Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2086/2023 12.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan Mingəçevir şəhəri, Borçalı bağlar deyilən ərazidə 76-cı həyət üçün nəzərdə tutulmuş sayğacda (abonent kodu-**********00760) qaz sızması nəticəsində yaranmış 590.85 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və orada yaşayır. Mingəçevir şəhəri, “Borçalı bağları” deyilən ərazidə yerləşən 76-cı həyət Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun qanuni istifadəsindədir. Həmin torpaq sahəsində meyvə ağacları əkmiş, kiçik bir yaşayış üçün “dam” vardır. Həmin torpaq sahəsində yaşayış yoxdur. Tikilidə bir ədəd ikigözlü qaz piltəsi vardır. Həmin qaz piltəsindən bağda ağaclara qulluq edən zaman çay qaynadıb içir. xx.xx.2020-ci il tarixdə həyətinə qaz sayğacı quraşdırılmışdır. Qeyd etdiyi kimi həyətinə yalnız meyvə ağaclarına qulluq üçün gedir. Sayğac quraşdırılandan xeyli müddət sonra 2022-ci ilin avqust ayında məlum olmuşdur ki, qaz sızması olub. Görmüşdür ki, sərf olunmuş qazın dəyəri 590.85 manatdır. Qaz idarəsinin işçilərinə müraciət etmiş, demişlər ki, onlar akt yazmamışlar, işlətdiyi qazın dəyəridir. 104 xidmətinə, aidiyyəti üzrə müəyyən orqanlara müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilmiş, aktda qeyd edilmişdir ki, “Plomb qırıldı, sayğacın çıxışından qaz sızmasının qarşısı alındı”. Hazırda həmin sayğac yerində, plomb da qırılmış vəziyyətdədir. Müəyyən edilmişdir ki, sayğac quraşdırılan zaman sayğacın çıxışında arakəsməyə lazımi rezinləri (praklatka) yerləşdirmədikləri üçün sayğacdan çıxan (hesablanan) qaz atmosferə axmışdır. Qazın sərf olunması qaz istismarı sahəsi işçilərinin səhvi ucbatından olmuşdur. Qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı nəticəsində qaz sızaraq 590.85 manat əsassız borc yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə cavabdeh hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan Abonentin Saldosundan görünür ki, ünvan 3 ünvanına İddiaçı adına quraşdırılmış **********6 №li qaz sayğacına 590.85 manat qalıq borc hesablanmışdır. İşdə olan sifariş formasının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə **********6 №li qaz sayğacında plomb qırılmış, sayğacın çıxışından qaz sızmasının qarşısı alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş ona məxsus fərdi yaşayış evinin (bağ evi) qaz xətti üzərində quraşdırılmış qaz sayğacında baş vermiş sızma nəticəsində abonent hesabınızda əlavə borcun yaranması barədə müraciətinə X2 Agentliyinin Mingəçevir filialında baxılmışdır. Müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, ərizəsində sözügedən ünvan kimi qeyd olunan ünvan 5yış evi ( bağ evi) X4 İstismarı idarəsinin (bundan sonra - Tərtər RQİİ) abonent bazasında **********00760 kodu ilə qeydiyyatdadır. Müraciətin araşdırılması məqsədilə Tərtər RQİİ-yə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, sözügüdən ünvanda quraşdırılmış qaz sayğacının çıxışında qaz sızmasının olması barədə müraciət xx.xx.2022-ci il tarixdə daxil olmuş və dərhal Mingəçevir Xidmət Sahəsinin qəza dispetçer xidmətinin işçiləri tərəfindən sızma aradan qaldırılmış və müvafiq qaydada sənədləşdirilmişdir. Müraciət ərizəsində bildirdiyinə və eyni zamanda abonent saldosunun təhlili zamanı məlum olmuşdur ki, 2022-ci il ərzində sızma barədə məlumat daxil olan tarixədək (xx.xx.2022 - xx.xx.2022) qeyd olunan ünvanda yaşayış olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 3.2.10-cu yarımbəndinə əsasən, istehlakçı mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalıdır. Məlumat üçün bildirilmişdir ki, cari tarixədək abonent hesabında 590.85 manat məbləğində debitor borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Eləcə də «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa insan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı nəticəsində İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, “Borçalı bağları” deyilən ərazidə 76-cı həyət üçün nəzərdə tutulmuş sayğacda (abonent kodu-**********00760) qaz sızması nəticəsində 590.85 manat əsassız borcun yaranması faktını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, İddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixdə həyətinə qaz sayğacı quraşdırıldığını, sayğac quraşdırılandan xeyli müddət sonra 2022-ci ilin avqust ayında qaz sızması olduğunun ona məlum olduğunu, sərf olunmuş qazın dəyərinin 590.85 manat olduğunu gördüyünü, bununla bağlı qaz idarəsinin işçilərinə müraciət etdiyini, lakin onların akt yazmadıqlarını dediyini, onların dediyinə əsasən işlətdiyi qazın dəyəri olduğunu, xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirildiyini, aktda “Plomb qırıldı, sayğacın çıxışından qaz sızmasının qarşısı alındı” qeyd edildiyini, sayğac quraşdırılan zaman sayğacın çıxışında arakəsməyə lazımi rezinləri (praklatka) yerləşdirmədikləri üçün sayğacdan çıxan (hesablanan) qazın atmosferə axdığının müəyyən edildiyini, qazın sərf olunması qaz istismarı sahəsi işçilərinin səhvi ucbatından olduğunu, qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı nəticəsində qaz sızaraq 590.85 manat əsassız borcun yarandığını göstərmişdir. Məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim edilmiş sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın 3.2.7–ci yarımbəndinə əsasən qazdan istifadə edən istehlakçılar qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidirlər. Həmin Qaydaların 3.2.10–cu yarımbəndinə əsasən qazdan istifadə edən istehlakçılar mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalıdırlar. Həmin Qaydaların 3.2.12–ci yarımbəndinə əsasən qazdan istifadə edən istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar. Beləliklə, məhkəmə iddiaçının izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı tələbini əsaslandırdığı abonentin saldosunu və sifariş formasını məhkəməyə təqdim etmiş, ancaq həmin sənədlərlə onun tələbində göstərdiyi hallar təsdiq edilməmişdir. Belə ki, iddiaçı iddia tələbində sayğac quraşdırılan zaman sayğacın çıxışında arakəsməyə lazımi rezinləri yerləşdirmədikləri üçün sayğacdan çıxan (hesablanan) qazın atmosferə axdığını, qazın sərf olunması qaz istismarı sahəsi işçilərinin səhvi ucbatından olduğunu, qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı nəticəsində qaz sızaraq 590.85 manat əsassız borc yarandığını qeyd etsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, tələbini yalnız formal mülahizələrlə əsaslandırmışdır. Belə ki, iddiaçı qaz sızmasının qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı olduğuna dair heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii X3nın pozulması haqqında aktı da məhkəməyə təqdim etməmişdir. Məhkəmə, həmçinin nəzərə alır ki, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmaq, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamaq, bununla bağlı qaz paylayıcısına təcili məlumat vermək istehlakçının vəzifəsidir. Ona görə də İddiaçı mənzildə bir aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalı olduğu halda, bunu etməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı(istehlakç) ilə qazpaylayıcısı arasında təbii qazın alq-satqısı müqaviləsi bağlanmış, yəni tərəflər arasında yaranan münasibət müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləridir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11–ci maddəsinin 6–cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı, müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13–cü maddəsinin 9–cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 6–cı maddəsinin 2–ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında qaz sızması nəticəsində yaranmış 590.85 manat borcun cavabdeh tərəfin səhlənkarlığının nəticəsi olması faktı öz təsdiqini tapmamış və iddiaçı tərəf məhkəmə iclasında həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verən sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdehnə qarşı qaz sızması nəticəsində yaranmış, onun istifadəsində olan **********00760 saylı abonent koduna hesablanaraq daxil edilmiş 590.85 (beş yüz doxsan manat səksən beş qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2086/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2086/2023
12.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver