Məhkəmə qərarları › İş №2(051)-233/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-233/2022

16.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-233/2022 16.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil, üçüncü şəxs X5 iştirakı ilə,İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı miras payın bağışlanması, alqı-satqı müqavilələrinin etibarsız sayılması, həmin hissədə Çıxarışın ləğv edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər X21, Cavabdeh2 qarşı miras payın bağışlanması, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin hissədə Çıxarışın ləğv olunması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Vidadi oğlunun nümayəndəsi,vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı İddiaçı ilə X17 doğma qardaş olmuşlar. Onların valideynləri arasında nikah 1982-ci ildə pozulmuşdur. Anası X15 07 noyabr 2020-ci ildə vəfat etmişdir. İddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xəstədir. Hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkir. Anası ölən zaman cəzaçəkmə müəssisəsində olmuşdur. Onlar birlikdə Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilində yaşamışlar. Həmin mənzil anaları Mirvari Quliyevanın adına qeydə alınmışdır. 2021-ci ilin iyun ayında qardaşı Anar Quliyev iddiaçının yanına Müalicə müəssisəsinə gedərək onunla görüşür və iddiaçıya bildirir ki, onun cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmaq imkanı var, ancaq bunun üçün pul lazımdır,razılaşıb analarından miras qalmış mənzili satsınlar, ya onu cəzəçəkmə müəssisəsindən azad edərlər, ya da payına düşən hissədə adına ev alarlar. İddiaçı da cəzaçəkmə müəsisəsindən çıxmaq arzusunda olduğundan, eləcə də doğma qardaşına inandığına görə razılıq verir. Anar Quliyev iddiaçıya, həmçinin, bildirir ki, o, mənzilin alqı-satqısı müqaviləsinin imzalanması üçün başqa bir adama etibarnamə verməlidir və etibarnaməni dostu Cavabdeh1 verməyi təklif edir. İddiaçı da razılaşır Cavabdeh1 mənzilə dair miras payın qəbul edilməsi və mənzilin alqı-satqısını aparılması, müqavilənin bağlanması üçün 23 iyun 2021-ci il tarixdə etibarnamə verir və gözləyir ki, qardaşı Anar onu tezliklə cəzaçəkmə müəssisəsindən çıxaracaqdır. 01 sentyabr 2021-ci ildə Anar Quliyev vəfat edir. Anarın vəfatından sonra xalası Validə Aslanova iddiaçının yanına, cəzaçəkmə müəssisəsinə gedir. Həmin vaxt ona məlum olur ki, qardaşı Anar anasından miras qalmış mənzili satmış, həmin pulla öz adına 02 iyul 2021-ci ildə “VAZ-2104” markalı avtomobil və 09 iyul 2021-ci ildə ünvan 1 ünvanda yerləşən, üzərində ev tikilmiş torpaq sahəsi almışdır. Sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 onun verdiyi etibarnamədən istifadə edərək miras mənzilin ikidə bir hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra miras payını Anar Quliyevə bağışlanması barədə müqavilə bağlamışdır. Ancaq iddiaçı miras payn bağışlanması məqsədi ilə etibarnamə verməmişdir. 28 iyun 2021-ci ildə miras payın bağışlanmasl müqaviləsi imzalandıqdan bir gün sonra, 29 iyun 2021-ci ildə Anar Quliyev həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış alır. Həmin gün də Anar Quliyev 3 otaqlı mənzili X7 25000 manata satılmasına dair alqı-satqı müqaviləsini imzalayır. Adına etibarnamə verilmiş Cavabdeh1 da həmin vaxt iddiaçının adından mənzilin satılmasına, mənzildən istifadə hüququna xitam verilməsinə razılıq verilməsi, mənzildən qeydiyyatdan çıxacağını öhdəsinə götürməsi barədə ərizəni imzalamışdır. İddiaçının bunlardan Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinin 02 noyabr 2021-ci il tarixli məıktubundan sonra xəbərdar olmuşdur Əvvəlan iddiaçı 3 otaqlı, yaşayış üçün yararlı olan mənzilin 25000 (iyirmi beş min) manata satılmasına razı olmazdı. Bundan əlavə etibarnamə verməkdə iddiaçının məqsədi miras mənzilə olan payının satılması, əldə olunacaq vəsaitin özünə sərf edilməsi, yəni cəzaçəkmə müəssisəsindən çıxmaq istəməsi və ya ev almaq olmuşdur. Lakin iddiaçının cəzaçəkmə müəssisəsində olmasından istifadə edərək öz istəklərinə uyğun etibarnamə alaraq, iddiaçını miras paydan məhrum edilməsinə səbəb olmuş, nəticədə Anar Quliyev miras payın satışından əldə etdiyi vəsait hesabına avtomobil və üzərində fərdi evin tikintisi olan torpaq sahəsi almışdır. Cavabdeh2 Anar Quliyevin vərəsəsidir. İddiaçının miras payının satışından əldə etdiyi əmlakları birinci dərəcəli vərəsə kimi Cavabdeh2 qəbul etmişdir. Əgər iddiaçının miras payının satışından əldə edilmiş vəsait könüllü olaraq geri qaytarılmazsa, tələb həmin əmlaklara yönəldiləcəkdir. İddiaçı miras payını heç kimə bağışlamağı istəməmişdir, Cavabdeh1 belə bir göstəriş, mənzilin satılmasına və istifadə hüququnun xitama, qeydiyyatdan çıxmağı ilə bağlı hərəkətlər etməyə səlahiyyət verməmişdir. Cavabdeh Cavabdeh1 Anar Quliyevin yaxını kimi etibarnamədən onun xeyrinə istifadə etmişdir. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2№li evin 9 №li mənzilinə 2 V-647 №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ikidə bir hissə miras payın Cavabdeh1 tərəfindən X13 bağışlanması barədə Mingəçevir Regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin hissədə X11 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, mənzilin satılmasına iddiaçının adından imzalanmış və Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində 8 İ-11042 sayla qeydə edilmiş 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız sayılması, mənzilin X7 25000 manata satılmasına dair Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 4 Ə-1276 №li 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə hissədə etibarsız hesab edilməsi, həmin hissədə X19 qızının adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Quliyev Anar Vidadi oğlu ilə yaxın dost münasibətində olmuşdur. Anarın qardaşı Ramili də tanıyır. Anarla birlikdə cəzaçəkmə müəsisəsinə Ramilin yanına getmişlər. Qardaşlar söhbət zamanı razılığa gəldilər ki, analarından miras qalmış mənzili satsınlar, Ramilin payına düşən pulla Ramini cəzaçəkmə müəssisəsindən çıxarsınlar və yaxud ona ev alsınlar. Ramil cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə onun əməliyyatda iştirak etmək imkanı yox idi. Hər ikisi Ramilin adından alqı-satqı əməliyyatının aparılması üçün onun adına etibarnamə verilməsi razılığına gəldilər. Etibarnamə verildikdən sonra o, Anarla birlikdə “Asan Xidmət” mərkəzində notariat ofisinə getdilər. Ona etibarnamə 23 iyun 2021-ci il tarixdə verilmişdir. Notariat ofisində bəzi sənədlərə imza etdi. O, etibarnamədə nə yazılmasına, hansı sənədləri imzalamasına fikir vermirdi. Fikirləşirdi ki, onlar doğma qardaşdırlar, hər şey də aralarında razılaşdıqları kimi olacaqdır. Həmin gün notariat ofisində mənzilin alıcısı da var idi. Mənzilin alqı-satqısından az bir müddət keçdikdən sonra eşitdi ki, Anar ev alıbdır, fikirləşdi ki, həmin evi Anar Ramilə alıbdır. Evi alandan bir müddət sonra da Anar vəfat etdi. Onu bildirir ki, Ramil etibarnaməni onun adından mənzilin alqı-satqısının aparması üçün vermişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, əvvəla Cavabdeh2 bu işdə cavabdeh ola bilməz. Ona görə ki, Cavabdeh2 mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə versə də ona hələlik qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Cavabdeh2 ərindən qalmış mirasa payı müəyyən edilməmişdir. Bundan əlavə iddiaçının anasından miras qalmış mənzilə miras payın bağışlanması və digər hərəkətlər onun cavabdeh Cavabdeh1 vermiş olduğu etibarnamədə göstərilmiş səlahiyyətlər daxilində Cavabdeh1 tərəfindən aparılmış və heç bir qanunsuzluğa yol verilməmişdir. İddia əsassız olduğuna görə təmin olunmamasını xahiş edir. Cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən şəxsi kimi işdə iştirak etməyə cəlb edilmiş X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, özünə mənzil almaq istəyirdi, bu işdə də, yəni mənzilin axtartılıb-tapılmasında ona qaynı Şahin kömək edirdi. Şahin ona dedi ki, Naxçıvan küçəsində 45000 manata 3 otaqlı mənzil satılır. O, həmin mənzilin alınmasına razılıq verdi. Sonra o, qaynı Şahinlə notariat ofisinə getdi, mənzilin alqı-satqısına dair onunla mənzilin sahibi Anar Quliyev arasında müqavilə imzalandı. Müqavilədə mənzilin qiyməti 25000 manat göstərilmişdir. Ancaq mənzili 45000 manata almışdır, həmin pulu qaynı Şahinə vermişdir, ona görə də pul satıcıya Şahin tərəfindən verilmişdir. Alqı-satqı müqaviləsi bağlanan gün də mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Hazırda mənzil onun mülkiyyətindədir. Məhkəmə iclasından şahid kimi ifadə verən X18 ifadəsində bildirdi ki, Çimnaz Kamalova onun qardaşı arvadıdır. Çimnaz Kamalova mənzil almaq istədiyini, bu işdə ona kömək olunmasını xahiş etmişdi. O, da maklerlərdən mənzil satmaq istəyən adam olub-olmamasını soruşdu. X20 Naxçıvan küçəsində 3 otaqlı mənzil satıldığını bildirdi, sonra mənzili satmaq istəyən Anar Quliyevlə görüşdülər. Mənzili 45500 manata razılaşdılar. X30 dedi ki, mənzilin sənədləri hazır deyil və sənədləri qaydaya salmaq üçün vaxt istədi. Mənzilin sənədlərini hazırlamaq üçün Anar ondan əvvəl 500 manat, sonra 1000 manat pul almışdı. Mənzilin sənədləri hazır olandan sonra onlar birlikdə “Asan Xidmət”in notariat ofisinə getdilər. Notariat ofisində Çimnaz Kamalova ilə Anar Quliyevin arasında alqı-satqı müqaviləsi bağlandı. Müqavilədə 25000 manat göstərilsə də o, Anara 45500 manat pul vermişdi. X24 Sabir oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, makler kimi mənzilin alqısatqısı üçün ona müraciət etmiş vətəndaşlara kömək edir. X17 ona məxsus mənzili satmaq istədiyini bildirmişdi. Bir neçə gündən sonra da Şahin Kamalov ona müraciət edərək almaq üçün mənzil axtardığını bildirdi. O da Naxçıvan küçəsində 3 otaqlı mənzili satmaq istədiklərini dedi. X25 Kamalov görüşdülər. Mənzilin alqı-satqısını 45500 manata razılaşdılar. Şahin Anara 500 manat beh verdi. Söhbət zamanı məlum oldu ki, mənzilin sənədləri hazır deyil. Sənədlərin düzəldilməsi üçün vaxt lazım idi. Anar cəzəçəkmə müəssisəsində cəza çəkən qardaşından aldığı etibarnamə əvvəl düz olmadı. İkinci dəfə etibarnamə alındı. Sonra mənzilin alqı-satqısına dair müqavilə notariat ofisindı bağlandı. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili tam mülkiyyət hüququ ilə X9 adına qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 qızı 07 noyabr 2020-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Mingıçevir şəhər Qeydiyyat şöbəsindın verilmiş 18.05.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı və X3 Mirvari İsa qızının vərəsələrdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Ximdətin İxtisaslaşdırılmış Müalicə müəssisəsində cəzə çəkən məhkum İddiaçı təırəfindən verilmiş etibarnamədə göstərilir ki, o, bir çox səlahiyyətləri, eləcə də miras payını almaq, miras paydan imtina etmək, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə aid notariat ofisində ərizələri imzalamaq, mənzili bağışlamaq, satmaq ilə əlaqədar müqavilələri imzalamaq Cavabdeh1 oğluna etibar edilir. Etibarnamə 23 iyun 2021-ci ildə 1(bir) il müddətinə verilmişdir. İşdə olan 28 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə göstərilir ki, X17 və İddiaçı 07.11.2020-ci ildə vəfat etmiş X9 vərəsələridir, onlar hər biri miras əmlakdan ikidə bir hissədə pay almalıdırlar. İşə əlavə edilmiş İddiaçı əvəzinə Cavabdeh1 ilə X17 arasılnda 28 iyun 2021-ci il tazrixdə bağlanmış “Miras payın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona çatan ikidə bir hissədə olan payı qardaşı X13 bağışlamışdı. İşdə olan hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin dən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili 29.06.2021ci il tarixdə tam mülkiyyət hüququ ilə X11 adına qeydə alınmışdır. İşə əlavə edilmiş satıcı X17 ilə alıcı X8 arasında bağlanmış 29 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində göstərilir ki, satıcı Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilini alıcıya 25000(iyirmi beş min) manata satdı. İşə əlavə edilmiş satıcı Quliyev Anar Vidadi oğlu və alıcı X19 qızının Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinə yazdıqları ərizədə göstərilir ki, X13 məxsus olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin 25000 manat qiymətə stılması barədə razılığa gəlmişlər. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsindən verilmiş 16 aprel 2022-ci il tarixli arayışdan görünür ki, X17 01 sentyabr 2021-ci ildə ölmüşdür. İşdə olan satıcı X22 ilə alıcı X17 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Mingəçevir şəhəri Şəfa küçəsi 19-cu döngə 23 ünvanda yerləşən 0,06 torpaq sahəsini alıcıya satdı. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi 09.07.2021-ci il tarixdın tam mülkiyyət hüququ ilə X11 adına qeydə alınmışdır. İşdə olan Yevlax RQİ və TBŞ-nin 25.09.2021-ci il tarixli məktubundan göstərilir ki, “VAZ- 21074” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil 02.07.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X11 adına rəsmləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilir. Lakin bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci madəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində anasından qalmış miras payın qəbul edilməsi və miras qalmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2№li evin 9№li mənzilin satılması ilə əlaqədar etibarnamədən onun iradəsinə zidd müqavilələr bağlandığını, nəticədə hüququnun pozulduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Məcəllənn 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulan etibarnamələr Mülki Məcəllənin 362.3-cü maddəsində göstərilmişdir. Mülki Məcəllənin 362.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmış etibarnamələr də notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarından göstərilir ki, ilk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etubarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmçilçisi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçının anasından Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 evin 9 №li mənzili miras qalmışdır. İddiaçı ilə qardaşı Quliyev Anar Vidadi oğlu arasındakı razılığa görə miras qəbul edilməli, miras mənzilə paylar müəyyən olunmalı, mənzil satılmalı, iddiaçının payının satışından əldə edilmiş vəsait onun özünə sərf edilməli, xərclənməlidir. İddiaçı cəzaçəkmə müəssisəsindı saxlandığına görə həmin əməliyyatları şəxsən həyata keçirmək imkanı olmadığı üçün səlahiyyətlərini başqa şəxsə, təmsilçiyə verməli olmuşdur. Ona görə də 23 iyun 2021-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Qeyd edilənləri adına etibarnamə verilmiş iş üzrə Cavabdeh1 da məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Lakin etibarnamədə əqdin bağlanmasına dair səlahiyyətlər konkret olaraq əks etdirilməmiş, həmçinin, bir-birinə zidd olan səlahiyyətlər göstərilmişdir. Məsələn etibarnamədə miras payını almaq, miras payından imtina etmək və yaxud miras əmlak olan Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili bağışlamaq, məzilin satılması ilə əlaqədar müqaviləni imzalamaq səlahiyyətləri göstərilmişdir. Yəni təmsil edilənin əqdin bağlanması üçün konkret iradı ifadəsi müəyyən olunmamışdır. Əgər təmsil edilən miras paydan imtina edirsə mirasın qəbul edilməsi səlahiyyətinin də verilməsində məqsəd məlum deyil. Eləcə də mənzil bağışlanarsa əvəz gözlənilmir, ancaq satılarsa təmsil edən əvəz gözləyir. İddiaçı tərəfindən verilən etibarnamədə əqdin bağlanmasına dair səahiyyətlər konkret göstərilməməsinə baxmayaraq adına etibarnamə verilmiş Cavabdeh1 mirası qəbul etdikən sonra iddiaçının qardaşı Anar Quliyeva bağışlamış və bununla bağlı aralarında 28 iyun2021-ci il tarixdə “Miras payın bağlanması müqaviləsi” bağlamışlar, müqavilə notariat ofisində təsdiq edilmişdir. Bundan sonra iddiaçının qardaşı Anar Quliyev 29.06.2021-ci il tarixdə mənzilə tam mülkiyyət hüququnu təsdiq edən Çıxarış almış, elə həmin gün də, 29.06.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X7 25000 manata satmışdır. Mənzilin satışından əldə edilmiş vəsaitdən isə iddiaçıya verilməmişdir. İddiaçı tələbində göstərir ki, sonra ona məlum olmuşdur ki, qardaşı mənzilin satışından əldə edilmiş pulla özünə avtomobil , üzərində fərdi evin tikintisi olan torpaq sahəsi almışdır. Məhkəməyə təqdim edilmiş 30 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də görünür ki, X2 şəhəri Şəfa küçəsi 19-cu döngə 23 №li ünvanda 0,06 ha torpaq səhəsi almış, 09.07.2021-ci il tarixdə isə həmin torpaq sahəsinə tam mülkiyyət hüququnu təsdiq edın Çıxarış almışdır. Eləcə də 02.07.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “VAZ- 21074”markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil adına rəsmiləşdirilmişdir. Beləliklə etibarnamədə təmsil edilənin iradi ifadəsi aydın olmamasından, əqdin bağlanmasına dair səlahiyyətlər konkret şərtlərlə göstərilməməsindən istifadə olunmaqla iddiaçının hüquqları pozulmuşdur. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, miras əmlak olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili iddiaçının razılığı, məlumatı olmadan X1. Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzili 45000 manata aldığını bildirsə də, alqı-satqı müqaviləsində mənzilin 25000 manata satıldığı qeyd edilmişdir. Mənzilin satış qiymətinin mübahisəli olması səbəbindən də iddiaçının miras payının dəyərinin də müəyyən edilməsində mübahisə yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli qərarında göstərilir ki, MM-in 157.3-cü maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasmı müəyyən edir. Bu prezumpsiyaya görə, əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. MM-in 157.3-cü maddəsinin mənasına görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Göründüyü kimi mənzilin dəyərinin ödənilməsi bildirilsə də, ödənilmiş dəyər, alqı-satqı müqaviləsində mənzilin qeyd edilmiş qiyməti mübahisəlidir. Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinin tələbinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X17 arasında Mingəçevir Regional” Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə etibarsız hesab edilməli, X11 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv edilməli, mənzilin satılmasına Cavabdeh1 tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsi etibarsız hesab edilməli, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin 25000 manata satılmasına dair X17 ilə Kamalova Çimnaz Ələddin qızı arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi ikidə bir hissədə etibarsız hesab edilməli, həmin hissədə X5 adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarış ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X17 arasında Mingəçevir Regional” Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə və mənzilin satılmasına Cavabdeh1 tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsi etibarsız hesab edilsin. X11 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv olunsun. Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin 25000 manata satılmasına dair X17 ilə Kamalova Çimnaz Ələddin qızı arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi ikidə bir hissədə etibarsız hesab edilsin. Həmin hissədə X5 adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarış ləğv olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar