Məhkəmə qərarları › İş №2(051)-224/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-224/2023

09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-224/2023 09.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə sənədin məxsusluğu faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək sənədin məxsusluğu faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1960cı ildə Ağdaş şəhərində anadan olmuş, atası X15, anası X5r. Anası Nariyə xx.xx.2007-ci ildə vəfat etmşdir. Anasının ölümündən sonra onun adına olan torpaq sahəsini adına keçirmək istədikdə müəyyən olmuşdur ki, JN-167A seriyalı, 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən anasının adı Nuriyə qeyd edilmişdir. Halbuki anasını adı Nariyədir. Buna görə də həmin sənəd əsasında anasından qalmış miras əmlakı adına keçirə bilmir. Anasına aid digər sənədlərdə onun adı Nariyə kimi qeyd edilmişdir. JN-167A seriyalı, 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum anası X6 məxsus olması faktını təsdiq edə bilmir. Bu faktı başqa qaydada müəyyən etmək mümkün deyil. Ərizənin təmin olunmasını, torpağın mülkiyyətə verilməsinə dair JN-167A seriyalı, 90301004 kodlu şəhadətnamənin X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizəçi onun doğma qardaşıdır. Onların analarının adı Nariyə olmuşdur. Lakin torpaq sənədində anasının adı səhvən “Nariyə” əvəzinə “Nuriyə” yazılmışdır. X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi dayısı, Nariyə Şirinova nənəsidir. Onun nənəsinin adı, həqiqətən də, Nuriyə deyil Nariyə olmuşdur, hamı onu Nariyə kimi tanımışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, təmin edilməlidir. İşə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-167A, KOD 90301004 saylı şəhadətnamənin surətindən görünür ki, torpaq sahəsi X2 mülkiyyətinə verilib. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 sentyabr 1931-ci il təvəllüdlü X3 atası X7, anası X4r. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13 avqust 1960-cı il təvəllüdlü Ərizəçi Fətəli oğlunun atası X14, anası X5r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 noyabr 1951-ci il təvəllüdlü X9 atası X14, anası X5r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 iyul 2007-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, JN-167A, KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X3 adı düzgün qeyd edilməyərək X12 yazılmışdır. Ona görə də ərizə təmin olunmalı, qeyd edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X6 aid olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-167A, KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Nuriyə Şirinovanın adının Nariyə Şirinovaya aid olması, həmin şəhadətnamənin X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar