Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2069/2021 17.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X5 məxsus olması faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Qəbələ rayon AİK-nin 25.06.1998-ci il tarixli 218 A saylı qərarı ilə X15 və X1 adına verilmiş JN-218A saylı kodu 40800038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 münasibətdə X5 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Qəbələ rayon X12 11 saylı 25 iyun 1998-ci il tarixli qərarı ilə 0,14 hektar torpaq sahəsi onun və anası X2 mülkiyyətinə veerilmişdir. JN-218 A saylı kodu 40800038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 2-ci sırada X2 ata adında texniki səhv olaraq ata adı “Ağamoğlan” əvəzinə “Atamoğlan” kimi qeyd edilmişdir. Qeyd edilən JN-218A saylı kodu ******* olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan texniki səhv DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə payların müəyyən edilməsi məqsədilə müraciət edərkən müəyyən edilmişdir. Qeyd olunan texniki səhvin düzəldilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Mülkiyyət sənədindəki texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. AZ-1 № 408355 saylı ölüm haqqında şəhadətnamədə X2 ata adı düzgün olaraq “Atamoğlan” kimi yox “Ağamoğlan” kimi qeyd edilmişdir. İ-JQ № 281244 saylı doğum haqqında şəhadətnamədə ana qarafasında X2 ata adı düşgün olaraq Ağamoğlan qızı kimi qeyd edilmişdir. X13 adına AZ № 588119 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında da Nəsibova Əzizə Ağamoğlan qızının ata adı düzgün olaraq Ağamoğlan kimi qeyd edilmişdir. X9 adına verilmiş İN № 033697 saylı doğum haqqında şəhadətnamədə də ana qrafasında X2 ata adı düzgün Ağamoğlan kimi qeyd edilmişdir. Ərizənin təmin olunmasını, Qəbələ rayon AİK-nin 25.06.1998-ci il tarixli 218A saylı qərarı ilə X16 və X1 adına verilmiş JN-218A saylı kodu 40800038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 münasibətdə X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. Əzizə Nəsibova anasıdır. Babasının adı, yəni anasının atasının adı Ağamoğlandır. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə anasının ata adı səhvən Atamoğlan yazılmışdır. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun atasıdır, Əzizə Nəsibova nənəsidir. Nənəsi Əzizənin atasının adı Ağamoğlan olub. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1954cü ildə Qəbələ rayon Bum kəndində anadan olmuşdur. ünvan 1 ünvanda qeydiyyatdaır. İşə əlavə olunmuş doğum haqqında şəadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, xx xxx 1954-cü il təvəllüdlü Ərizəçi, 14 yanvar 1964-cü il təvəllüdlü X18 və 02 fevral 1956-cı il təvəllüdlü X10 atası X22, anası X7r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 10 mart 2010-cu ildə vəfat etmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair J№-218A №-li şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayonu X12 25 iyun 1998-ci il tarixli qərarı X22 və X6 0,14 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin ərizəçiyə göndərdiyi 08.09.2021-ci il tarixli cavab məktubunda göstərilir ki, torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətində deyildir. Məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işə baxır. Məhkəmə tədqiqi zaman müəyyən edildi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə 0,14 hektar torpaq sahəsi Ərizəçi və onun anası X19 oğlunun mülkiyyətinə verilmişdir və bununla əlaqədar onlara JN-218 A saylı, kodu 40800038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə ərizəçinin anası Əzizənin atasının adı Ağamoğlan əvəzinə səhvən Atamoğlan yazılmışdır. İşdə olan sənədlərdən görünür ki, Əzizə Nəsibovanın atasının adı Atamoğlan deyil Ağamoğlan olmuşdur. Bu, həmçinin, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Qəbələ rayon AİK-nin 25.06.1998-ci il tarixli 218A saylı qərarı ilə X14 və X1 adına verilmiş JN-218A saylı kodu 40800038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 münasibətdə X5 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Qəbələ rayon AİK-nin 25.06.1998-ci il tarixli 218A saylı qərarı ilə X14 və X1 adına verilmiş JN-218A saylı kodu 40800038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 münasibətdə X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-2069/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2069/2021
17.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver