Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-596/2023 23.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı miras payın bağışlanması, alqı-satqı müqavilələrinin etibarsız sayılması, həmin hissədə Çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əqdin etibarsızlığı) X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X32 qızının katibliyi ilə, İddiaçı vəkili X9, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı miras payını bağışlama müqaviləsinin, alqı– satqı müqaviləsinin qismən etibarsız sayılması, həmin hissədə çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)- 233/2022 saylı qətnaməsindən üçüncü şəxs X12 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər X28, Cavabdeh2 qarşı miras payın bağışlanması, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin hissədə Çıxarışın ləğv olunması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X22 doğma qardaş olmuşlar. Onların valideynləri arasında nikah 1982-ci ildə pozulmuşdur. X7 07 noyabr 2020- ci ildə vəfat etmişdir. İddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xəstədir. Hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkir. Anası ölən zaman cəzaçəkmə müəssisəsində olmuşdur. Onlar birlikdə Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilində yaşamışlar. Həmin mənzil anaları Mirvari Quliyevanın adına qeydə alınmışdır. 2021-ci ilin iyun ayında qardaşı Anar Quliyev iddiaçının yanına Müalicə müəssisəsinə gedərək onunla görüşür və iddiaçıya bildirir ki, onun cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmaq imkanı var, ancaq bunun üçün pul lazımdır, razılaşıb analarından miras qalmış mənzili satsınlar, ya onu cəzəçəkmə müəssisəsindən azad edərlər, ya da payına düşən hissədə adına ev alarlar. İddiaçı da cəzaçəkmə müəsisəsindən çıxmaq arzusunda olduğundan, eləcə də doğma qardaşına inandığına görə razılıq verir. Anar Quliyev iddiaçıya, həmçinin, bildirir ki, o, mənzilin alqı-satqısı müqaviləsinin imzalanması üçün başqa bir adama etibarnamə verməlidir və etibarnaməni dostu Cavabdeh1 verməyi təklif edir. İddiaçı da razılaşır Cavabdeh1 mənzilə dair miras payın qəbul edilməsi və mənzilin alqı-satqısını aparılması, müqavilənin bağlanması üçün 23 iyun 2021-ci il tarixdə etibarnamə verir və gözləyir ki, qardaşı Anar onu tezliklə cəzaçəkmə müəssisəsindən çıxaracaqdır. 01 sentyabr 2021-ci ildə Anar Quliyev vəfat edir. Anarın vəfatından sonra xalası Validə Aslanova iddiaçının yanına, cəzaçəkmə müəssisəsinə gedir. Həmin vaxt ona məlum olur ki, qardaşı Anar anasından miras qalmış mənzili satmış, həmin pulla öz adına 02 iyul 2021-ci ildə “VAZ-2104” markalı avtomobil və 09 iyul 2021-ci ildə ünvan 1 ünvanda yerləşən, üzərində ev tikilmiş torpaq sahəsi almışdır. Sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 onun verdiyi etibarnamədən istifadə edərək miras mənzilin ikidə bir hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra miras payını Anar Quliyevə bağışlanması barədə müqavilə bağlamışdır. Ancaq iddiaçı miras payn bağışlanması məqsədi ilə etibarnamə verməmişdir. 28 iyun 2021-ci ildə miras payın bağışlanması müqaviləsi imzalandıqdan bir gün sonra, 29 iyun 2021-ci ildə Anar Quliyev həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış alır. Həmin gün də Anar Quliyev 3 otaqlı mənzili X10 25000 manata satılmasına dair alqı-satqı müqaviləsini imzalayır. Adına etibarnamə verilmiş Cavabdeh1 da həmin vaxt iddiaçının adından mənzilin satılmasına, mənzildən istifadə hüququna xitam verilməsinə razılıq verilməsi, mənzildən qeydiyyatdan çıxacağını öhdəsinə götürməsi barədə ərizəni imzalamışdır. İddiaçının bunlardan Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinin 02 noyabr 2021-ci il tarixli məıktubundan sonra xəbərdar olmuşdur Əvvəla iddiaçı 3 otaqlı, yaşayış üçün yararlı olan mənzilin 25000 (iyirmi beş min) manata satılmasına razı olmazdı. Bundan əlavə etibarnamə verməkdə iddiaçının məqsədi miras mənzilə olan payının satılması, əldə olunacaq vəsaitin özünə sərf edilməsi, yəni cəzaçəkmə müəssisəsindən çıxmaq istəməsi və ya ev almaq olmuşdur. Lakin iddiaçının cəzaçəkmə müəssisəsində olmasından istifadə edərək öz istəklərinə uyğun etibarnamə alaraq, iddiaçını miras paydan məhrum edilməsinə səbəb olmuş, nəticədə Anar Quliyev miras payın satışından əldə etdiyi vəsait hesabına avtomobil və üzərində fərdi evin tikintisi olan torpaq sahəsi almışdır. Cavabdeh2 Anar Quliyevin vərəsəsidir. İddiaçının miras payının satışından əldə etdiyi əmlakları birinci dərəcəli vərəsə kimi Cavabdeh2 qəbul etmişdir. Əgər iddiaçının miras payının satışından əldə edilmiş vəsait könüllü olaraq geri qaytarılmazsa, tələb həmin əmlaklara yönəldiləcəkdir. İddiaçı miras payını heç kimə bağışlamağı istəməmişdir, Cavabdeh1 belə bir göstəriş, mənzilin satılmasına və istifadə hüququnun xitama, qeydiyyatdan çıxmağı ilə bağlı hərəkətlər etməyə səlahiyyət verməmişdir. Cavabdeh1 Anar Quliyevin yaxını kimi etibarnamədən onun xeyrinə istifadə etmişdir. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2№li evin 9 №li mənzilinə 2 V-647 №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ikidə bir hissə miras payın Cavabdeh1 tərəfindən X17 bağışlanması barədə Mingəçevir Regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin hissədə X14 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, mənzilin satılmasına iddiaçının adından imzalanmış və Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində 8 İ-11042 sayla qeydə edilmiş 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız sayılması, mənzilin X10 25000 manata satılmasına dair Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 4 Ə-1276 №li 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə hissədə etibarsız hesab edilməsi, həmin hissədə X6 adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2№li evin 9 №li mənzilinə 2 V-647 №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ikidə bir hissə miras payın Cavabdeh1 tərəfindən X17 bağışlanması barədə Mingəçevir Regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin hissədə X14 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, mənzilin satılmasına iddiaçının adından imzalanmış və Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində 8 İ-11042 sayla qeydə edilmiş 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız sayılması, mənzilin X10 25000 manata satılmasına dair Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 4 Ə-1276 №li 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə hissədə etibarsız hesab edilməsi, həmin hissədə X6 adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X22 ilə yaxın dost münasibətində olmuşdur. Anarın qardaşı Ramili də tanıyır. Anarla birlikdə cəzaçəkmə müəsisəsinə Ramilin yanına getmişlər. Qardaşlar söhbət zamanı razılığa gəldilər ki, analarından miras qalmış mənzili satsınlar, Ramilin payına düşən pulla Ramili cəzaçəkmə müəssisəsindən çıxarsınlar və yaxud ona ev alsınlar. Ramil cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə onun əməliyyatda iştirak etmək imkanı yox idi. Hər ikisi Ramilin adından alqı-satqı əməliyyatının aparılması üçün onun adına etibarnamə verilməsi razılığına gəldilər. Etibarnamə verildikdən sonra o, Anarla birlikdə “Asan Xidmət” mərkəzində notariat ofisinə getdilər. Ona etibarnamə 23 iyun 2021-ci il tarixdə verilmişdir. Notariat ofisində bəzi sənədlərə imza etdi. O, etibarnamədə nə yazılmasına, hansı sənədləri imzalamasına fikir vermirdi. Fikirləşirdi ki, onlar doğma qardaşdırlar, hər şey də aralarında razılaşdıqları kimi olacaqdır. Həmin gün notariat ofisində mənzilin alıcısı da var idi. Mənzilin alqı-satqısından az bir müddət keçdikdən sonra eşitdi ki, Anar ev alıbdır, fikirləşdi ki, həmin evi Anar Ramilə alıbdır. Evi alandan bir müddət sonra da Anar vəfat etdi. Onu bildirir ki, Ramil etibarnaməni onun adından mənzilin alqı-satqısının aparması üçün vermişdir.
5. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 oğlu birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, əvvəla Cavabdeh2 bu işdə cavabdeh ola bilməz. Ona görə ki, Cavabdeh2 mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə versə də ona hələlik qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Cavabdeh2 ərindən qalmış mirasa payı müəyyən edilməmişdir. Bundan əlavə iddiaçının anasından miras qalmış mənzilə miras payın bağışlanması və digər hərəkətlər onun Cavabdeh1 vermiş olduğu etibarnamədə göstərilmiş səlahiyyətlər daxilində Cavabdeh1 tərəfindən aparılmış və heç bir qanunsuzluğa yol verilməmişdir. İddia əsassız olduğuna görə təmin olunmamasını xahiş etmişdir.
6. Cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən şəxsi kimi işdə iştirak etməyə cəlb edilmiş X12 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, özünə mənzil almaq istəyirdi, bu işdə də, yəni mənzilin axtartılıbtapılmasında ona qaynı Şahin kömək edirdi. Şahin ona dedi ki, Naxçıvan küçəsində 45000 manata 3 otaqlı mənzil satılır. O, həmin mənzilin alınmasına razılıq verdi. Sonra o, qaynı Şahinlə notariat ofisinə getdi, mənzilin alqı-satqısına dair onunla mənzilin sahibi Anar Quliyev arasında müqavilə imzalandı. Müqavilədə mənzilin qiyməti 25000 manat göstərilmişdir. Ancaq mənzili 45000 manata almışdır, həmin pulu qaynı Şahinə vermişdir, ona görə də pul satıcıya Şahin tərəfindən verilmişdir. Alqı-satqı müqaviləsi bağlanan gün də mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Hazırda mənzil onun mülkiyyətindədir.
7. Şahid kimi ifadə verən X23 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Çimnaz Kamalova onun qardaşı arvadıdır. Çimnaz Kamalova mənzil almaq istədiyini, bu işdə ona kömək olunmasını xahiş etmişdi. O, da maklerlərdən mənzil satmaq istəyən adam olubolmamasını soruşdu. X26 Naxçıvan küçəsində 3 otaqlı mənzil satıldığını bildirdi, sonra mənzili satmaq istəyən Anar Quliyevlə görüşdülər. Mənzili 45500 manata razılaşdılar. X40 dedi ki, mənzilin sənədləri hazır deyil və sənədləri qaydaya salmaq üçün vaxt istədi. Mənzilin sənədlərini hazırlamaq üçün Anar ondan əvvəl 500 manat, sonra 1000 manat pul almışdı. Mənzilin sənədləri hazır olandan sonra onlar birlikdə “Asan Xidmət”in notariat ofisinə getdilər. Notariat ofisində Çimnaz Kamalova ilə Anar Quliyevin arasında alqı-satqı müqaviləsi bağlandı. Müqavilədə 25000 manat göstərilsə də o, Anara 45500 manat pul vermişdi.
8. X5 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, makler kimi mənzilin alqı-satqısı üçün ona müraciət etmiş vətəndaşlara kömək edir. X22 ona məxsus mənzili satmaq istədiyini bildirmişdi. Bir neçə gündən sonra da Şahin Kamalov ona müraciət edərək almaq üçün mənzil axtardığını bildirdi. O da Naxçıvan küçəsində 3 otaqlı mənzili satmaq istədiklərini dedi. X33 Kamalov görüşdülər. Mənzilin alqı-satqısını 45500 manata razılaşdılar. Şahin Anara 500 manat beh verdi. Söhbət zamanı məlum oldu ki, mənzilin sənədləri hazır deyil. Sənədlərin düzəldilməsi üçün vaxt lazım idi. Anar cəzəçəkmə müəssisəsində cəza çəkən qardaşından aldığı etibarnamə əvvəl düz olmadı. İkinci dəfə etibarnamə alındı. Sonra mənzilin alqı-satqısına dair müqavilə notariat ofisindı bağlandı.
9. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia təmin olunmuş, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X22 arasında Mingəçevir Regional” Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə və mənzilin satılmasına Cavabdeh1 tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, X14 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin 25000 manata satılmasına dair X22 ilə X12 arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə bir hissədə etibarsız hesab edilməsi, həmin hissədə X6 adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçının anasından Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 evin 9 №li mənzili miras qalmışdır. İddiaçı ilə qardaşı X22 arasındakı razılığa görə miras qəbul edilməli, miras mənzilə paylar müəyyən olunmalı, mənzil satılmalı, iddiaçının payının satışından əldə edilmiş vəsait onun özünə sərf edilməli, xərclənməlidir. İddiaçı cəzaçəkmə müəssisəsindı saxlandığına görə həmin əməliyyatları şəxsən həyata keçirmək imkanı olmadığı üçün səlahiyyətlərini başqa şəxsə, təmsilçiyə verməli olmuşdur. Ona görə də 23 iyun 2021-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Qeyd edilənləri adına etibarnamə verilmiş iş üzrə Cavabdeh1 da məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Lakin etibarnamədə əqdin bağlanmasına dair səlahiyyətlər konkret olaraq əks etdirilməmiş, həmçinin, bir-birinə zidd olan səlahiyyətlər göstərilmişdir. Məsələn etibarnamədə miras payını almaq, miras payından imtina etmək və yaxud miras əmlak olan Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili bağışlamaq, məzilin satılması ilə əlaqədar müqaviləni imzalamaq səlahiyyətləri göstərilmişdir. Yəni təmsil edilənin əqdin bağlanması üçün konkret iradə ifadəsi müəyyən olunmamışdır. Əgər təmsil edilən miras paydan imtina edirsə mirasın qəbul edilməsi səlahiyyətinin də verilməsində məqsəd məlum deyil. Eləcə də mənzil bağışlanarsa əvəz gözlənilmir, ancaq satılarsa təmsil edən əvəz gözləyir. İddiaçı tərəfindən verilən etibarnamədə əqdin bağlanmasına dair səahiyyətlər konkret göstərilməməsinə baxmayaraq adına etibarnamə verilmiş Cavabdeh1 mirası qəbul etdikən sonra iddiaçının qardaşı Anar Quliyeva bağışlamış və bununla bağlı aralarında 28 iyun2021-ci il tarixdə “Miras payın bağlanması müqaviləsi” bağlamışlar, müqavilə notariat ofisində təsdiq edilmişdir. Bundan sonra iddiaçının qardaşı Anar Quliyev xx.xx.2021-ci il tarixdə mənzilə tam mülkiyyət hüququnu təsdiq edən Çıxarış almış, elə həmin gün də, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X10 25000 manata satmışdır. Mənzilin satışından əldə edilmiş vəsaitdən isə iddiaçıya verilməmişdir. İddiaçı tələbində göstərir ki, sonra ona məlum olmuşdur ki, qardaşı mənzilin satışından əldə edilmiş pulla özünə avtomobil, üzərində fərdi evin tikintisi olan torpaq sahəsi almışdır.
Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəməyə təqdim edilmiş 30 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də məlum olmuşdur ki, X4 şəhəri Şəfa küçəsi 19-cu döngə 23 №li ünvanda 0,06 ha torpaq səhəsi almış, xx.xx.2021-ci il tarixdə isə həmin torpaq sahəsinə tam mülkiyyət hüququnu təsdiq edın Çıxarış almışdır. Eləcə də xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi əsasında “VAZ-21074”markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil adına rəsmiləşdirilmişdir.
12. Beləliklə etibarnamədə təmsil edilənin iradi ifadəsi aydın olmamasından, əqdin bağlanmasına dair səlahiyyətlər konkret şərtlərlə göstərilməməsindən istifadə olunmaqla iddiaçının hüquqları pozulmuşdur.
13. Bundan əlavə iş materialları ilə müəyyən edilmişdir ki, miras əmlak olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili iddiaçının razılığı, məlumatı olmadan X1. Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzili 45000 manata aldığını bildirsə də, alqı-satqı müqaviləsində mənzilin 25000 manata satıldığı qeyd edilmişdir. Mənzilin satış qiymətinin mübahisəli olması səbəbindən də iddiaçının miras payının dəyərinin də müəyyən edilməsində mübahisə yaradır.
14. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi mənzilin dəyərinin ödənilməsi bildirilsə də, ödənilmiş dəyər, alqı-satqı müqaviləsində mənzilin qeyd edilmiş qiyməti mübahisəlidir.
15. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddia təmin olunmalı, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X22 arasında Mingəçevir Regional” Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə etibarsız hesab edilməli, X14 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv edilməli, mənzilin satılmasına Cavabdeh1 tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsi etibarsız hesab edilməli, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin 25000 manata satılmasına dair X22 ilə X12 arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi ikidə bir hissədə etibarsız hesab edilməli, həmin hissədə X6 adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarış ləğv olunmalıdır.
16. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 337.1, 337.2, 337, 339.2, 339.3, 359.1, 362.1, 362.2, 362.3, 362.3.3–cü maddələrinə, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli qərarına, “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
17. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan üçüncü şəxs X12 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-1012/2022 saylı qətnaməsi ilə üçüncü şəxs X12 və Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayətlərinin təmin edilməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı miras payını bağışlama müqaviləsinin, alqı–satqı müqaviləsinin qismən etibarsız sayılması, həmin hissədə çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-1012/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1012/2022 nömrəli iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsinin qismən, iddiaçının miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, əmlakın onu özgəninkiləşdirməyə hüququ olan şəxsdən əldə edilməsi mübahisəli əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilər ki, alıcı bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın. X6 vicdanlı alıcı olmaması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir
22. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə apellyasiya məhkəməsinin mövqeyi əsassızdır. 23.Kollegiya qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. 24.Kollegiya qeyd etmişdir ki, apellyasiya məhkəməsi qətnaməsində müəyyən etmişdir ki, iddiaçının verdiyi etibarnamə əsasında birinci cavabdeh etibarnamədə göstərilən səlahiyyətləri həcmində hərəkət etməklə, mübahisəli miras əmlaka dair bütün sənədləşmələri aparmış və sonda təmsil etdiyi şəxsin payına düşən miras hissəsini ikinci cavabdehin mərhum əri X17 bağışlamışdır.
25. Kollegiya qeyd etmişdir ki, apellyasiya məhkəməsinin bu mövqeyi iş materiallarına uyğun deyildir.
26. Belə ki, məhkəmə bu halı müəyyən edərkən etibarnamənin hansı niyyətlə verilməsi barədə Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatını nəzərə almamışdır. Həmin izahatında cavabdeh iddiaçının etibarnaməni hansı niyyətlə verməsi barədə iddiada göstərdiklərini təsdiq etmiş və göstərmişdir ki, həqiqətən də Anarla birlikdə cəzaçəkmə müəsisəsinə Ramilin yanına getmişlər. Qardaşlar söhbət zamanı razılığa gəldilər ki, analarından miras qalmış mənzili satsınlar, Ramilin payına düşən pulla Ramini cəzaçəkmə müəssisəsindən çıxarsınlar və yaxud ona ev alsınlar. Hər ikisi Ramilin adından alqı-satqı əməliyyatının aparılması üçün onun adına etibarnamə verilməsi razılığına gəldilər.
27. Göründüyü kimi, apellyasiya məhkəməsi işdə olan sübutları hərtərəfli və düzgün qiymətləndirməmiş, miras payın bağışlanması müqaviləsinin iddiaçının iradəsinə uyğun olması barədə düzgün olmayan qənaətə gəlmişdir. Bu isə iddiaçının hüquqlarını pozmaqla, gələcəkdə həmin əmlak hüquqları ilə bağlı hər hansı müdafiə vasitələrindən istifadə etmək imkanının qarşısını almışdır.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddiada göstərdiyi dəlilləri miras payın bağışlanılması barədə müqavilənin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu və təmsil edən şəxsin də həmin dəlilləri təsdiq edən izahatı olduğu halda, apellyasiya məhkəməsinin həmin əqdin iddiaçının iradəsinə uyğun olması barədə mövqeyi düzgün olmamışdır.
29. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət etməmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin dəlilləri
30. Üçüncü şəxs X12 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, bu işdə üçüncü şəxs və mövcud qətnamə ilə onun əmlaka sahib olmaq və ondan istifadə etmək kimi konstitusion hüquqları pozulmuşdur. 28 iyun 2022-ci il tarixdə onunla Quliyev Anar arasında qanuni və əsaslı, notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan 6-7 ay sonra, İddiaçı adlı şəxs öz qohumları ilə birgə müxtəlif bəhanələrlə həmin mənzili ələ keçirmək üçün məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin tamamilə qanunsuz və əsassız qətnaməsi ilə iddiası təmin olunmuşdur. Bu gün o qanuni əsaslarla əldə etdiyi mənzildən istifadə edə bilmir. 31.Aşağıdakı məsələlərə görə qətnamə ilə razı deyil:
32. Birincisi, qətnamənin əsaslandırma hissəsində məhkəmə belə bir hal müəyyən edir ki, qardaşların razılaşmasına görə, miras qəbul edilməli, miras mənzilə paylar müəyyən edilməli, mənzil satılmalıdır. Bunu Cavabdeh1 da təsdiq edir və ifadəsində də qeyd edir ki, “Ramil etibarnaməni mənzilin alqı-satqısının aparılması üçün vermişdir". Hadisələrin gedişat ardıcıllığı da belə olmuşdur, yəni İddiaçı verdiyi etibarnamədən kənar heç bir addım atılmamışdır. Lakin məhkəmə bu ardıcıllığı işin mübahisəli halı kimi müəyyən etmiş, lakin bu müəyyən etməni heç bir sübutla əsaslandırmamışdır.
33. İkincisi, məhkəmə belə qənaətə gəlir ki, etibarnamədə qeyd edilən səlahiyyətlər ziddiyyətlidir. Lakin bu ziddiyyəti müəyyən etmir. Etibarnamədə sadalanan bütün səlahiyyətlər icra edilmiş, etibarnamənin əksinə və ya ziddinə heç bir iş görülməmişdir. Bununla belə, məhkəmə səhvən etibarnamədə qeyd edilən səlahiyyətlərə riayət edilmədiyi qənaətinə gəlmişdir.
34. Üçüncüsü, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı (təmsil edilənin) konkret iradə ifadəsi müəyyən edilməmişdir. Lakir məhkəmə İddiaçı iradə ifadəsinin nədən ibarət olmasını da açıq-aydın şəkildə müəyyən etməmişdir. Məsələ burasındadır ki, məhkəmə İddiaçı verdiyi etibarnamə ilə bəzi hissələrdə razılaşır (mirasın qəbulu), bəzi hissələrdə (payın bağışlanması) isə razılaşmır. Məhkəmə belə bir əsaslandırmaya da izah vermir. Halbuki, etibarnamədə qeyd edilən bütün səlahiyyətlər açıq-aydın şəkildə yazılmış, hətta miras əmlakın konkret adı və ünvanı da qeyd edilmişdir.
35. Dördüncüsü, məhkəmə belə qənaətə gəlmişdir ki, əqdin bağlanmasına dair səlahiyyətlər konkret şərtlər göstərilmədən həyata keçirildiyi üçün iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə özünün bu qənaətini əsaslandırmamışdır, ən azından hansı şərtlərdən söhbət gedir və hansı hüquqların pozulmasını formal da olsa qeyd etməli idi. Məhkəmə bu halı sadəcə özünün yanlış, heç bir sübuta əsaslanmayan mülahizəsinə əsasən müəyyən etmişdir.
36. Beşincisi, bağışlama müqaviləsi heç bir şərt olmadan bağlanmışdır, yəni Quliyev Anarın hər hansı pul tələbi olsaydı, elə bağışlama müqaviləsində də həmin şərti qeyd edə bilərdi və bunun üçün heç bir maneə də yox idi.
37. Altıncısı, qətnamənin əsaslandırma hissəsində qeyd edilir ki, “mənzil İddiaçı razılığı olmadan satılmışdır". Bu tamamilə səhv yanaşmadır. Hər kəsə aydındır ki, həmin mənzilin alqı-satqısında iddiaçının razılığına ehtiyac yoxdur. Bununla belə, məhkəmə belə bir absurd mövqedə dayanaraq həmin yanaşmanı öz qətnaməsini əsaslandırmaq üçün istifadə etmişdir.
38. Yeddincisi, qətnamənin əsaslandırma hissəsində qeyd edilir ki, “mənzilin satış qiyməti mübahisəlidir və bu səbəbdən də miras payın dəyərinin müəyyən edilməsində də mübahisə var". Bu tamamilə səhv yanaşmadır. Belə ki, mənzilin satış qiyməti barədə tərəflər, yəni alıcı (bu işdə üçüncü şəxs) və satıcı (bu işdə cavabdeh) arasında heç bir mübahisə yoxdur. Lakin məhkəmə nədənsə, bu halı nəzərə almamışdır.
39. Aldatma yolu ilə bağlanmış əqd etibarsızdır. Hesab edir ki, aldatmanın nədə ifadə olunması, konkret olaraq kimin və niyə aldadılması müəyyən edilməmişdir.
40. Çıxarışların ləğvi ilə bağlı məsələ sırf inzibati mübahisə olsa da, məhkəmə səhvən bu işə baxmışdır.
41. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Bu işdə üçüncü şəxsin vicdanlı alıcı olmasına rəğmən mülkiyyət hüquqları pozulmuşdur.
42. Bu işdə, həm bağışlama müqaviləsində, həmçinin alqı-satqı müqaviləsində tərəflər öz iradələrini sərbəst şəkildə ifadə etmişlər. Lakin məhkəmə nədənsə tərəflərin sərbəst iradə ifadəsinə maneə olduğunu müəyyən edir.
43. Etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Bu işdə olan etibarnamədə təmsil edilən nəyi yazıbsa, həmin o səlahiyyətlər də icra edilmişdir, yəni etibarnamədən kənar və ya onun ziddinə heç bir iş görülməmişdir.
44. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)- 233/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və mübahisə ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş edir.
45. Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 23 iyun 2021-ci il tarixdə verilmiş verilmiş etibarnamə bir il müddətinə verilmiş, qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixədəkdir. Etibarnamə üzrə verilmiş səlahiyyət müddəti bitməyib, etibarnaməyə xitam verilməyib, təmsil edilən (etibar edən) təmsilçini (etibar ediləni) cavabdeh kimi necə məhkəməyə verə bilər, belə nəticəyə gəlmək olar ki, X20 həm iddiaçı, həm də cavabdehdir. Bundan da başqa bağışlama və alqı-satqı müqaviləsi mübahiləndirildiyi halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə iclasına dəvət olunmalı halda işə baxan məhkəmə prosessual pozuntu edərək Notariat ofisini üçüncü şəxs qismində məhkəməyə cəlb etəmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığım məhkəmə iclas protokolu ilə tanış olma barədə ərizəmi məhkəmə təmin etməyərək, məhkəmə iclas protokoluna qeydlər vermək hüququmu məhdudlaşdırıb, prosesual qaydaları bir daha pozumuşdur. İddiaçı X20 əvəllərdə qəsdən törədilən cinayətlər üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəza çəkmişdir, hazırda da qəsdən törədilən cinayətlər üzrə (şəxsiyyət ələyhinə) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkir. İctimai faydalı əməklə məşğul olmamışdır. X8 isə anasına, ailəsinə baxmış, cəzaşəkmə müəsisələrinə qardaşının daim sovqat aparmışdır. Mümkün olan deyil ki, Qres qəsəbəsində olan mənzili satıb hər iki qardaş üçün ev alınsın, iddia ərizəsində də göstərildiyi kimi (onun cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmaq imkanı var, ancaq bunun üçün pul lazımdır) pul müqabilində vaxtından əvvəl kimlərəsə pul verilsin. Ramin Quliyevə həbsdə olduğu müddətdə qardaşı X38 lazımınca onun zəhmətini çəkmiş, maddi köməkliyini etmişdir. X3 ev alınmalı idisə, xx.xx.2021-ci il tarixdə etibarnamə verilmiş, xx.xx.2021-ci il tarixdə anadan miras qalmış mənzil satılmışdır. X38 xx.xx.2021-ci il tarixdə özünə torpaq sahəsi almışdır. X22 xx.xx.2021-ci ildə vəfat etmişdir. Bütün preseslərin başa çatmasından 3 aydan artıq vaxt keçmişdir. 3 ay ərzində Ramil və Anar arasında telefon danışıqları və görüşləri olmaya bilməzdi. Ramil bir dəfə də olsun ona niyə ev alınmamasını soruşmuşdurmu? Anar öləndən sonra əsası olmayan sözsöhbətlər ortaya çıxmışdır.
46. Ona görə də, Mingəçevir Şəhər Məkəməsinin 16 may 2022-ci il tarixli, 2(051)- 233/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər X28, Cavabdeh2 qarşı miras payın bağışlanması, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin hissədə Çıxarışın ləğv olunması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
47. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
48. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
49. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, Mingəçevir Şəhər Məkəməsinin 16 may 2022-ci il tarixli, 2(051)- 233/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
50. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X28 apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
51. Digər proses tərəfləri, üçüncü şəxslər və vəkillərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1-ci maddəsinə əsasən təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmış etibarnamələr də notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
53. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarı: İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmçilçisi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
55. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
58. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
60. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1012/2022 nömrəli iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, iddiaçının miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
61. Ona görə də məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsinin əsaslılığını miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsinə dair iddianın təmin olunmuş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X22 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarında əks olunan göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən yəni, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X22 arasında Mingəçevir Regional” Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verilməsi zəruridir.
64. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçının anasından Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 evin 9 №li mənzili miras qalmışdır. İddiaçı ilə qardaşı X22 arasındakı razılığa görə miras qəbul edilməli, miras mənzilə paylar müəyyən olunmalı, mənzil satılmalı, iddiaçının payının satışından əldə edilmiş vəsait onun özünə sərf edilməli, xərclənməlidir. İddiaçı cəzaçəkmə müəssisəsində saxlanıldığına görə həmin əməliyyatları şəxsən həyata keçirmək imkanı olmadığı üçün səlahiyyətlərini başqa şəxsə, təmsilçiyə verməli olmuşdur. Ona görə də 23 iyun 2021-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Qeyd edilənləri adına etibarnamə verilmiş iş üzrə Cavabdeh1 da məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Lakin etibarnamədə əqdin bağlanmasına dair səlahiyyətlər konkret olaraq əks etdirilməmiş, həmçinin, bir-birinə zidd olan səlahiyyətlər göstərilmişdir. Məsələn etibarnamədə miras payını almaq, miras payından imtina etmək və yaxud miras əmlak olan Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili bağışlamaq, məzilin satılması ilə əlaqədar müqaviləni imzalamaq səlahiyyətləri göstərilmişdir. Yəni təmsil edilənin əqdin bağlanması üçün konkret iradə ifadəsi müəyyən olunmamışdır.
65. Mülki iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Ximdətin İxtisaslaşdırılmış Müalicə müəssisəsində cəzə çəkən məhkum İddiaçı tərəfindən verilmiş etibarnamədən göründüyü kimi o, bir çox səlahiyyətləri, eləcə də miras payını almaq, miras paydan imtina etmək, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə aid notariat ofisində ərizələri imzalamaq, mənzili bağışlamaq, satmaq ilə əlaqədar müqavilələri imzalamağı Cavabdeh1 etibar etmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir.
67. Məhkəmə kollegiyasının iddia tələbi ilə bağlı tələblərinin nəzərdən keçirilməsini məqsədə uyğun hesab etdiyi normalardan biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
68. Nəzərə almaq lazımdır ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
69. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarındakı hüquqi mövqe ondan ibarətdir ki, ilk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmçilçisi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.
70. Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında iddiaçının etibarnaməni hansı niyyətlə verməsi barədə iddiada göstərdiklərini təsdiq etmiş və göstərmişdir ki, həqiqətən də Anarla birlikdə cəzaçəkmə müəsisəsinə Ramilin yanına getmişlər. Qardaşlar söhbət zamanı razılığa gəldilər ki, analarından miras qalmış mənzili satsınlar, Ramilin payına düşən pulla Ramili cəzaçəkmə müəssisəsindən çıxarsınlar və yaxud ona ev alsınlar. Hər ikisi Ramilin adından alqı-satqı əməliyyatının aparılması üçün onun adına etibarnamə verilməsi razılığına gəlmişlər.
71. Göründüyü kimi, Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında İddiaçı ona hansı niyyətlə etibarnamə verməsinə dair iddiaçının iddia ərizəsində göstərdiklərini təsdiq etmişdir.
72. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X6 və Cavabdeh2 apellyasiya şikayətlərinin dəlilləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassızdır və birinci instansiya məhkəməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X22 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir.
73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Üçüncü şəxs X12 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X22 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.