Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-224/2021 16.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı: İddiaçı Məhdud Msəuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı: İddiaçı Məhdud Msəuliyyətli Cəmiyyətinin Cavabdeh: Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhdud Msəuliyyətli Cəmiyyətinin (bundan sonra ASC) etibarnamə üzrə nüməyəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, a) İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli, CAR-1970 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsini, b) lizinq obyekti olan 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı, XTA212140E2161771 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMCnə geri qaytarılmasını və c) Cavabdeh xx xxxxxx 2019-cu il tarixli CAR-1970 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 3706.16 manat əsas borc, 412.63 manat gecikdirilmiş mükafat borcu, və həmin günə hesablanmış 1574.09 manat cərimə borcu olmaqla, cəmi 5692.88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb «xxxx» ASC-nə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, CAR-1970 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı, XTA212140E2161771 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən o, illik 17 % hesablanmaqla 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 411.52 manat, ümumilikdə isə 4938 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 4938 manatın 4512 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə heç bir ödəniş olunmamışdır. Eyni zamanda Cavabdeh xx xxxxxx 2019-cu il tarixli CAR-1970 saylı daxili lizinq müqaviləsi üzrə ıizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə ümumilikdə 5692.88 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Eyni zamanda Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, CAR-1970 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 3706.16 manat əsas, 412.63 manat gecikdirilmiş mükafat borcu və 1574.09 manat dəbbə pulu olmaqla, cəmi 5692.88 manat borcu yaranmışdır. Buna görə də a) İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli, CAR-1970 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsini, b) lizinq obyekti olan 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı, XTA212140E2161771 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmasını və c) Cavabdeh 3706.16 manat əsas borc, 412.63 manat gecikdirilmiş mükafat borcu, 1574.09 manat cərimə borcu olmaqla, cəmi 5692.88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh xx xxxxxx 2019cu il tarixdə İddiaçı MMC ilə CAR-1970 saylı daxili lizinq müqaviləsi bağlamış və müqaviləyə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı, XTA212140E2161771 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli, təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan «Vaz- 21214» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil-təslim aktına əsasən vermişdir. Məhkəməyə təqdim olunmuş İddiaçı MMC-nin xx xxxxxx 2019-cu il tarixli, ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, CAR-1970 saylı daxili lizinq müqaviləsi üzrə cəmi 4512 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, CAR-1970 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı, XTA212140E2161771 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 faiz hesablanmaqla 12 ay müddətinə, hər ay 411.52 manat olmaqla, cəmi 4938 manat məbləğdə pulu İddiaçı MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh İddiaçı MMC arasında CAR-1970 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və xx xxxxxx 2019-cu il tarixli, CAR-1970 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, CAR-1970 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 3706.16 manat əsas, 412.63 manat gecikdirilmiş mükafat borc və 1574.09 manat dəbbə pulu olmaqla, cəmi 5692.88 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri lizinq və öhdəliklə bağlı yaranan mülki münasibətlərdir. Məhkəmə, işin hallarına lizinq və öhdəlik qanunvericiliyinə, tərəflər arasında bağlanmış lizinq və öhdəlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış lizinq və öhdəlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Lizinq müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinin tələbinə görə lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinin tələbinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinin tələbinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Cavabdeh ilə iddiaçının arasında bağlanmış daxili lizinq müqaviləsinin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana lizinqi ödəmədiyi üçün 1574.09 manat məbləğdə penya borcu hesablanmışdır. Lakin məhkəmə borcluya 1574.09 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 50 manat miqdarda dəbbə pulu alınmalıdır. Mingəçevir şəhər məhkəməsinin 2(051)-1817 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-yə məxsus 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı, XTA212140E2161771 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin üzərinə həbs qoyulmasına dair iddianın təmin etmə tədbiri qətnamə qanuni qüvvəyə mindikdən sonra ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Sadalanan hallar və hüquq normaları cavabdehdən borcun ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 241-244, 357 və 360-maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, CAR-1970 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə 3706.16 manat məbləğdə əsas borc, 412.63 manat məbləğdə gecikdirilmiş mükafat borcu və 50 manat məbləğdə cərimə olmaqla, cəmi 4168.79 manat məbləğdə borc Cavabdeh alınıb İddiaçı MMC-nə ödənilsin. Lizinq obyekti olan 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı, XTA212140E2161771 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılsın. Mingəçevir şəhər məhkəməsinin 2(051)-1817 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-yə məxsus 2013-cü il buraxılışlı, «Vaz-21214» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı, XTA212140E2161771 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin üzərinə həbs qoyulmasına dair iddianın təmin etmə tədbiri qətnamə qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutulub İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti hverilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-224/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-224/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver