Məhkəmə qərarları › İş №2(051)-229/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-229/2021

21.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-229/2021 21.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs qəyyumluq və himayə orqanının nümayəndəsi X5 oğlunun iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 26 yanvar 1975-ci il təvəllüdlü bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X4 onun doğma bacısıdır. Nune Nəbiyeva 26 yanvar 1975-ci ildə anadan olmuşdur. Bacısı Nune anadangəlmə lal, kardır, sonradan isə gözlərindən əlil olmuşdur. Hətta psixi xəstədir və Mingəçevir şəhər Rayonlararası psixonevroloji Dispanserində uçotdadır. Mingəçevir şəhər HƏEK tərəfindən müddətsiz əlillik dərəcəsi verilmişdir. Qulluğa ehtiyacı olan xəstədir. Bacısı Nune ağır xəstəlikdən əziyyət çəkir və müalicəsi yoxdur. Nune öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Hərəkətlərinə cavabdehlik daşımır. Ona görə də ərizənin təmin olunmasını, bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X5 oğlu ekspertiza rəyini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 26 yanvar 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur, Mingəçevir şəhəri A.Ələsgər küçəsi 30 № li evdə yaşayır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş ambulator xəstənin kartasından çıxarışdan görünür ki, X4 İ qrup əlil olmaqla «yüngül əqli gerilik davranış pozğunluğu, karlıq, korluq, lallıq» diaqnozu ilə xəstədir. İşə əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə-psixiatriya komissiyasının 30 mart 2021-ci il tarixli 157 №-li rəyində göstərilir ki, X4 yüngül dərəcəli əqli gerilik davranış pozuntuları ilə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib hesab edir ki, ərizə təmin edilməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 26 yanvar 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri A.Ələsgər küçəsi 30 №-li evdə yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar