Məhkəmə qərarları › İş №2(107)-1012/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1012/2022

13.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1012/2022 13.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı miras payını bağışlama müqaviləsinin, alqı– satqı müqaviləsinin qismən etibarsız sayılması, həmin hissədə çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atabalayev Faiq Gülağa oğlunun katibliyi, İddiaçı vəkili X11, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs X8 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı miras payını bağışlama müqaviləsinin, alqı– satqı müqaviləsinin qismən etibarsız sayılması, həmin hissədə çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)- 233/2022 saylı qətnaməsindən üçüncü şəxs X13 və Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı Cavabdeh2 01 sentyabr 2021-ci ildə ölmüş mərhum əri X16 qardaşıdır. 07 noyabr 2020-ci ildə ölmüş X22 onların anası olmuşdur. Sonuncunun ölümündən sonra ondan Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzil miras qalmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər X31, Cavabdeh2 qarşı miras payın bağışlanması, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin hissədə Çıxarışın ləğv olunması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə X26 doğma qardaş olmuşlar. Onların valideynləri arasında nikah 1982-ci ildə pozulmuşdur. X9 07 noyabr 2020-ci ildə vəfat etmişdir. İddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xəstədir. Hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkir. Anası ölən zaman cəzaçəkmə müəssisəsində olmuşdur. Onlar birlikdə Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilində yaşamışlar. Həmin mənzil anaları Mirvari Quliyevanın adına qeydə alınmışdır. 2021-ci ilin iyun ayında qardaşı Anar Quliyev iddiaçının yanına Müalicə müəssisəsinə gedərək onunla görüşür və iddiaçıya bildirir ki, onun cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmaq imkanı var, ancaq bunun üçün pul lazımdır,razılaşıb analarından miras qalmış mənzili satsınlar, ya onu cəzəçəkmə müəssisəsindən azad edərlər, ya da payına düşən hissədə adına ev alarlar. İddiaçı da cəzaçəkmə müəsisəsindən çıxmaq arzusunda olduğundan, eləcə də doğma qardaşına inandığına görə razılıq verir. Anar Quliyev iddiaçıya, həmçinin, bildirir ki, o, mənzilin alqısatqısı müqaviləsinin imzalanması üçün başqa bir adama etibarnamə verməlidir və etibarnaməni dostu Cavabdeh1 verməyi təklif edir. İddiaçı da razılaşır Cavabdeh1 mənzilə dair miras payın qəbul edilməsi və mənzilin alqı-satqısını aparılması, müqavilənin bağlanması üçün 23 iyun 2021-ci il tarixdə etibarnamə verir və gözləyir ki, qardaşı Anar onu tezliklə cəzaçəkmə müəssisəsindən çıxaracaqdır. 01 sentyabr 2021-ci ildə Anar Quliyev vəfat edir. Anarın vəfatından sonra xalası Validə Aslanova iddiaçının yanına, cəzaçəkmə müəssisəsinə gedir. Həmin vaxt ona məlum olur ki, qardaşı Anar anasından miras qalmış mənzili satmış, həmin pulla öz adına 02 iyul 2021-ci ildə “VAZ-2104” markalı avtomobil və 09 iyul 2021-ci ildə ünvan 1 ünvanda yerləşən, üzərində ev tikilmiş torpaq sahəsi almışdır. Sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 onun verdiyi etibarnamədən istifadə edərək miras mənzilin ikidə bir hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra miras payını Anar Quliyevə bağışlanması barədə müqavilə bağlamışdır. Ancaq iddiaçı miras payn bağışlanması məqsədi ilə etibarnamə verməmişdir. 28 iyun 2021-ci ildə miras payın bağışlanmasl müqaviləsi imzalandıqdan bir gün sonra, 29 iyun 2021-ci ildə Anar Quliyev həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış alır. Həmin gün də Anar Quliyev 3 otaqlı mənzili X12 25000 manata satılmasına dair alqı-satqı müqaviləsini imzalayır. Adına etibarnamə verilmiş Cavabdeh1 da həmin vaxt iddiaçının adından mənzilin satılmasına, mənzildən istifadə hüququna xitam verilməsinə razılıq verilməsi, mənzildən qeydiyyatdan çıxacağını öhdəsinə götürməsi barədə ərizəni imzalamışdır. İddiaçının bunlardan Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinin 02 noyabr 2021-ci il tarixli məıktubundan sonra xəbərdar olmuşdur Əvvəlan iddiaçı 3 otaqlı, yaşayış üçün yararlı olan mənzilin 25000 (iyirmi beş min) manata satılmasına razı olmazdı. Bundan əlavə etibarnamə verməkdə iddiaçının məqsədi miras mənzilə olan payının satılması, əldə olunacaq vəsaitin özünə sərf edilməsi, yəni cəzaçəkmə müəssisəsindən çıxmaq istəməsi və ya ev almaq olmuşdur. Lakin iddiaçının cəzaçəkmə müəssisəsində olmasından istifadə edərək öz istəklərinə uyğun etibarnamə alaraq, iddiaçını miras paydan məhrum edilməsinə səbəb olmuş, nəticədə Anar Quliyev miras payın satışından əldə etdiyi vəsait hesabına avtomobil və üzərində fərdi evin tikintisi olan torpaq sahəsi almışdır. Cavabdeh2 Anar Quliyevin vərəsəsidir. İddiaçının miras payının satışından əldə etdiyi əmlakları birinci dərəcəli vərəsə kimi Cavabdeh2 qəbul etmişdir. Əgər iddiaçının miras payının satışından əldə edilmiş vəsait könüllü olaraq geri qaytarılmazsa, tələb həmin əmlaklara yönəldiləcəkdir. İddiaçı miras payını heç kimə bağışlamağı istəməmişdir, Cavabdeh1 belə bir göstəriş, mənzilin satılmasına və istifadə hüququnun xitama, qeydiyyatdan çıxmağı ilə bağlı hərəkətlər etməyə səlahiyyət verməmişdir. Cavabdeh1 Anar Quliyevin yaxını kimi etibarnamədən onun xeyrinə istifadə etmişdir. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2№li evin 9 №li mənzilinə 2 V-647 №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ikidə bir hissə miras payın Cavabdeh1 tərəfindən X20 bağışlanması barədə Mingəçevir Regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin hissədə X16 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, mənzilin satılmasına iddiaçının adından imzalanmış və Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində 8 İ-11042 sayla qeydə edilmiş 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız sayılması, mənzilin X12 25000 manata satılmasına dair Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 4 Ə-1276 №li 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə hissədə etibarsız hesab edilməsi, həmin hissədə X8 adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X26 ilə yaxın dost münasibətində olmuşdur. Anarın qardaşı Ramili də tanıyır. Anarla birlikdə cəzaçəkmə müəsisəsinə Ramilin yanına getmişlər. Qardaşlar söhbət zamanı razılığa gəldilər ki, analarından miras qalmış mənzili satsınlar, Ramilin payına düşən pulla Ramini cəzaçəkmə müəssisəsindən çıxarsınlar və yaxud ona ev alsınlar. Ramil cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə onun əməliyyatda iştirak etmək imkanı yox idi. Hər ikisi Ramilin adından alqısatqı əməliyyatının aparılması üçün onun adına etibarnamə verilməsi razılığına gəldilər. Etibarnamə verildikdən sonra o, Anarla birlikdə “Asan Xidmət” mərkəzində notariat ofisinə getdilər. Ona etibarnamə 23 iyun 2021-ci il tarixdə verilmişdir. Notariat ofisində bəzi sənədlərə imza etdi. O, etibarnamədə nə yazılmasına, hansı sənədləri imzalamasına fikir vermirdi. Fikirləşirdi ki, onlar doğma qardaşdırlar, hər şey də aralarında razılaşdıqları kimi olacaqdır. Həmin gün notariat ofisində mənzilin alıcısı da var idi. Mənzilin alqı-satqısından az bir müddət keçdikdən sonra eşitdi ki, Anar ev alıbdır, fikirləşdi ki, həmin evi Anar Ramilə alıbdır. Evi alandan bir müddət sonra da Anar vəfat etdi. Onu bildirir ki, Ramil etibarnaməni onun adından mənzilin alqı-satqısının aparması üçün vermişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, əvvəla Cavabdeh2 bu işdə cavabdeh ola bilməz. Ona görə ki, Cavabdeh2 mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə versə də ona hələlik qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Cavabdeh2 ərindən qalmış mirasa payı müəyyən edilməmişdir. Bundan əlavə iddiaçının anasından miras qalmış mənzilə miras payın bağışlanması və digər hərəkətlər onun Cavabdeh1 vermiş olduğu etibarnamədə göstərilmiş səlahiyyətlər daxilində Cavabdeh1 tərəfindən aparılmış və heç bir qanunsuzluğa yol verilməmişdir. İddia əsassız olduğuna görə təmin olunmamasını xahiş edir Cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən şəxsi kimi işdə iştirak etməyə cəlb edilmiş X13 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, özünə mənzil almaq istəyirdi, bu işdə də, yəni mənzilin axtartılıb-tapılmasında ona qaynı Şahin kömək edirdi. Şahin ona dedi ki, Naxçıvan küçəsində 45000 manata 3 otaqlı mənzil satılır. O, həmin mənzilin alınmasına razılıq verdi. Sonra o, qaynı Şahinlə notariat ofisinə getdi, mənzilin alqı-satqısına dair onunla mənzilin sahibi Anar Quliyev arasında müqavilə imzalandı. Müqavilədə mənzilin qiyməti 25000 manat göstərilmişdir. Ancaq mənzili 45000 manata almışdır, həmin pulu qaynı Şahinə vermişdir, ona görə də pul satıcıya Şahin tərəfindən verilmişdir. Alqı-satqı müqaviləsi bağlanan gün də mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Hazırda mənzil onun mülkiyyətindədi Məhkəmə iclasından şahid kimi ifadə verən X27 ifadəsində bildirdi ki, Çimnaz Kamalova onun qardaşı arvadıdır. Çimnaz Kamalova mənzil almaq istədiyini, bu işdə ona kömək olunmasını xahiş etmişdi. O, da maklerlərdən mənzil satmaq istəyən adam olubolmamasını soruşdu. X29 Naxçıvan küçəsində 3 otaqlı mənzil satıldığını bildirdi, sonra mənzili satmaq istəyən Anar Quliyevlə görüşdülər. Mənzili 45500 manata razılaşdılar. X44 dedi ki, mənzilin sənədləri hazır deyil və sənədləri qaydaya salmaq üçün vaxt istədi. Mənzilin sənədlərini hazırlamaq üçün Anar ondan əvvəl 500 manat, sonra 1000 manat pul almışdı. Mənzilin sənədləri hazır olandan sonra onlar birlikdə “Asan Xidmət”in notariat ofisinə getdilər. Notariat ofisində Çimnaz Kamalova ilə Anar Quliyevin arasında alqı-satqı müqaviləsi bağlandı. Müqavilədə 25000 manat göstərilsə də o, Anara 45500 manat pul vermişdi. X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, makler kimi mənzilin alqı-satqısı üçün ona müraciət etmiş vətəndaşlara kömək edir. X26 ona məxsus mənzili satmaq istədiyini bildirmişdi. Bir neçə gündən sonra da Şahin Kamalov ona müraciət edərək almaq üçün mənzil axtardığını bildirdi. O da Naxçıvan küçəsində 3 otaqlı mənzili satmaq istədiklərini dedi. X37 Kamalov görüşdülər. Mənzilin alqı-satqısını 45500 manata razılaşdılar. Şahin Anara 500 manat beh verdi. Söhbət zamanı məlum oldu ki, mənzilin sənədləri hazır deyil. Sənədlərin düzəldilməsi üçün vaxt lazım idi. Anar cəzəçəkmə müəssisəsində cəza çəkən qardaşından aldığı etibarnamə əvvəl düz olmadı. İkinci dəfə etibarnamə alındı. Sonra mənzilin alqı-satqısına dair müqavilə notariat ofisindı bağlandı. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı tələbində anasından qalmış miras payın qəbul edilməsi və miras qalmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin satılması ilə əlaqədar etibarnamədən onun iradəsinə zidd müqavilələr bağlandığını, nəticədə hüququnun pozulduğunu bildirmişdir. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçının anasından Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 evin 9 №li mənzili miras qalmışdır. İddiaçı ilə qardaşı X26 arasındakı razılığa görə miras qəbul edilməli, miras mənzilə paylar müəyyən olunmalı, mənzil satılmalı, iddiaçının payının satışından əldə edilmiş vəsait onun özünə sərf edilməli, xərclənməlidir. İddiaçı cəzaçəkmə müəssisəsindı saxlandığına görə həmin əməliyyatları şəxsən həyata keçirmək imkanı olmadığı üçün səlahiyyətlərini başqa şəxsə, təmsilçiyə verməli olmuşdur. Ona görə də 23 iyun 2021-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Qeyd edilənləri adına etibarnamə verilmiş iş üzrə Cavabdeh1 da məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Lakin etibarnamədə əqdin bağlanmasına dair səlahiyyətlər konkret olaraq əks etdirilməmiş, həmçinin, bir-birinə zidd olan səlahiyyətlər göstərilmişdir. Məsələn etibarnamədə miras payını almaq, miras payından imtina etmək və yaxud miras əmlak olan Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili bağışlamaq, məzilin satılması ilə əlaqədar müqaviləni imzalamaq səlahiyyətləri göstərilmişdir. Yəni təmsil edilənin əqdin bağlanması üçün konkret iradı ifadəsi müəyyən olunmamışdır. Əgər təmsil edilən miras paydan imtina edirsə mirasın qəbul edilməsi səlahiyyətinin də verilməsində məqsəd məlum deyil. Eləcə də mənzil bağışlanarsa əvəz gözlənilmir, ancaq satılarsa təmsil edən əvəz gözləyir. İddiaçı tərəfindən verilən etibarnamədə əqdin bağlanmasına dair səahiyyətlər konkret göstərilməməsinə baxmayaraq adına etibarnamə verilmiş Cavabdeh1 mirası qəbul etdikən sonra iddiaçının qardaşı Anar Quliyeva bağışlamış və bununla bağlı aralarında 28 iyun2021-ci il tarixdə “Miras payın bağlanması müqaviləsi” bağlamışlar, müqavilə notariat ofisində təsdiq edilmişdir. Bundan sonra iddiaçının qardaşı Anar Quliyev xx.xx.2021-ci il tarixdə mənzilə tam mülkiyyət hüququnu təsdiq edən Çıxarış almış, elə həmin gün də, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X12 25000 manata satmışdır. Mənzilin satışından əldə edilmiş vəsaitdən isə iddiaçıya verilməmişdir. İddiaçı tələbində göstərir ki, sonra ona məlum olmuşdur ki, qardaşı mənzilin satışından əldə edilmiş pulla özünə avtomobil, üzərində fərdi evin tikintisi olan torpaq sahəsi almışdır. Məhkəməyə təqdim edilmiş 30 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də görünür ki, X4 şəhəri Şəfa küçəsi 19-cu döngə 23 №li ünvanda 0,06 ha torpaq səhəsi almış, xx.xx.2021-ci il tarixdə isə həmin torpaq sahəsinə tam mülkiyyət hüququnu təsdiq edın Çıxarış almışdır. Eləcə də xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “VAZ-21074”markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil adına rəsmiləşdirilmişdir. Beləliklə etibarnamədə təmsil edilənin iradi ifadəsi aydın olmamasından, əqdin bağlanmasına dair səlahiyyətlər konkret şərtlərlə göstərilməməsindən istifadə olunmaqla iddiaçının hüquqları pozulmuşdur. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, miras əmlak olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili iddiaçının razılığı, məlumatı olmadan X1. Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzili 45000 manata aldığını bildirsə də, alqı-satqı müqaviləsində mənzilin 25000 manata satıldığı qeyd edilmişdir. Mənzilin satış qiymətinin mübahisəli olması səbəbindən də iddiaçının miras payının dəyərinin də müəyyən edilməsində mübahisə yaradır Göründüyü kimi mənzilin dəyərinin ödənilməsi bildirilsə də, ödənilmiş dəyər, alqısatqı müqaviləsində mənzilin qeyd edilmiş qiyməti mübahisəlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X26 arasında Mingəçevir Regional” Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə etibarsız hesab edilməli, X16 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv edilməli, mənzilin satılmasına Cavabdeh1 tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsi etibarsız hesab edilməli, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin 25000 manata satılmasına dair X26 ilə X13 arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi ikidə bir hissədə etibarsız hesab edilməli, həmin hissədə X8 adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarış ləğv olunmalıdır. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia təmin olunmuş, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair Cavabdeh1 ilə X26 arasında Mingəçevir Regional” Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə və mənzilin satılmasına Cavabdeh1 tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, X16 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin 25000 manata satılmasına dair X26 ilə X13 arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə bir hissədə etibarsız hesab edilməsi, həmin hissədə X8 adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 339, 359 və 362-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili tam mülkiyyət hüququ ilə X14 adına qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 07 noyabr 2020-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Mingıçevir şəhər Qeydiyyat şöbəsindın verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı və X5 Mirvari İsa qızının vərəsələrdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Ximdətin İxtisaslaşdırılmış Müalicə müəssisəsində cəzə çəkən məhkum İddiaçı təırəfindən verilmiş etibarnamədə göstərilir ki, o, bir çox səlahiyyətləri, eləcə də miras payını almaq, miras paydan imtina etmək, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə aid notariat ofisində ərizələri imzalamaq, mənzili bağışlamaq, satmaq ilə əlaqədar müqavilələri imzalamaq Cavabdeh1 etibar edilir. Etibarnamə 23 iyun 2021-ci ildə 1(bir) il müddətinə verilmişdir İşdə olan 28 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə göstərilir ki, X26 və İddiaçı xx.xx.2020-ci ildə vəfat etmiş X14 vərəsələridir, onlar hər biri miras əmlakdan ikidə bir hissədə pay almalıdırlar. İşə əlavə edilmiş İddiaçı əvəzinə Cavabdeh1 ilə X26 arasılnda 28 iyun 2021-ci il tazrixdə bağlanmış “Miras payın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona çatan ikidə bir hissədə olan payı qardaşı X20 bağışlamışdı. İşdə olan hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin dən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ ilə X16 adına qeydə alınmışdır. İşə əlavə edilmiş satıcı X26 ilə alıcı X13 arasında bağlanmış 29 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində göstərilir ki, satıcı Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilini alıcıya 25000(iyirmi beş min) manata satdı. İşə əlavə edilmiş satıcı X26 və alıcı X8 Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinə yazdıqları ərizədə göstərilir ki, X20 məxsus olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin 25000 manat qiymətə stılması barədə razılığa gəlmişlər. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsindən verilmiş 16 aprel 2022-ci il tarixli arayışdan görünür ki, X26 01 sentyabr 2021-ci ildə ölmüşdür. İşdə olan satıcı X32 ilə alıcı X26 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Mingəçevir şəhəri Şəfa küçəsi 19-cu döngə 23 ünvanda yerləşən 0,06 torpaq sahəsini alıcıya satdı. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdın tam mülkiyyət hüququ ilə X16 adına qeydə alınmışdır. İşdə olan Yevlax RQİ və TBŞ-nin xx.xx.2021-ci il tarixli məktubundan göstərilir ki, “VAZ-21074” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X16 adına rəsmləşdirilmişdir. Qətnаmədən nаrаzı qаlаn üçüncü şəxs X13 və Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X13 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, bu işdə üçüncü şəxs və mövcud qətnamə ilə onun əmlaka sahib olmaq və ondan istifadə etmək kimi konstitusion hüquqları pozulmuşdur. 28 iyun 2022-ci il tarixdə onunla Quliyev Anar arasında qanuni və əsaslı, notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan 6-7 ay sonra, İddiaçı adlı şəxs öz qohumları ilə birgə müxtəlif bəhanələrlə həmin mənzili ələ keçirmək üçün məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin tamamilə qanunsuz və əsassız qətnaməsi ilə iddiası təmin olunmuşdur. Bu gün o qanuni əsaslarla əldə etdiyi mənzildən istifadə edə bilmir. Aşağıdakı məsələlərə görə qətnamə ilə razı deyil: Birincisi, qətnamənin əsaslandırma hissəsində məhkəmə belə bir hal müəyyən edir ki, qardaşların razılaşmasına görə, miras qəbul edilməli, miras mənzilə paylar müəyyən edilməli, mənzil satılmalıdır. Bunu Cavabdeh1 da təsdiq edir və ifadəsində də qeyd edir ki, “Ramil etibarnaməni mənzilin alqı-satqısının aparılması üçün vermişdir". Hadisələrin gedişat ardıcıllığı da belə olmuşdur, yəni İddiaçı verdiyi etibarnamədən kənar heç bir addım atılmamışdır. Lakin məhkəmə bu ardıcıllığı işin mübahisəli halı kimi müəyyən etmiş, lakin bu müəyyən etməni heç bir sübutla əsaslandırmamışdır. İkincisi, məhkəmə belə qənaətə gəlir ki, etibarnamədə qeyd edilən səlahiyyətlər ziddiyyətlidir. Lakin bu ziddiyyəti müəyyən etmir. Etibarnamədə sadalanan bütün səlahiyyətlər icra edilmiş, etibarnamənin əksinə və ya ziddinə heç bir iş görülməmişdir. Bununla belə, məhkəmə səhvən etibarnamədə qeyd edilən səlahiyyətlərə riayət edilmədiyi qənaətinə gəlmişdir. Üçüncüsü, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı (təmsil edilənin) konkret iradə ifadəsi müəyyən edilməmişdir. Lakir məhkəmə İddiaçı iradə ifadəsinin nədən ibarət olmasını da açıq-aydın şəkildə müəyyən etməmişdir. Məsələ burasındadır ki, məhkəmə İddiaçı verdiyi etibarnamə ilə bəzi hissələrdə razılaşır (mirasın qəbulu), bəzi hissələrdə (payın bağışlanması) isə razılaşmır. Məhkəmə belə bir əsaslandırmaya da izah vermir. Halbuki, etibarnamədə qeyd edilən bütün səlahiyyətlər açıq-aydın şəkildə yazılmış, hətta miras əmlakın konkret adı və ünvanı da qeyd edilmişdir. Dördüncüsü, məhkəmə belə qənaətə gəlmişdir ki, əqdin bağlanmasına dair səlahiyyətlər konkret şərtlər göstərilmədən həyata keçirildiyi üçün iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə özünün bu qənaətini əsaslandırmamışdır, ən azından hansı şərtlərdən söhbət gedir və hansı hüquqların pozulmasını formal da olsa qeyd etməli idi. Məhkəmə bu halı sadəcə özünün yanlış, heç bir sübuta əsaslanmayan mülahizəsinə əsasən müəyyən etmişdir. Beşincisi, bağışlama müqaviləsi heç bir şərt olmadan bağlanmışdır, yəni Quliyev Anarın hər hansı pul tələbi olsaydı, elə bağışlama müqaviləsində də həmin şərti qeyd edə bilərdi və bunun üçün heç bir maneə də yox idi. Altıncısı, qətnamənin əsaslandırma hissəsində qeyd edilir ki, “mənzil İddiaçı razılığı olmadan satılmışdır". Bu tamamilə səhv yanaşmadır. Hər kəsə aydındır ki, həmin mənzilin alqı-satqısında iddiaçının razılığına ehtiyac yoxdur. Bununla belə, məhkəmə belə bir absurd mövqedə dayanaraq həmin yanaşmanı öz qətnaməsini əsaslandırmaq üçün istifadə etmişdir. Yeddincisi, qətnamənin əsaslandırma hissəsində qeyd edilir ki, “mənzilin satış qiyməti mübahisəlidir və bu səbəbdən də miras payın dəyərinin müəyyən edilməsində də mübahisə var". Bu tamamilə səhv yanaşmadır. Belə ki, mənzilin satış qiyməti barədə tərəflər, yəni alıcı (bu işdə üçüncü şəxs) və satıcı (bu işdə cavabdeh) arasında heç bir mübahisə yoxdur. Lakin məhkəmə nədənsə, bu halı nəzərə almamışdır. Aldatma yolu ilə bağlanmış əqd etibarsızdır. Hesab edir ki, aldatmanın nədə ifadə olunması, konkret olaraq kimin və niyə aldadılması müəyyən edilməmişdir. Çıxarışların ləğvi ilə bağlı məsələ sırf inzibati mübahisə olsa da, məhkəmə səhvən bu işə baxmışdır. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Bu işdə üçüncü şəxsin vicdanlı alıcı olmasına rəğmən mülkiyyət hüquqları pozulmuşdur. Bu işdə, həm bağışlama müqaviləsində, həmçinin alqı-satqı müqaviləsində tərəflər öz iradələrini sərbəst şəkildə ifadə etmişlər. Lakin məhkəmə nədənsə tərəflərin sərbəst iradə ifadəsinə maneə olduğunu müəyyən edir. Etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Bu işdə olan etibarnamədə təmsil edilən nəyi yazıbsa, həmin o səlahiyyətlər də icra edilmişdir, yəni etibarnamədən kənar və ya onun ziddinə heç bir iş görülməmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)- 233/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və mübahisə ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 23 iyun 2021-ci il tarixdə verilmiş verilmiş etibarnamə bir il müddətinə verilmiş, qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixədəkdir. Etibarnamə üzrə verilmiş səlahiyyət müddəti bitməyib, etibarnaməyə xitam verilməyib, təmsil edilən (etibar edən) təmsilçini (etibar ediləni) cavabdeh kimi necə məhkəməyə verə bilər, belə nəticəyə gəlmək olar ki, X23 həm iddiaçı, həm də cavabdehdir. Bundan da başqa bağışlama və alqı-satqı müqaviləsi mübahiləndirildiyi halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə iclasına dəvət olunmalı halda işə baxan məhkəmə prosessual pozuntu edərək Notariat ofisini üçüncü şəxs qismində məhkəməyə cəlb etəmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığım məhkəmə iclas protokolu ilə tanış olma barədə ərizəmi məhkəmə təmin etməyərək, məhkəmə iclas protokoluna qeydlər vermək hüququmu məhdudlaşdırıb, prosesual qaydaları bir daha pozumuşdur. İddiaçı X23 əvəllərdə qəsdən törədilən cinayətlər üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəza çəkmişdir, hazırda da qəsdən törədilən cinayətlər üzrə (şəxsiyyət ələyhinə) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkir. İctimai faydalı əməklə məşğul olmamışdır. X10 isə anasına, ailəsinə baxmış, cəzaşəkmə müəsisələrinə qardaşının daim sovqat aparmışdır. Mümkün olan deyil ki, Qres qəsəbəsində olan mənzili satıb hər iki qardaş üçün ev alınsın, iddia ərizəsində də göstərildiyi kimi (onun cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmaq imkanı var, ancaq bunun üçün pul lazımdır) pul müqabilində vaxtından əvvəl kimlərəsə pul verilsin. Ramin Quliyevə həbsdə olduğu müddətdə qardaşı X42 lazımınca onun zəhmətini çəkmiş, maddi köməkliyini etmişdir. X3 ev alınmalı idisə, xx.xx.2021-ci il tarixdə etibarnamə verilmiş, xx.xx.2021-ci il tarixdə anadan miras qalmış mənzil satılmışdır. X42 xx.xx.2021-ci il tarixdə özünə torpaq sahəsi almışdır. X26 xx.xx.2021-ci ildə vəfat etmişdir. Bütün preseslərin başa çatmasından 3 aydan artıq vaxt keçmişdir. 3 ay ərzində Ramil və Anar arasında telefon danışıqları və görüşləri olmaya bilməzdi. Ramil bir dəfə də olsun ona niyə ev alınmamasını soruşmuşdurmu? Anar öləndən sonra əsası olmayan sözsöhbətlər ortaya çıxmışdır. Ona görə də, Mingəçevir Şəhər Məkəməsinin 16 may 2022-ci il tarixli, 2(051)- 233/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər X31, Cavabdeh2 qarşı miras payın bağışlanması, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin hissədə Çıxarışın ləğv olunması tələbinə dair iddiasının rədd edilməsi barədə q\ətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X8 vəkili Vəkil2 öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X19 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 və üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat kontorunun nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.3-cü mаddəsinə əsаsən əgər qаnunlа əmlаk hüquqlаrının yаrаnmаsı üçün аyrı qаydа nəzərdə tutulmаyıbsа, dövlət qeydiyyаtınа аlınmаlı əmlаk hüquqlаrı оnlаrın qeydə аlındığı аndаn əmələ gəlir. 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinin tələbinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2-ci maddəsinin tələbinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1-ci maddəsinə əsasən təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 362.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmış etibarnamələr də notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə görə Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarından göstərilir ki, ilk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmçilçisi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi müvqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının müvcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mülkiyyətcisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir. Аdı çəkilən qərаrdа Kоnstitusiyа Məhkəməsinin Plenumu xüsusi оlаrаq оnu dа qeyd etmişdir ki, əqdlərin etibаrsızlığı ilə bаğlı mubаhisələrin həllində həm mülkiyyət hüququ müdаfiə оlunmаlı, həm də vicdаnlı аlıcılаrın əmlаk hüquqlаrı təmin оlunmаlıdır. Belə hüquqi mövqenin tutulmаsı mülki dövriyyə sаbitliyinin, оnun iştirаkçılаrının hüquqlаrının və qаnuni mənаfelərinin qоrunmаsı məqsədlərinə nаil оlmаq, hаbelə Mülki Məcəllənin 6-cı mаddəsində öz əksini tаpmış mülki qаnunvericiliyin prinsiplərinə əməl etmək üçün şərаit yаrаdır. “Könül Nаmidаr qızı Qəribоvаnın şikаyəti ilə əlаqədаr Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi MİÜMK-ın 16 аvqust 2006-cı il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 08 mаy 2008-ci il tаrixli qərаrındа dа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əldə edənin əmlаkı оnu özgəninkiləşdirməyə səlаhiyyəti оlmаyаn şəxsdən əldə etdiyini bilməməsi fаktının mövcudluğu tələbin təmin оlunmаsının mümkünlüyü bаxımındаn vicdаnlı sаhibi mulkiyyətçiyə nisbətdə dаhа üstün hüquqi mоvqeyə çıxаrır. Həmçinin “H.Cəfərоvun şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki Kоllegiyаsının 6 fevrаl 2012-ci il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 15 sentyаbr 2014-cü il tаrixli qərаrındа dа Kоnstitusytа Məhkəməsi qeyd etmişdir ki, mubаhisəli əşyа üzərində qаnuni əsаslаrlа yаrаnmış əmlаk hüquqlаrı mulkiyyətçi ilə yаnаşı digər şəxslərə də mənsub оlduqdа mülkiyyət hüquqlаrının dövlət müdаfiəsinə verilmiş kоnstitusiyа təminаtı həmin şəxslərin əmlаk hüquqlаrınа dа şаmil оlunur. Bu cür əmlаk hüquqlаrı sırаsınа vicdаnlı əldə edənin hüquqlаrı dа аiddir. Mövcud mülki qаnunvericiliyə əsаsən, əgər mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа verilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, оndа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. İşin mübahisə olunmayan haları ondan ibarətdir ki, İddiaçı Cavabdeh2 01 sentyabr 2021-ci ildə ölmüş mərhum əri X16 qardaşıdır. 07 noyabr 2020-ci ildə ölmüş X6 Ramil və Quliyev Anarın anası olmuşdur. Sonuncunun ölümündən sonra ondan Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzil miras qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə müəssisəsində cəza çəkən məhkum İddiaçı 1 (bir) il müddətinə verilmiş 23 iyun 2021-ci il tarixli etibarnamə ilə bir çox səlahiyyətlərini, eləcə də miras payını almaq, miras paydan imtina etmək, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə aid notariat ofisində ərizələri imzalamaq, mənzili bağışlamaq, satmaq ilə əlaqədar müqavilələri imzalamaq səlahiyyətlərini Cavabdeh1 etibar etmişdir. X26 və İddiaçı 7.11.2020-ci ildə vəfat etmiş X14 vərəsələri olmaqla hər biri miras əmlakdan ikidə bir hissədə pay almaları ilə bağlı 28 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona çatan ikidə bir hissədə olan payı onun nümayəndəsi olaraq Cavabdeh1 ilə X26 arasında bağlanmış 28 iyun 2021-ci il tazrixli miras payın bağışlanması müqaviləsi ilə qardaşı X20 bağışlamışdır. Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilə X16 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin dən xx.xx.2021-ci il tarixli Çıxarış alınmışdır. X4 şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili 29 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X2. X8 adına 09 iyul 2021-ci il tarixdə dövlət reyestrindən Çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçının verdiyi etibarnamə əsasında Cavabdeh1 etibarnamədə göstərilən səlahiyyətləri həcmində hərəkət etməklə, mübahisəli miras əmlaka dair bütün sənədləşmələri aparmış və sonda təmsil etdiyi şəxsin payına düşən miras hissəsini hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 mərhum əri X20 bağışlamışdır. Sonuncu da həmin miras əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etməklə həmin əmlakı vicdanlı əldə edən X2. Bütün yuxarıda göstərilən hərəkətlər edilərkən yuxarıda göstərilən qanunların və qərarların tələblərinə tam riayət edilmişdir. Yəni, müqavilələrin etibarsız hesab olunmasına əsas verəcək heç bir hal aşkar edilməmişdir. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarında göstərildiyi kimi, hazırki iş üzrə təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış etmişdir. Kоnstitusiyа Məhkəməsinin yuxarıda göstərilən qərarlarındakı mövqeyə uyğun olaraq hazırki iş üzrə alıcı əmlаkı əldə edərkən onda əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаmışdır, о vicdаnlı аlıcı qismində çıxış etmişdir. O, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrının olmasından xəbərsiz olmuşdur. Yuxarıda adı çəkilən qərаrdа Kоnstitusiyа Məhkəməsinin Plenumu xüsusi оlаrаq оnu dа qeyd etmişdir ki, əqdlərin etibаrsızlığı ilə bаğlı mubаhisələrin həllində həm mülkiyyət hüququ müdаfiə оlunmаlı, həm də vicdаnlı аlıcılаrın əmlаk hüquqlаrı təmin оlunmаlıdır. Belə hüquqi mövqenin tutulmаsı mülki dövriyyə sаbitliyinin, оnun iştirаkçılаrının hüquqlаrının və qаnuni mənаfelərinin qоrunmаsı məqsədlərinə nаil оlmаq, hаbelə Mülki Məcəllənin 6-cı mаddəsində öz əksini tаpmış mülki qаnunvericiliyin prinsiplərinə əməl etmək üçün şərаit yаrаdır. Hazırki iş üzrə alıcı X13 vicdanlı əldə edən olduğundan iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni etibarnamədə əqdin bağlanmasına dair səlahiyyətlərin konkret olaraq əks etdirilməməsi, həmçinin, birbirinə zidd olan səlahiyyətlərin göstərilməsi, etibarnamədə təmsil edilənin iradi ifadəsi aydın olmamasından, əqdin bağlanmasına dair səlahiyyətlər konkret şərtlərlə göstərilməməsindən istifadə olunmaqla iddiaçının hüquqları pozulduğu ilə əsaslandırmışdır ki, həmin əsaslandırmalar apellyasiya baxışı zamanı tamamilə təkzib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə, həm bağışlama müqaviləsində, həmçinin alqı-satqı müqaviləsində tərəflər öz iradələrini sərbəst şəkildə ifadə etmişlər. Etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Bu işdə olan etibarnamədə təmsil edilən nəyi yazıbsa, həmin o səlahiyyətlər də icra edilmişdir, yəni etibarnamədən kənar və ya onun ziddinə heç bir hərəkət edilməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə üçüncü şəxs X13 və Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı miras payını bağışlama müqaviləsinin, alqı–satqı müqaviləsinin qismən etibarsız sayılması, həmin hissədə çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Üçüncü şəxs X13 və Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı miras payını bağışlama müqaviləsinin, alqı– satqı müqaviləsinin qismən etibarsız sayılması, həmin hissədə çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Məlikov Vəzirxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar