Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2297/2025 25.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Mingəçevir şəhər Sukanal İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Mingəçevir şəhər Sukanal İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun mülkiyyətində olan Mingəçevir şəhəri, Mərkəzi küçə, 13-cü döngə, 10 saylı (yeni qaydalarla Mingəçevir şəhəri, Yaşıl küçəsi, 16-cı giriş) bağ evi üçün nəzərdə tutulmuş su sayğacına əsassız hesablanmış 457.60 (dörd yüz əlli yeddi manat altmış qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Mingəçevir şəhər Sukanal İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2297/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2297/2025
25.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver