Məhkəmə qərarları › İş №2(051)-2165/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2165/2021

13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2165/2021 13.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi X16 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «qohumluq və sənədin məxsusluğu faktının müəyyən olunmasına» dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi1 oğlu ilə xx xxxxx 1970-ci il təvəllüdlü Ərizəçi2 doğma bacıqardaş olması faktının; Ərizəçi2 Süleyman qızının 1/16 hissə mülkiyyət payı qeyd olunan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən 04 yanvar 2002-ci ildə verilmiş qeydiyyat vəsiqəsinin həmin hissəsinin Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini belə əsaslandırmışlar ki, onlar doğma qardaşbacıdırlar. X3 anaları X11r. Birgə olan faktiki evlilikdən onların 7 övladı – Abduləli, Əhəd, Xatirə, Çimnaz, İlqar Səriyyə, Çingiz – adlı uşaqları olmuşdur. X3 02 iyul 1969-cu ildə anaları X20 25 aprel 2015-ci ildə qardaşları X27 24 iyul 2021-ci ildə vəfat etmişdir. Ataları vəfat etdikdən sonra ondan ünvan 1 miras qalmış və 30 dekabr 1978-ci il tarixli vərəsəlik hüququna dair şəhadətnamə əsasında X9 9/16 hissə, X27, X12, X17, X24, X18, Ərizəçi1, Ərizəçi2 Süleyman qızına hər birinə 1/16 hissə olmaqla mülkiyyət payı müəyyən olunmuş və hüquqlarının qeydiyyatı ilə əlaqədar qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda anaları Zöhrə Sadıqova vəfat etdiyindən onun mirası ilə bağlı sənədləşmə aparmaq istəyirlər. Bu zaman Zöhrə Sadıqovanın vərəsələrinə dair Qeydiyyat Şöbəsindən arayıış alarkən məlum olmuşdur ki, atalarının ölümündən sonra dayıları X21 övladlığına verilmiş Ərizəçi2 Süleyman qızının adı vərəsələr siyahısında qalmışdır. Övladlığa götürmə ilə bağlı Maraqlı şəxsndə heç bir məlumat yoxdur, ancaq Göyçay rayon Qeydiyyat Şöbəsində verilmiş məktubdan görünür ki, Ərizəçi2 Süleyman qızının 22 fevral 1970-ci ildə doğumu ilə əlaqədar aparılmış 10 mart 1970-ci il tarixli 215 saylı doğum qeydi ləğv edilmədən, 07 fevral 1977-ci ildə 40 saylı akt qeydi əsasında X28 adı ilə doğum akt qeydi aparılmış, 04 mart 1977-ci il tarixli 01 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən soyadı Şirinovadan Hüseynovaya, ata qrafası isə X45 isə oğlu qeydi həmin tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. X1 12 avqust 1988-ci ildə X22 ilə nikaha girmiş və Sadıqova soyadını götürmüşdür. X31 övladı kimi Maraqlı şəxs məktubunda adı qeyd olunsa da, özündə olan sənədlərdə Sadıqova (Hüseynova) Xatirə Nəcəf qızı kimi ad daşıdığından nə vərəsəlik payından imtina edə bilir, adına olan 1/16 payı ilə bağlı hər hansı hərəkət edə bilər. Həmçinin qeydiyyat vəsiqəsində qeyd olunan payın ona məxsusluğunu təsdiqlədə bilmir. Ona görə də məhkəmədən xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi1 oğlu ilə xx xxxxx 1970-ci il təvəllüdlü Ərizəçi2 doğma bacı-qardaş olması faktının; Ərizəçi2 Süleyman qızının 1/16 hissə mülkiyyət payı qeyd olunan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən 04 yanvar 2002ci ildə verilmiş qeydiyyat vəsiqəsinin həmin hissəsinin Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçi2 məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi1 onun dayısı oğludur. Ərizəçi2 Süleyman qızı isə onun həyat yoldaşıdır. Ərizəçi2 və Sadıqova Çingiz doğma bacıqardaşdırlar. Vaxtilə sənədlərdə səhvən ata adı yanlış qeyd olunub. X10 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi1 onun qaynıdır. Ərizəçi2 və Sadıqova Çingiz doğma bacı-qardaşdırlar. Vaxtilə sənədlərdə səhvən ata adı yanlış qeyd olunub. İşə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, 22 fevral 1970-ci il təvəllüdlü Ərizəçi2 Süleyman qızı və xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi1 adlı şəxslərin X3 və anaları isə X11r. İşə əlavə olunmuş X22 ilə X25 arasında nikah 12 avqust 1988-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada ərin soyadı verilmişdir. İşə əlavə olunmuş AZ-İ 736144 №-li Ölüm haqqında Şəhadətnamədən görünür ki, X20 25.04.2015-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Maraqlı şəxs 05/Q-486/15 saylı, 23.07.2021-ci il tarixli X20 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” haqqında Arayışdan görünür ki, əri X26, qızı X23 və oğlu X12 ölüb. Bundan başqa onun oğlu X27, qızı X2, qızı Ərizəçi2 Sleyman qızı, qızı X18, oğlu X24, X17 və oğlu Ərizəçi1 adlı ailə üzvləri vardır. İşə əlavə olunmuş Dövlət Tikinti və Arxitektura Komitəsi. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil paylı mülkiyyət hüququ əsasında X9 9/16 hissəsi, X19 1/16 hissəsi, X5 1/16 hissəsi, X6 1/16 hissəsi, X13 1/16 hissəsi, X7 1/16 hissəsi, Ərizəçi1 1/16 hissəsi Ərizəçi2 Süleyman qızının 1/16 hissəsi paylı mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddsəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi1 oğlu ilə xx xxxxx 1970-ci il təvəllüdlü Ərizəçi2 doğma bacı-qardaş olması faktı müəyyən olunmuş sayılmalı və Ərizəçi2 Süleyman qızının 1/16 hissə mülkiyyət payı qeyd olunan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən 04 yanvar 2002-ci ildə verilmiş qeydiyyat vəsiqəsinin həmin hissəsinin Ərizəçi2 məxsus olması faktı müəyyən olunmuş sayılmalıdır. Belə ki, iş materiallarından, məhkəmə iclasında ərizəçilərin izahatından və şahid ifadələrindən də aydın görünür ki, Ərizəçi1 oğlu və Ərizəçi2 Süleyman qızı doğma bacı-qardaşdırlar. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən 04 yanvar 2002-ci ildə verilmiş qeydiyyat vəsiqəsində qeyd olunmuş Sadıqova X14 Xatirə Nəcəf qızıdır. Ona görə də ərizə tam olaraq təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi1 oğlu ilə xx xxxxx 1970-ci il təvəllüdlü Ərizəçi2 doğma bacı-qardaş olması faktı müəyyən edilsin. Ərizəçi2 Süleyman qızının 1/16 hissə mülkiyyət payı qeyd olunan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən 04 yanvar 2002-ci ildə verilmiş qeydiyyat vəsiqəsinin həmin hissəsinin Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə sənədlərdə müvafiq dəyişiklik aparılması üçün əsasdır. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar