Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2161/2025 13.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X7 və Ərizəçi3 Şamil oğlunun (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi) “sənədin məxsusluğunun müəyyən olunması” faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X18 və Ərizəçi3 Şamil oğlu ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, “JN-1465A, Kod 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Şamil oğlu, X12 və mərhum atası X8 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi3 Şamil oğlu məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onu ərizəçilərin siyahısından çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004cü il 293 nömrəli qərarı ilə verilmiş 0.09 hektar torpaq sahəsi onlara və ailə üzvlərinə məxsusdur. Bununla bağlı onlara “JN-1465A 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də göstərildiyi kimi Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə verilmiş 0.09 hektar torpaq sahəsi onların mülkiyyətə verilmiş, şəhadətnamə isə 2613 nömrə ilə kitabda qeydə alınmışdır. Lakin qeyd olunan şəhadətnamədə Ərizəçi1 ata adı Baxşalı kimi, Ərizəçi2 ata adı Şəmil kimi, X7 ata adı Şəmil kimi və mərhum atası X4 adı isə Cəmil kimi yazılmışdır. İmtina məktublarından da göründüyü kimi ad və ata adı arasında uyğunsuzluq olmuşdur. Qeyd edirlər ki, onlar bir ailənin üzvləridir. Göstərilən səhv yazılma onların hüquqlarını pozur. Mülkiyyət şəhadətnaməsində olan yanlışlıq onların mülkiyyət və sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Torpağa mülkiyyət sənədinin yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 və Ərizəçi1 məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçi İsmayılova(Şahverdiyeva) Şirin Şamil qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bununla belə ərizə ilə məhkəməyə müraciət edərək əlil oğluna baxdığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib, onun iştirakı olmadan iclasın davam etdirilməsi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan 5 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X1 şəhəri N.Rəfibəyli küçəsi ev 1, mənzil 1 ünvanında yaşamışdır. İşdə olan 5 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2, ailə üzvləri - Ərizəçi1, X15, X9, Ərizəçi3 və X13 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1969-cu ildə doğulmuş Ərizəçi2 atası X16, anası Ərizəçi1dır. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X16 ilə xx.xx.1942-ci il təvəllüdlü X3 nikahları xx.xx.1960-cı il tarixdə qeydə alınmış və 42 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1942-cu ildə doğulmuş X2 atası X21, anası X23r. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1967-ci ildə doğulmuş İsmayılova (Şahverdiyeva) Şirin Şamil qızının atası X16, anası Ərizəçi1dır. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-35/2-İ-0028-02- 8/2025 saylı məktubdan görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-ci il tarixli, 293 saylı qərarı əsasında torpaq sahəsinin verilməsi barədə JN-1465A nömrəli şəhadətnamə ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər Şöbəsi tərəfindən tərtib edilmişdir. Şəhadətnamə tərtib edilən zaman hüquq subyektinin ümumbirgə mülkiyyətinə verilmişdir. Lakin həmin sənəddə hər hansı düzəlişlərin edilməsi, hüquq sahibinin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, JN- 1465A kod 90200002 nömrəli şəhadətnamə ilə X5 adına qeydə alınmışdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-ci il tarixli, 293 saylı qərarı əsasında 0.09 ha torpaq sahəsinin verilməsi əsasında X17 ilə yanaşı Ərizəçi1, X19, Ərizəçi2 Şəmil oğlu, Ərizəçi3 və X6 mülkiyyətə verilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası MM-in 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-ci il tarixli, 293 saylı qərarı əsasında verilmiş 0.09 ha torpaq sahəsinə dair JN-1465A kod 90200002 nömrəli şəhadətnamədə X17 ilə yanaşı Ərizəçi1 Baxşalı qızının, X10 Ərizəçi2 Şəmil oğlunun adları qeydə alınmış və bununla da sonuncuların həmin torpaq sahəsinə mülkiyyət hüququnu reallaşdırmaq üçün əsas yaranmışdır. Lakin JN-1465A kod 90200002 nömrəli şəhadətnamədə Ərizəçi1 ata adı “Baxşalı” kimi, Ərizəçi2 ata adı “Şəmil” kimi, X7 ata adı “Şəmil” kimi və mərhum atası X4 adı isə “Cəmil” kimi qeyd edilmişdir. Hazırda ərizəçilər sənəddəki ad, soyad və ata adı uyğunsuzluğu səbəbindən sözügedən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olmasını faktının müəyyən edilməsini tələb edirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-ci il tarixli, 293 saylı qərarı əsasında verilmiş 0.09 ha torpaq sahəsinə dair JN-1465A kod 90200002 nömrəli şəhadətnamənin mərhum X16, Ərizəçi1, X18 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçilərin izahatları və işdə olan digər sənədlərlə tam təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçilərin mülki, sosial, əmlak və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Bundan əlavə, ərizəçilərin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-ci il tarixli, 293 saylı qərarı əsasında verilmiş 0.09 ha torpaq sahəsinə dair JN-1465A kod 90200002 nömrəli şəhadətnamənin X16, Ərizəçi1, X18 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-2161/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2161/2025
13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver