Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2120/2024 09.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004cü il tarixli qərarına əsasən 0.07 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 1820F KOD 90200002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum anası X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli qərarına əsasən 0.07 ha torpaq sahəsinin mülkiyyətə verilmənə olan JN-1820A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum anası X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx xxxxxx 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. X2, anası X7 olmuşdur. Onlar 05 noyabr 1971-ci ildə nikaha girməklə evlənmişlər və anası Cəfərova soyadını götürmüşdür. X2 14 dekabr 2018-ci ildə, anası X7 12 iyun 2003-cü ildə vəfat etmişdir. Ailəlikcə onlar Mingəçevir şəhəri ünvan 1 ünvanda yaşamışlar. Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli qərarı ilə istifadələrində olan 0.07 ha torpaq sahəsi onunla bərabər valideynlərinin ümumibirgə mülkiyyətinə verilmiş və adlarına JN-1820F KOD 90200002 nömrəli Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. Həmin sənəddə anası Rəna Cəfərovanın soyadı səhvən Mamedova kimi qeyd olunmuşdur. JN-1820F KOD 90200002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə anası Rəna Cəfərovanın soyadının Cəfərova kimi düzəliş aparılması üçün müraciət etsə də, ərizələri təmin olunmamışdır. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Ərizəçi məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1975-ci il tarixdə X6 ilə X3 birgə nikahından doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1952-ci ildə doğulmuşdur. İşdə olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X6 ilə X9 arasında 05 noyabr 1971-ci ildə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Cəfərova” soyadı verilmişdir. İşdə olan Mingəçevir Şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2003-cü il tarixdə kəskin beyin qan dövranı pozğunluğu, Apoplektik koma, hipertoniya xəstəliyi hipert kri, şəkərli diabet səbəbindən ölmüşdür. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə qaraciyər koması ilə müşayiət olunan dəqiqləşdirilməmiş virus səbəbindən ölmüşdür. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-1820A KOD-90200002 saylı dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə Ərizəçi, X6 və X5 Mingəçevir şəhərində yerləşən 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0.07 ha torpaq sahəsi ərizəçinin anası X4 Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-1820A KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə X1 səhvən “Mamedova” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki soyad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-1820A KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ X4 məxsusdur, həmin sənəddə yazılmış “X8” nın soyadı “X7” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-1820A KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-1820A KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin anası X4 məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli qərarı ilə JN- 1820A KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin anası X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2120/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2120/2024
09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver