Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2135/2023 25.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçilər: Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN- 481F seriyalı, KOD 90200002 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 məhkəmə iclası zamanı, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə X10, Ərizəçi2, Maraqlı şəxs2, Ərizəçi1, Maraqlı şəxs3 və X5 Mingəçevir şəhərində 0.09 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN- 48İF KOD 90200002 saylı şəhadətnamə verilmişdir. Şəhadətnamədə adları qeyd olunmuş X11 xx.xx.2010-cu ildə və X7 isə xx.xx.2014-cü ildə rəhmətə getmişlər. Eyni zamanda da torpağın mülkiyyətə verilməsinə dair JN-481F KOD 90200002 saylı şəhadətnamədə onların soyadları səhvən “Abdulgözəlov və Abdulgözəlova” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunan torpaq sahəsi hazırki vaxtadək onların istifadəsindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN-481F KOD 90200002 saylı şəhadətnamədə soyadlarının “Abdulgözəlov və Abdulgözəlova” kimi səhvən yazılması səbəbindən torpağa dair Şəhadətnamənin onlara məxsus olmasını təsdiq edə bilmirlər. Hazırda qeyd olıunan torpaq sahəsini özəlləşdirmək istəyirlər. Ancaq şəhadətnamədə qeyd olunan yalnıhşlığa görə bu mümkün olmamışdır. Bununla bağlı ərizəçilər şəhadətnamədə qeyd olunan yanlışlığın aradan qaldırılması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə rəmi müraciət etmişlər. Lakin, oradan məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 məhkəmə iclası zamanı, əsasən ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə X6 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JN-481F KOD 90200002 saylı dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə X10, Ərizəçi2, Maraqlı şəxs2, Ərizəçi1, Maraqlı şəxs3 və X5 Mingəçevir şəhərində 0.09 hektar torpaq sahəsi ayrılmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə X10, Ərizəçi2, Maraqlı şəxs2, Ərizəçi1, Maraqlı şəxs3 və X5 Mingəçevir şəhərində 0.09 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN- 481F KOD 90200002 saylı şəhadətnamə verilmişdir. Şəhadətnamədə adları qeyd olunmuş X11 xx.xx.2010-cu ildə və X7 isə xx.xx.2014-cü ildə rəhmətə getmişlər. Eyni zamanda da torpağın mülkiyyətə verilməsinə dair JN-481F KOD 90200002 saylı şəhadətnamədə onların soyadları səhvən “Abdulgözəlov və Abdulgözəlova” kimi qeyd olunmuşdur. Hazırda ərizəçilər sənəddəki soyad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə JN- 481F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında mülkiyyət hüququ ərizəçilərə məxsusdur, həmin sənəddə yazılmış ““X3” nun soyadı “Ərizəçi1” kimi, “X1” nın soyadı və adı “Ərizəçi2” kimi, “X2” nun soyadı və adı “Maraqlı şəxs2” kimi, “X4” nun soyadı və adı “Maraqlı şəxs3” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə JN- 481F KOD 90200002 saylı saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə JN- 481F KOD 90200002 saylı saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının özlərinə məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə JN- 481F KOD 90200002 saylı saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-2135/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2135/2023
25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver