, dəymiş ziyana görə iddiaçını təqsirli hesab etmişdir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün tətbiq edilməli olan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında mülki məsuliyyət daşıması üçün bilavasitə onun hərəkətlərində mülki hüquq pozuntusu törətməsi halı məcmu halında mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəf iddiaçının hərəkətlərində cavabdeh təşkilata zərər vurulmasına səbəb olan hüquqa zidd hallar müəyyən etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının qanunsuz qoşulma halının aşkar edilməsi, işdə olan sənədlərlə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna iddiaçının aidiyyəti olmadığından, cavabdeh hüquqi şəxsin subyektiv hüququ iddiaçı tərəfindən pozulmadığından, cavabdeh hüquqi şəxs tərəfindən tərtib edilmiş X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı qərar əsasında iddiaçının abonent koduna qanunsuz hesablanmış 1975 (bir min doqquz yüz yetmiş beş) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM–in 77.1–ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********01920 saylı abonent koduna hesablanaraq daxil edilmiş 1975 (bir min doqquz yüz yetmiş beş) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar