Məhkəmə qərarları › İş №2(051)-2087/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2087/2025

13.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2087/2025 13.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə 0.16 hektar torpaq sahəsinə dair verilmiş JN- 3282A, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Ərizəçi2 ilə 16 dekabr 1986-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.1997-ci il tarixdə X6 və xx.xx.1990-cı il tarixdə Ərizəçi3 doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1990-cı il tarixdə doğulmuş Ərizəçi3 atası Ərizəçi1, anası Ərizəçi2dır. Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə 0.16 hektar torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Bununla bağlı JN- 3282A, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilməklə, 1325 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamədə göstərilən X2 06 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarışın verilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il cavab məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi sənədlərin düzgünlüyü idarənin arxiv materialları və elektron kadastr məlumatlarına əsasən yoxlanılmışdır. Mingəçevir şəhərində yerləşən JN-3282A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilən zaman hüquq subyektlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Lakin JN-3282A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin adlı siyahısında texniki səhv olaraq qeyd edilmiş adın çıxarılaraq yeni adların əlavə edilməsi, yəni müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Bu səbəbdən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi1 ata adı Yahya deyil, səhvən Yəhya kimi, Ərizəçi2 atasının adı Mürşüt deyil, səhvən Mürşüd kimi, Ərizəçi3 adı Vüsal deyil, səhvən İsa kimi yazılmışdır. Hazırda torpaq sahəsinə reyestrdən Çıxarış almaq istəyirlər. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclası zamanı ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN- 3282A KOD 90200002 saylı şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə 0.16 hektar torpaq sahəsi X1 və onun ailə üzvləri Ərizəçi1 Yəhya oğlunun, Ərizəçi2 Mürşüd qızının, X3 və X5 ümumi-birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, təqdim etdiyi sənədlərin düzgünlüyü idarənin arxiv materialları və elektron kadastr məlumatlarına əsasən yoxlanılmışdır. Mingəçevir şəhərində yerləşən JN-3282A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilən zaman hüquq subyektlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Lakin JN-3282A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin adlı siyahısında texniki səhv olaraq qeyd edilmiş adın çıxarılaraq yeni adların əlavə edilməsi, yəni müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Bu səbəbdən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1990-cı il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə doğulmuş Ərizəçi3 atası Ərizəçi1, anası Ərizəçi2dır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X4 arasında 16 dekabr 1986-cı il tarixdə bağlanmış nikah 419 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Məhərrəmova” soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 06 noyabr 2018ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə 0.16 hektar torpaq sahəsi, JN- 3282A KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X1 və onun ailə üzvləri “Ərizəçi1 Yəhya oğlu”, “Ərizəçi2 Mürşüd qızı”, X6 və “X9”nun ümumi-birgə mülkiyyətinə verilmişdir. Lakin həmin sənəddə 2-ci sırada Ərizəçi1 ata adı səhvən Yəhya, 3-cü sırada Ərizəçi2 ata adı səhvən Mürşüd və 5-ci sırada Ərizəçi3 adı səhvən İsa yazılmışdır. Hazırda ərizəçi sənəddəki uyğunsuzluqlar səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə JN- 3282A KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılmış Ərizəçi1 Yəhya oğlu - Ərizəçi1 kimi, Ərizəçi2 Mürşüd qızı - Ərizəçi2 kimi və X9 - Ərizəçi3 kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə JN- 3282A KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, ərizəçilərin Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə JN- 3282A KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə JN- 3282A KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar