Məhkəmə qərarları › İş №2(051)-2137/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2137/2023

23.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2137/2023 23.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh1, 2 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat kontoruna qarşı «etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddiası üzrə mülki işin materiallarına yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, 2 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat kontoruna qarşı «etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması» tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 26 iyul 2023-cü il tarixli, 2(011)-1721/2023 saylı qərardadı ilə həmin iddia üzrə işi ərazi aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun oğludur. Onların münasibətləri yaxşı olmayıb. Oğlu 2017-ci ildə onu aldadıb Bakı şəhərinə aparmış və qısa müddət ərzində bir yerdə yaşamışlar. Həmin müddətdə ağlu onu Bakı şəhərində Asan Xidmətə aparmış, lakin o orada olan proseslərdən heç bir şey anlamamışdır. Hətdə ona Bakı şəhərində tanımadığı bir xəstəxanaya yerləşdirmiş və onu təxminn 5-6 ay orda saxlamışlar. Ona indi məlum olmuşdur ki, onlar ondan istifadə edib Maraqlı şəxs adına etibarnamə vermişlər. Guya o tanımadığı və heç bir vaxt münasibətdə olmadığı Elçin adlı şəxsə etibarnamə vermişdir. Ona yeni məlum olmuşdur ki, oğlu Cavabdeh1 plan quraraq verilmiş etibarnamədən istifadə edərək ona məxsus ünvan 1 ünvanda yerləşən mənzili Nəsimi adlı şəxsə onun adından bağışlamışdır. Onun ahıl yaşından istifadə edərək oğlu bundan istifaədə edərək onu aldatmışdır. Bu günədək, oğlu Nəsimi onun qağısına qalmır və ona baxmır. Odur ki, Maraqlı şəxs verilmiş etibarnamənin etibarsız sayılması və ünvan 1 ünvanda yerləşən mənzilin Cavabdeh1 mülkiyyətinə veriləsinə əsas olmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki işə baxılması ərazi aidiyyətinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və həmin işə Mingəçevir Şəhər Məhkəməsində baxılması aidiyyət qaydalarının pozulmasına səbəb olduğundan, mövcud fikir ayrılığının aradan qaldırılması üçün hazırkı iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzili Cavabdeh1 bağışlamışdır və bağışlama müqaviləsi Bərdə regional «Asan Xidmət» mərkəzində notariat kontorunun xüsusi notarisu təçrəfindən təsdiq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli Etibarnamənin surətindən görünür ki, İddiaçı onun adından çıxış etmək, əmlakı idarə etmək və sair hərəkətləri etmək üçün İddiaçı səlahiyət vermişdir. Göründüyü kimi hazırda tərəflər arasında yaranmış mübahisə əqdin etibarsız hesab edilməsi ilə bağlıdır. Bununla bağlı olaraq iddiaçı cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsi isə qərardadında iddianın mülkiyyətçi hüquqlarının bərpa edilməsi ilə əlaqəli olduğunu hesab edərək mübahisə predmeti olan mənzilin Mingəçevir şəhərində yerləşməsinə görə mülki işin baxılması üçün müstəsna aidiyyət qaydalarına uyğun olaraq ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. İş materiallarından da görünür ki, cavabdehin rəsmi qeydə alındığı yeri Bakı şəhəridir. Əqdlərin bağlandığı yer isə etibarnamə 2 saylı Bakı «Asan Xidmət» mərkəzinin notariat kontoru, Bağışlama müqaviləsinin isə Bərdə regional «Asan Xidmət» mərkəzində notariat kontorudur. Həmçinin məhkəmə hesab edir ki, əqd etibarsız sayıldığı halda hüquqi nəticələrə səbəb olmur və bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia Mülki Prosessual Məcəllənin 39-cu maddəsinin şamil olunduğu mübahisələrdən olmadığına görə əqdin etibarlığı mübahisələndirildiyüi üçün mülki işə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Məhkəmə müəyyən etdi ki, Bakı şəhəri, Xətai Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş hazırkı iş, ərazi aidiyyəti üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə aiddir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1, 2 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat kontoruna qarşı «etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddiası üzrə işin ərazi aidiyyətinə dair üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsi ilə Mingəçevir Şəhər Məhkəməsi arasında fikir ayrılığı olduğundan işin ərazi aidiyyətini müəyyən etmək üçün iş baxılmadan Şəki Apellyasiya Məhkəməsinə gödərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş materialları ilə müəyyən olunur ki, üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsi hazırkı mülki işin Mingəçevir Şəhər Məhkəməsinin səlahiyyətinə aid olduğunu, sonuncu məhkəmə isə mülki işin Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğunu hesab edir. Göründüyü kimi hazırkı mülki işin ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı mövcuddur ki, bununla da məhkəmə, aidiyyət məsələsinin həlli üçün işi baxılmadan Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini məqsədə uyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 33, 45, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhəri, Xətai Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş, İddiaçı Cavabdeh1, 2 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat kontoruna qarşı «etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddiası üzrə işin ərazi aidiyyətinə dair Bakı şəhəri, Xətai Rayon Məhkəməsi ilə Mingəçevir Şəhər Məhkəməsi arasında fikir ayrılığı olduğundan, ərazi aidiyyətini müəyyən etmək üçün iş baxılmadan Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar