Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3667/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 mülki iş üzrə QƏRARİ Açar sözlər: miras payın bağışlanması, əqdin təmsilçi vasitəsilə bağlanması, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X6 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı miras payın bağışlanması, alqısatqı müqavilələrinin etibarsız sayılması, həmin hissədə çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-596/2023 nömrəli, 23 may 2023-cü il tarixl i qətnaməsindən cavabdeh Quliyeva Lamiyə Gündüz qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə X9 qardaş olublar. Onların valideynləri arasındakı nikah 1982-ci ildə pozulmuşdur.
2. Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 50/2 №li evin 9 №li mənzili tam mülkiyyət hüququ ilə iddiaçının anası X4 məxsus olmuşdur.
3. X8 xx.xx.2020-ci ildə ölmüş, onun vərəsələri iddiaçı və X9 olmuşdur. Miras açılarkən iddiaçı azadlıqdan məhrum edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə müəssisəsində olmuşdur. 4. 23 iyun 2021-ci ildə iddiaçı tərəfindən Cavabdeh1 bir çox səlahiyyətləri, eləcə də miras payını almaq, miras paydan imtina etmək, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 50/2 №li evin 9 №li mənzilinə aid notariat ofisində ərizələri imzalamaq, mənzili bağışlamaq, satmaqla əlaqədar müqavilələri imzalamağa dair 1 il müddətinə etibarnamə verilmişdir.
5. X9 və İddiaçı hər birinin miras əmlakdan ikidə bir hissədə pay almaları ilə bağlı xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. 6. xx.xx.2021-ci il tarixli miras payın bağışlanması haqqında müqaviləyə əsasən İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona çatan ikidə bir hissədə olan payı qardaşı X7 bağışlamışdır.
7. Müqaviləni iddiaçının adından etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır.
8. Bundan sonra miras əmlakı xx.xx.2021-ci il tarixdə t am mülkiyyət hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinə 29 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 miras əmlakı 25000 manata X2 (bundan sonra – üçüncü şəxs) satmışdır.
10. X9 30 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 0,06 torpaq sahəsi, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında isə “VAZ-21074” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır.
11. X9 01 sentyabr 2021-ci ildə ölmüşdür. Cavabdeh2 onun arvadı və qanun üzrə vərəsəsidir. Baxılan iş üzrə birinci instansiya məhkəməsində icraat, apellyasiya instansiyası məhkəməsində birinci icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırılması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-599/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 90-102, İİ cild; link https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=62626a7aa94b40b6bd952b91bc778210.edoc Kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Elşad Şamayev, Əhliman Xıdırov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1012/2022 nö mrəli iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsinin qismən - iddiaçının miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi ilə bağlı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, əmlakın onu özgəninkiləşdirməyə hüququ olan şəxsdən əldə edilməsi mübahisəli əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vax t əsas ola bilər ki, alıcı bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın. X1 vicdanlı alıcı olmaması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
14. Lakin Məhkəmə kollegiyası hesab etmişdir ki, miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə apellyasiya instanslyası məhkəməsinin mövqeyi əsassızdır.
15. Belə ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
16. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində müəyyən etmişdir ki, iddiaçının verdiyi etibarnamə əsasında birinci cavabdeh eti barnamədə göstərilən səlahiyyətləri həcmində hərəkət etməklə, mübahisəli miras əmlaka dair bütün sənədləşmələri aparmış və sonda təmsil etdiyi şəxsin payına düşən miras hissəsini ikinci cavabdehin mərhum əri X7 bağışlamışdır. Lakin apellyasiya məhkəməsinin bu mövqeyi iş materiallarına uyğun deyildir. Məhkəmə bu halı müəyyən edərkən etibarnamənin hansı niyyətlə verilməsi barədə Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatını nəzərə almamışdır.
17. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları hərtərəfli və düzgün qiymətləndirməmiş, miras payın bağışlanması müqaviləsinin iddiaçının iradəsinə uyğun olması barədə düzgün olmayan qənaətə gəlmişdir. Bu isə iddiaçının hüquqlarını pozmaqla, gələcəkdə həmin əmlak hüquqları ilə bağlı hər hansı müdafiə vasitələrind ən istifadə etmək imkanının qarşısını almışdır.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddiada göstərdiyi dəlilləri miras payın bağışlanılması barədə müqavilənin etibarlığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu və təmsil edən şəxsin də həmin dəlilləri təsdiq edən izahatı olduğu halda, apellyasiya məhkəməsinin həmin əqdin iddiaçının iradəsinə uyğun olması barədə mövqeyi düzgün olmamışdır. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, on ları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir
19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 149.2, 324.1, 337.1, 337.2, 337.5, 339.2, 339.3, 359.1, 362.1, 362.3.3, 567, 646.1, 666.1, 666.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 407.2, 416.1, 416.2-ci, eləcə də Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Q.İbadovun şikayəti üzrə 07 mart 2016-cı il tarixli və H.Cəfərоvun şikаyəti uzrə 15 sentyаbr 2014-cü il tаrixli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-596/2023 nömrəli iş üzrə x x.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Elçin Mehdiyevin sədrliyi və məruzəsi ilə, Günay Cavadova və Elçin Hüseynovdan ibarət tərkibdə) üçüncü şəxs X3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X9 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmişdir və cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçının anasından Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 evin 9 №li mənzili miras qalmışdır. İddiaçı ilə qardaşı X9 arasındakı razılığa görə miras qəbul edilməli, miras mənzilə paylar müəyyən olunmalı, mənzil satılmalı, iddiaçının payının satışından əldə edilmiş vəsait onun özünə sərf edilməli, xərclənməli idi. İddiaçı cəzaçəkmə müəssisəsində saxlanıldığına görə həmin əməliyyatları şəxsən həyata keçirmək imkanı olmadığı üçün səlahiyyətlərini başqa şəxsə, təmsilçiyə verməli olmuşdur. Ona görə də 23 iyun 2021-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Qeyd edilənləri adına etibarnamə verilmiş iş üzrə Cavabdeh1 da məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Lakin etibarnamədə əqdin bağlanmasına dair səlahiyyətlər konkret o laraq əks etdirilməmiş, həmçinin, bir-birinə zidd olan səlahiyyətlər göstərilmişdir. Məsələn, etibarnamədə miras payını almaq, miras payından imtina etmək və yaxud miras əmlak olan mənzili bağışlamaq, mənzilin satılması ilə əlaqədar müqaviləni imzalamaq səlahiyyətləri göstərilmişdir. Yəni təmsil edilənin əqdin bağlanması üçün konkret iradə ifadəsi müəyyən olunmamışdır. İddiaçı çəzaçəkmə müəssisəsində verdiyi etibarnamənin məzmunundan da göründüyü kimi o, bir çox səlahiyyətləri, eləcə də miras payını almaq, miras paydan imtina etmək, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə aid notariat ofisində ərizələri imzalamaq, mənzili bağışlamaq, satmaq ilə əlaqədar müqavilələri imzalamağı Cavabdeh1 etibar etmişdir.
22. Kassasiya instansiyası məhkəməsinin qərarında əks olunan gö stərişləri nəzərə alan məhkəmə, həmçinin qeyd etmişdir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında iddiaçının etibarnaməni hansı niyyətlə verməsi barədə iddiada göstərdiklərini təsdiq etmiş və göstərmişdir ki, həqiqətən də Anarla birlikdə cəzaçəkmə müəssisəsinə Ramilin yanına getmişlər. Qardaşlar söhbət zamanı razılığa gəldilər ki, analarından miras qalmış mənzili satsınlar, Ramilin payına düşən pulla Ramili cəzaçəkmə müəssisəsindən çıxarsınlar və yaxud ona ev alsınlar. Hər ikisi Ramilin adından alqı-satqı əməliyyatının aparılması üçün onun adına etibarnamə verilməsi razılığına gəlmişlər. Göründüyü kimi, Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında İddiaçı ona hansı niyyətlə etibarnamə verməsinə dair iddiaçının iddia ərizəsində göstə rdiklərini təsdiq etmişdir.
23. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, üçüncü şəxs X1 və Cavabdeh2 apellyasiya şikayətlərinin dəlilləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassızdır və birinci instansiya məhkəməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X9 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir.
24. Məhkəmə mövqeyini Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 337.5, 339.2, 339.3, 359.1, 362.1, 362.3.3, 666-cı, MPM-in 9, 14.2, 77.1, 88, 119.1, 217, 218-ci maddələrinə, eləcə də Azə rbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Q.İbadovun şikayəti üzrə 07 mart 2016-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh Quliyeva Lamiyə Gündüz qızı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi, miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işdə olan sübutları hərtərəfli və düzgün qiymətləndirməmiş, miras payın bağışlanmasının iddiaçının iradəsinə uyğun olmaması ilə bağlı düzgün olmayan qənaətə gəlmişdir. Cavabdeh1 ca vabdeh olmasına baxmayaraq, məhkəmə onun izahatını sübut kimi qəbul etmiş, onun iddianın təmin olunmasında maraqlı olduğunu nəzərə almamışdır. İddiaçı bağışlama müqaviləsinin tərəfi olmadığı üçün onu mübahisələndirməyə də hüququ yoxdur. İddiaçı ikinci cavabdehlə əlbir olaraq ondan pul qoparmaq üçün hazırkı iddiaçı qaldırıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bild irilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
31. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyət i yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
32. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
33. Maddə 362.1. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
34. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
35. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarı
36. İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmçilçisi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. H.Cəfərоvun şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 15 sentyаbr 2014-cü il tаrixli qərаrı
37. Mubаhisəli əşyа üzərində qаnuni əsаslаrlа yаrаnmış əmlаk hüquqlаrı mulkiyyətçi ilə yаnаşı digər şəxslərə də mənsub оlduqdа mülkiyyət hüquqlаrının dövlə t müdаfiəsinə verilmiş kоnstitusiyа təminаtı həmin şəxslərin əmlаk hüquqlаrınа dа şаmil оlunur. Bu cür əmlаk hüquqlаrı sırаsınа vicdаnlı əldə edənin hüquqlаrı dа аiddir. Mövcud mülki qаnunvericiliyə əsаsən, əgər mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа verilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, оndа Mülki Məcəllənin 337.5ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
41. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;
48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır;
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh Quliyeva Lamiyə Gündüz qızının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir.
54. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxladığı və qiymətləndirdiyi üçün həmin izahata mötəbər sübut kimi istinad etməklə prosessual qanunvericiliyin tələbini pozmamışdır.
55. Kassasiya şikayətinin iddiaçının bağışlama müqaviləsinin tərəfi olmadığı üçün onu mübahisələndirməyə hüququnun olmaması barədə dəlili açıq-aşkar əsassızdır. Çünki həmin müqavilə etibarnamə əsasında imzalansa da, iddiaçının adından təmsilçi vasitəsilə bağlanmış, iddiaçı həmin əqdin tərəfi olmuş və onu mübahsələndirmək hüququna malik olmuşdur.
56. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Quliyeva Lamiyə Gündüz qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-596/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.