Məhkəmə qərarları › İş №2(051)-2257/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2257/2022

14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2257/2022 14.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi «sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 1980-cı ildə “Azrezintexnika “ İB tərəfindən “Şəfa” bağ massivi ərazisində verilən 0,06 ha torpağ sahəsinin adlı siyahısında X1 və atasının adının sənədində X5 məxsus olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ərizəçinin X2 1957-ci ildə anası X4 ilə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan ərizəçi xx.xx.1967-ci il təvəllüd, bacısı Nərgiz Həsənova (xx.xx.1962-ci il təvəllüdlü), bacısı X6( xx.xx.1960-cı il təvəllüdlü) dünyaya gəlmişdir. X13 1979-ci ildən və Həsənova Nərgiz 1981-ci ildən Azərbaycan Respublikasından getmişlər. Onlar RF vətəndaşlarıdılar. Ataları iş yerindən 1980-cı ildə Azrezintexnika İB tərəfindən “Şəfa'” bağ massivi ərazisində 0,06 ha torpağ sahəsi istifadəyə \erilmişdir. Ərizəçinin atası həmin ərazidə 1998-ci ildə torpağın üzərində l(bir) otağlı ev tikmişdir. xx.xx.2018-ci ildə atası vəfat etmiş və anası tək qalmasın deyə ərizəçi həmən əraziyə köçüb, onun yanında 2019-cu ilin yanvar ayında davamlı olaraq yaşamağa başlamışdır. Həmin ərazidə təsərrüfat apararaq məhlədə toyuq-cücə, ağaclara qulluq və əkin işləri aparmışdır. Əlavə olaraq həmin ərazidə quraşdırılmış işıq, su və qaz sayğacları üzrə işlətdiyi kommunal xidmətləri üzrə ödəniş aparmışdır. İndiki dövrdədə həmin ərazidə ahıl yaşlı anası ilə yaşayır. Bacıları atasının ölümü haqda xəbərdar olsalarda o, onlara telefon vasitəsi ilə xəbər versədə onlar nə atasının yasına gəlməmişlər, gələcəkdədə nə anasına kömək etmişlər, nədə ki yasla bağlı aparılan xərclərlə maraqlanmamışlar. Beləliklədə ərizəçi mirası tək başına faktiki qəbul etmişdir. Ərizəçi atasına 1980-cı ildə Azrezintexnika " İB tərəfindən idarə tərəfindən verilən “Şəfəq1' bağ massivi ərazisində verilən 0,06 ha torpağ sahəsinin sənədləri araşdıranda məlum oldu ki, adlı siyahıda atasının əvəzinə X9 qeyd edilmişdir. O, bununla bağlı 17 saylı Yevlax ərazi İdarəssinə müraciət edərək düzəliş edilməsini xahiş etmişdir. Lakin 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********6 saylı məktubla ona bildirmişdir ki, bu düzəliş onların səlahiyyətinə aid deyil. Ona görə də 1980-cı ildə “Azrezintexnika “ İB tərəfindən “Şəfa” bağ massivi ərazisində verilən 0,06 ha torpağ sahəsinin adlı siyahısında X1 və atasının adının sənədində X5 məxsus olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il anadan olmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X8 30 dekabr 2018-ci ildə ölmüşdür. İşə əlavə olunmuş “Azərtexnika” İB Mingəçevir TRM zavodunun “Şəfəq” bağçılıq kollektivi tərəfindən verilmiş 63 nömrəli sahənin pasportundan görünür ki, X8 “Azərtexnika” İB Mingəçevir TRM zavodunun “Şəfəq” bağçılıq kollektivinun üzvü olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər XSD İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə TRM Zavoduna bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1980-ci ildə “Azrezintexnika” İB tərəfəindən “Şəfa” bağ massivi ərazisində verilən 0,06 ha torpaq sahəsinin adlı siyahısında göstərilən X10 ilə X8 eyni şəxs olması və həmin sənədlərin X3 məxsus olması faktı müəyyən olunmuş sayılmalıdır. Belə ki, iş materialları və bununla bağlı qanunvericilik aktları müqayisəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilən və yuxarıda qeyd edilən hər 3 hall mövcuddur. Ona görə də ərizə tələbinin təmin olunması qanunla mümkündür. Bundan əlavə məhkəmə iclasında ərizəçi tərəfindən təqdim edilmiş sübutlar mötəbər sübut kimi qəbul edilmiş və bu sübutları istisna edəcək heç bir hall müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Ərizə tələbi təmin edilsin. 1980-ci ildə “Azrezintexnika” İB tərəfəindən “Şəfa” bağ massivi ərazisində verilən 0,06 ha torpaq sahəsinin adlı siyahısında göstərilən X10 ilə X8 eyni şəxs olması və həmin sənədlərin X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə sənədlərdə müvafiq dəyişiklik aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar