Məhkəmə qərarları › İş №2(051)-2172/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2172/2024

01.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2172/2024 01.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və 15000 manat kompensasiya tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında araşdırıb M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və 15000 manat kompensasiya barədə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 6-cı bəndi təmin olunmaqla Maraqlı şəxs 15000 manat kompensasiya alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçi maraqlı şəxsə qarşı qarşıbir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürərək mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və 15000 manat kompensasiya barədə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 6-cı bəndinin təmin olunmaqla Maraqlı şəxs 15000 manat kompensasiya alınıb ona verilməsini ona verilməsini tələb etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, ərizəçinin, maraqlı şəxsdən tələb etdiyi 15000 manat məbləğində kompensasiya ilə bağlı tələbi ayrıca iddia icraat qaydasında baxılmalı olan tələbdir, barışıq sazişinin təsdiqi isə xüsusi icraat qaydasında baxılmalıdır. Beləliklə, ərizəçi məhkəməyə müraciət edərkən bir biri ilə əlaqədar olmayan bir neçə tələbə xüsusi icraat qaydasında baxılmasını tələb etmişdir ki, bu hal isə Mülki Prosessual Məcəllənin tələblərinin pozulmasıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda müəyyən edilən halları və nöqsanları aradan qaldırdıqdan sonra, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsində göstərilmişdir ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və 15000 manat kompensasiya tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İşə məhkəmədə baxılması üçün ödənilmiş 135 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar