Məhkəmə qərarları › İş №2(102)-599/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-599/2023

01.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-599/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-599/2023 (Açar sözlər: əqdin etibarsızlığı) Bakı şəhəri, 01 mart 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı miras payın bağışlanması, alqısatqı müqavilələrinin etibarsız sayılması, həmin hissədə Çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1012/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməs indən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə X15 doğma qardaşdırlar. Onların valideynləri arasındakı nikah 1982-ci ildə pozulmuşdur.

2. Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li (bundan sonra miras əmlakı) mənzili tam mülkiyyət hüququ ilə iddiaçının anası X7 adına qeydə alınmışdır.

3. X13 07 noyabr 2020-ci ildə ölmüşdür. İddiaçı və X1 Mirvari İsa qızının vərəsələridir. Miras açılarkən iddiaçı azadlıqdan məhrum edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə müəssisəsində olmuşdur. 4. 23 iyun 2021-ci ildə iddiaçı tərəfindən Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) bir çox səlahiyyətləri, eləcə də miras payını almaq, miras paydan imtina etmək, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə aid notariat ofisində ərizələri imzalamaq, mənzili bağışlamaq, satmaq ilə əlaqədar müqavilələri imzalamağa dair 1(bir) il müddətinə etibarnamə verilmişdir.

5. X15 və İddiaçı 7.11.2020-ci ildə vəfat etmiş X7 vərəsələri olmaqla hər biri miras əmlakdan ikidə bir hissədə pay almaları ilə bağlı 28 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar.

6. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona çatan ikidə bir hissədə olan payı onun nümayəndəsi olaraq Cavabdeh1 ilə X15 arasında bağlanmış 28 iyun 2021- ci il tazrixli miras payın bağışlanması müqaviləsi ilə qardaşı X11 bağışlamışdı r.

7. Bundan sonra miras əmlakı xx.xx.2021- ci il tarixdə tam mülkiyyət hüququ ilə X9 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.

8. X15 ilə alıcı X8 (bundan sonra 3-cü şəxs) Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinə yazdıqları ərizədə miras əmlakını 25000 manat qiymətə satması barədə razılığa gəlmiş, 29 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı evi 3-cü şəxsə satmışdır.

9. Bundan sonra X15 30 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 0,06 torpaq sahəsi, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında isə “VAZ-21074” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır.

10. X15 01 sentyabr 2021-ci ildə ö lmüşdür. Cavabdeh2 onun arvadı və qanun üzrə vərəsəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakına 2 V-647 №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ikidə bir hissə miras payın birinci cavabdeh tərəfindən X11 bağışlanması barədə Mingəçevir Regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin hissədə X9 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzilin satılmasına iddiaçının adından imzalanmış və Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində 8 İ-11042 sayla qeydə edilmiş 29 iyun 2021-ci il t arixli razılıq ərizəsinin etibarsız sayılması, mənzilin X5 25000 manata satılmasına dair Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 4 Ə-1276 №li 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə bir hissədə etibarsız hesab edilməsi, həmin hissədə X4 adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd olunmuş faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyun ayında qardaşı Anar Quliyevlə müalicə müəssisəsində iddiaçının cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunması və ona ev alınması üçün analarından miras qalmış mənzili satmaqları barədə razılığa gəlmişlər. İddiaçı bununla bağlı qardaşının dostu birinci cavabdehə mənzilə dair miras payın qəbul edilməsi və mənzilin alqı-satqısını aparılması, müqavilənin bağlanması üçün etibarnamə vermişdir. Anar Quliyevin vəfatından sonra xalası vasitəsilə ona məlum olur ki, qardaşı anasından miras qalmış mənzili satmış, həmin pulla öz adına avtomobil və üzərində ev tikilmiş torpaq sahəsi almışdır. Sonra iddiaçıya məlum olmuşdur ki, birinci cavabdeh onun verdiyi etibarnamədən istifadə edərək miras mənzilin ikidə bir hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra miras payını Anar Quliyevə bağışlanması barədə müqavilə bağlamışdır. Ancaq iddiaçı miras payın bağışlanması məqsədi ilə etibarnamə verməmişdir. İddiaçının bunlardan Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinin 02 noyabr 2021-ci il tarixli məktub undan sonra xəbərdar olmuşdur. İddiaçı 3 otaqlı, yaşayış üçün yararlı olan mənzilin 25000 (iyirmi beş min) manata satılmasına razı olmazdı. Bundan əlavə etibarnamə verməkdə iddiaçının məqsədi miras mənzilə olan payının satılması, əldə olunacaq vəsaitin özünə sərf edilməsi, yəni cəzaçəkmə müəssisəsindən çıxmaq istəməsi və ya ev almaq olmuşdur. Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) Anar Quliyevin vərəsəsidir. İddiaçının miras payının satışından əldə etdiyi əmlakları birinci dərəcəli vərəsə kimi ikinci cavabdeh qəbul etmişdir. Əgər iddiaçının miras payının satışından əldə edilmiş vəsait könüllü olaraq geri qaytarılmazsa, tələb həmin əmlaklara yönəldiləcəkdir. İddiaçı miras payını heç kimə bağışlamağı istəməmişdir.

13. Birinci cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X15 i lə yaxın dost münasibətində olmuşdur. Anarın qardaşı Ramili də tanıyır. Anarla birlikdə cəzaçəkmə müəsisəsinə Ramilin yanına getmişlər. Qardaşlar söhbət zamanı razılığa gəldilər ki, analarından miras qalmış mənzili satsınlar, Ramilin payına düşən pulla Ramini cəzaçəkmə müəssisəsindən çıxarsınlar və yaxud ona ev alsınlar. Ramil cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə onun əməliyyatda iştirak etmək imkanı yox idi. Hər ikisi Ramilin adından alqı-satqı əməliyyatının aparılması üçün onun adına etibarnamə verilməsi razılığına gəldilər. Etibarnamə verildikdən sonra Anarla birlikdə “Asan Xidmət” mərkəzində notariat ofisinə getmişlər, Notariat ofisində bəzi sənədlərə imza etmişlər. O, etibarnamədə nə yazılmasına, hansı sənədləri imzalamasına fikir vermirdi. Fikirləşirdi ki, onlar doğma qardaşdı rlar, hər şey də aralarında razılaşdıqları kimi olacaqdır. Həmin gün notariat ofisində mənzilin alıcısı da var idi. Mənzilin alqı-satqısından az bir müddət keçdikdən sonra eşitdi ki, Anar ev alıbdır, fikirləşdi ki, həmin evi Anar iddiaçıya alıbdır. Evi alandan bir müddət sonra da Anar vəfat etdi. Onu bildirir ki, iddiaçı etibarnaməni onun adından mənzilin alqı-satqısının aparması üçün vermişdir.

14. İkinci cavabdehin vəkili məhkəmə iclasındakı izahatında bildirmişdir ki, ikinci cavabdeh işdə cavabdeh ola bilməz. Ona görə ki, o, mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə versə də ona hələlik qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. İkinci cavabdehin ərindən qalmış mirasa payı müəyyən edilməmişdir. Bundan əlavə iddiaçının anasından miras qalmış mənzilə miras payın bağışl anması və digər hərəkətlər onun birinci cavabdehə vermiş olduğu etibarnamədə göstərilmiş səlahiyyətlər daxilində aparılmış və heç bir qanunsuzluğa yol verilməmişdir 15. 3-cü şəxs məhkəmə iclasındakı izahatında bildirmişdir ki, Anar Quliyev arasında bağlanmış alqı-satqı müqaviləsində mənzilin qiyməti 25000 manat göstərilsə də mənzili 45000 manata almışdır. Alqı-satqı müqaviləsi bağlanan gün də mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Hazırda mənzil onun mülkiyyətindədir.

16. X6 məhkəmə iclasındakı izahatında bildirmişdir ki, 3-cü şəxs onun qardaşı arvadıdır. 3-cü şəxs mənzil almaq istədiyini, bu işdə ona kömək olunmasını xahiş etmişdi. X18 Naxçıvan küçəsində 3 otaqlı mənzil satıldığını bildirdi, sonra mənzili satmaq istəyən Anar Quliyevlə görüşdülər. Mənzili 45500 manata raz ılaşdılar. X25 dedi ki, mənzilin sənədləri hazır deyil və sənədləri qaydaya salmaq üçün vaxt istədi. Mənzilin sənədlərini hazırlamaq üçün Anar ondan əvvəl 500 manat, sonra 1000 manat pul almışdı. Mənzilin sənədləri hazır olandan sonra onlar birlikdə “Asan Xidmət”in notariat ofisinə getdilər. Notariat ofisində 3-cü şəxs ilə Anar Quliyevin arasında alqı-satqı müqaviləsi bağlandı. Müqavilədə 25000 manat göstərilsə də o, Anara 45500 manat pul vermişdi.

17. X2 məhkəmə iclasındakı izahatında bildirmişdir ki, dəllal kimi mənzilin alqısatqısı üçün ona müraciət etmiş vətəndaşlara kömək edir. X15 ona məxsus mənzili satmaq istədiyini bildirmişdi. Bir neçə gündən sonra da Şahin Kamalov ona müraciət edərək almaq üçün mənzil axtardığını bildirdi. O da Naxçıvan küçəsində 3 otaqlı mənzili satmaq istədik lərini dedi. X22 Kamalov görüşdülər. Mənzilin alqı-satqısını 45500 manata razılaşdılar. Şahin Anara 500 manat beh verdi. Söhbət zamanı məlum oldu ki, mənzilin sənədləri hazır deyil. Sənədlərin düzəldilməsi üçün vaxt lazım idi. Anar cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşından aldığı etibarnamə əvvəl düz olmadı. İkinci dəfə etibarnamə alındı. Sonra mənzilin alqı-satqısına dair müqavilə notariat ofisində bağlandı.

18. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi ilə (hakim M. Kərimova) iddia təmin olunmuş, miras əmlakına ikidə bir hissə miras payın bağışlanmasına dair birinci cavabdeh ilə X15 arasında X14 Xidmət mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə və mənzilin satı lmasına cavabdeh birinci cavabdeh tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, X9 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması, miras əmlakı olan mənzilin 25000 manata satılmasına dair X15 ilə 3-cü şəxs arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə bir hissədə etibarsız hesab edilməsi, həmin hissədə 3-cü şəxsin adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci cavabdehə verilmiş etibarnamədə əqdin bağlanmasına dair səlahiyyətlər konkret ola raq əks etdirilməmiş, həmçinin, bir-birinə zidd olan səlahiyyətlər göstərilmişdir. Məsələn, etibarnamədə miras payını almaq, miras payından imtina etmək və yaxud miras əmlakını bağışlamaq, mənzilin satılması ilə əlaqədar müqaviləni imzalamaq səlahiyyətləri göstərilmişdir. Yəni təmsil edilənin əqdin bağlanması üçün konkret iradı ifadəsi müəyyən olunmamışdır. Əgər təmsil edilən miras paydan imtina edirsə, mirasın qəbul edilməsi səlahiyyətinin də verilməsində məqsəd məlum deyil. Eləcə də mənzil bağışlanarsa əvəz gözlənilmir, ancaq satılarsa təmsil edən əvəz gözləyir. İddiaçı tərəfindən verilən etibarnamədə əqdin bağlanmasına dair səlahiyyətlər konkret göstərilməməsinə baxmayaraq adına etibarnamə verilmiş birinci cavabdeh mirası qəbul etdikdən sonra iddiaçının qardaşı Anar Quliyevə bağışlamış və bununla bağlı aralarında 28 iyun2021-ci il tarixdə “Miras payın bağlanması müqaviləsi” bağlamışlar, müqavilə notariat ofisində təsdiq edilmişdir. Bundan sonra iddiaçının qardaşı Anar Quliyev xx.xx.2021-ci il tarixdə mənzilə tam mülkiyyət hüququnu təsdiq edən Çıxarış almış, elə həmin gün də, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə 3-cü şəxsə 25000 manata satmışdır. Mənzilin satışından əldə edilmiş vəsaitdən isə iddiaçıya verilməmişdir. İddiaçı tələbində göstərir ki, sonra ona məlum olmuşdur ki, qardaşı mənzilin satışından əldə edilmiş pulla özünə avtomobil, üzərində fərdi evin tikintisi olan torpaq sahəsi almışdır.

20. Etibarnamədə təmsil edilənin iradi ifadəsi aydın olmamasından, əqdin bağlanmasına dair səlahiyyətlər konkret şərtlərlə göstərilməməsindən istifadə olunmaqla id diaçının hüquqları pozulmuşdur.

21. Bundan başqa miras əmlakı iddiaçının razılığı, məlumatı olmadan 3-cü şəxsə satılmışdır. Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzili 45000 manata aldığını bildirsə də, alqı-satqı müqaviləsində mənzilin 25000 manata satıldığı qeyd edilmişdir. Mənzilin satış qiymətinin mübahisəli olması səbəbindən də iddiaçının miras payının dəyərinin də müəyyən edilməsində mübahisə yaradır.

22. Göründüyü kimi, mənzilin dəyərinin ödənilməsi bildirilsə də, ödənilmiş dəyər, alqı-satqı müqaviləsində mənzilin qeyd edilmiş qiyməti mübahisəlidir. Buna görə də iddia təmin olunmalıdır.

23. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 337.1, 337.2, 337, 339.2, 339.3, 359.1, 362.1, 362.2, 362.3, 362.3.3–cü maddələrinə, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli qərarına, “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apell yasiya instansiyası məhkəməsindəki icraat

24. İkinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, 23 iyun 2021-ci il tarixdə verilmiş etibarnamə bir il müddətinə verilmiş, qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixədəkdir. Etibarnamə üzrə verilmiş səlahiyyət müddəti bitməyib, etibarnaməyə xitam verilməyib, təmsil edilən (etibar edən) təmsilçini (etibar ediləni) cavabdeh kimi necə məhkəməyə verə bilər, belə nəticəyə gəlmək olar ki, birinci cavabdeh həm iddiaçı, həm də cavabdehdir. Bundan da başqa bağışlama və alqı-satqı müqaviləsi mübahisələndirildiyi halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional "AS AN xidmət" Mərkəzində Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə iclasına dəvət olunmalı halda işə baxan məhkəmə prosessual pozuntu edərək Notariat ofisini üçüncü şəxs qismində məhkəməyə cəlb etməmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığı məhkəmə iclas protokolu ilə tanış olma barədə ərizəsi məhkəmə təmin etməyərək, məhkəmə iclas protokoluna qeydlər vermək hüququnu məhdudlaşdırıb, prosessual qaydaları bir daha pozulmuşdur. İddiaçı əvvəllər də qəsdən törədilən cinayətlər üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəza çəkmişdir, hazırda da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkir. Birinci cavabdehə xx.xx.2021-ci il tarixdə etibarnamə verilmiş, X15 xx.xx.2021ci ildə vəfat etmişdir. Bütün prose slərin başa çatmasından 3 aydan artıq vaxt keçmişdir. 3 ay ərzində qardaşlar arasında evin satılması barədə telefon danışıqları və görüşləri olmaya bilməzdi. 26. 3-cü şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə belə bir hal müəyyən edir ki, qardaşların razılaşmasına görə, miras qəbul edilməli, miras mənzilə paylar müəyyən edilməli, mənzil satılmalıdır. Bunu birinci cavabdeh də təsdiq edir və ifadəsində də qeyd edir ki, “Ramil etibarnaməni mənzilin alqı-satqısının aparılması üçün vermişdir". Hadisələrin gedişat ardıcıllığı da belə olmuşdur, yəni iddiaçı verdiyi etibarnamədən kənar heç bir addım atılmamışdır. Lakin məhk əmə bu ardıcıllığı işin mübahisəli halı kimi müəyyən etmiş, lakin bu müəyyən etməni heç bir sübutla əsaslandırmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, etibarnamədə qeyd edilən səlahiyyətlər ziddiyyətlidir. Lakin bu ziddiyyəti müəyyən etmir. Etibarnamədə sadalanan bütün səlahiyyətlər icra edilmiş, etibarnamənin əksinə və ya ziddinə heç bir iş görülməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının (təmsil edilənin) konkret iradə ifadəsi müəyyən edilməmişdir. Lakin məhkəmə iddiaçının iradə ifadəsinin nədən ibarət olmasını da açıq-aydın şəkildə müəyyən etməmişdir. Məsələ burasındadır ki, məhkəmə iddiaçının verdiyi etibarnamə ilə bəzi hissələrdə razılaşır (mirasın qəbulu), bəzi hissələrdə (payın bağışlanması) isə razılaşmır. Məhkəmə belə bir əsaslandırmaya da izah vermir. Halbuki, etibarnam ədə qeyd edilən bütün səlahiyyətlər açıq-aydın şəkildə yazılmış, hətta miras əmlakın konkret adı və ünvanı da qeyd edilmişdir. Məhkəmə iddiaçının hüquqlarının pozulması ilə bağlı qənaətini əsaslandırmamışdır, ən azından hansı şərtlərdən söhbət gedir və hansı hüquqların pozulmasını formal da olsa qeyd etməli idi. Məhkəmə bu halı sadəcə özünün yanlış, heç bir sübuta əsaslanmayan mülahizəsinə əsasən müəyyən etmişdir. Bağışlama müqaviləsi heç bir şərt olmadan bağlanmışdır, yəni Quliyev Anarın hər hansı pul tələbi olsaydı, elə bağışlama müqaviləsində də həmin şərti qeyd edə bilərdi və bunun üçün heç bir maneə də yox idi. Qətnamənin əsaslandırma hissəsində qeyd edilir ki, “mənzil iddiaçının razılığı olmadan satılmışdır". Bu tamamilə səhv yanaşmadır. Hər kəsə aydındır ki, həmin mənzilin alqı-satq ısında iddiaçının razılığına ehtiyac yoxdur. Bununla belə, məhkəmə belə bir absurd mövqedə dayanaraq həmin yanaşmanı öz qətnaməsini əsaslandırmaq üçün istifadə etmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, “mənzilin satış qiyməti mübahisəlidir və bu səbəbdən də miras payın dəyərinin müəyyən edilməsində də mübahisə var". Bu tamamilə səhv yanaşmadır. Belə ki, mənzilin satış qiyməti barədə tərəflər, yəni alıcı (bu işdə üçüncü şəxs) və satıcı (bu işdə cavabdeh) arasında heç bir mübahisə yoxdur. Lakin məhkəmə nədənsə, bu halı nəzərə almamışdır.

28. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1012/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və V.Məlikov) 3-cü şə xs və ikinci cavabdehin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının verdiyi etibarnamə əsasında birinci cavabdeh etibarnamədə göstərilən səlahiyyətləri həcmində hərəkət etməklə, mübahisəli miras əmlaka dair bütün sənədləşmələri aparmış və sonda təmsil etdiyi şəxsin payına düşən miras hissəsini ikinci cavabdehin mərhum əri X11 bağışlamışdır. Sonuncu da həmin miras əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etməklə həmin əmlakı vicdanlı əldə edən 3-cü şəxsə satmışdır. Bütün yuxarıda göstərilən hərəkətlər edilərkən yuxarıda göstərilən qanunların və qərarların tələblərinə tam riayət edilmişdir. Yəni, müqavilələrin etibarsız hesab olunmasına əsas verəcək heç bir hal aşkar edilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hazırki iş üzrə alıcı əmlаkı əldə edərkən onda əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаmışdır, о vicdаnlı аlıcı qismində çıxış etmişdir. O, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrının olmasından xəbərsiz olmuşdur. Buna görə də 3-cü şəxs vicdanlı əldə edən olduğundan iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir.

31. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni etibarnamədə əqdin bağlanmasına dair səlahiyyətlərin konkret olaraq əks etdirilməməsi, həmçinin, birbirinə zidd olan səlahiyyətlərin göstərilməsi, etibarnamədə təmsil edilənin iradi ifadəsi aydın olmamasından, əqdin bağlanmasına dair səlahiyyətlər konkret şərtlərlə göstərilməməsindən istifadə olunmaqla iddiaçının hüquqları pozulduğu ilə əsaslandırmışdır ki, həmin əsaslandırmalar apellyasiya baxışı zamanı tamamilə təkzib edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işdə, həm bağışlama müqaviləsində, həmçinin alqı-satqı müqaviləsində tərəflər öz iradələrini sərbəst şəkildə ifadə etmişlər.

33. Etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və mar aqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Bu işdə olan etibarnamədə təmsil edilən nəyi yazıbsa, həmin o səlahiyyətlər də icra edilmişdir, yəni etibarnamədən kənar və ya onun ziddinə heç bir hərəkət edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (vəkil Nümayəndə oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin təkrar apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə baxışı zamanı məlum olmuşdur ki, 45500 manata alqı-satqısı sövdələşdirilmiş mənzilə dair iddiaçı ilə beh müqaviləsi bağlanılsa da 3-cü şəxsə 45500 manatı qaynı Şahin Kamal ova ödədiyini göstərmişdir. Şahin Kamalov həmin 45500 manatın 25000 manatının müqaviləyə daxil edildiyini, qalan 20000 manatı isə Anar Quliyevə verdiyini göstərsə də buna dair hər hansı sübut təqdim etməmişdir. 45500 manata satıldığı razılaşdırılan mənzilin dəyərinin tam şəkildə ödənilməsi öz təsdiqini tapmadığı halda məhkəmə kollegiyası Mülki Məcəllənin 567-ci maddəsinə istinad edərək hesab etmişdir ki, alıcı mənzilin dəyərini ödəməklə satın aldığından vicdanlı alıcıdır. Məhkəmənin 3-cü şəxsin vicdanlı alıcı olması qənaətinə gəlməsi üçün işin halları üzrə düzgün dəyərləndirmə aparması zəruri idi. Mənzilin alqısatqısında iştirak etmiş Savalan Verdiyev də mənzilin 45500 manata satıldığını göstərmişdir. Birinci instansiya məhkəməsi məhz bu xüsusatı nəzərə alaraq Anar Quliyevə mənzilin dəyəri nin 25000 manatı ödənildiyini müəyyən etdiyindən və həmin hissədə 3-cü şəxsi vicdanlı alıcı kimi qəbul etdiyindən alqı-satqı müqaviləsini 1/2 hissədə etibarsız saymışdır. 3-cü şəxs mənzilin dəyərini ödədiyi hissədə vicdanlı alıcı hesab edilmişdir. Məhkəmə kollegiyası isə işin bu kimi halına ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini pozaraq iddia tələbinin miras əmlaka olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissə miras payının birinci cavabdeh tərəfindən X11 bağışlanması barədə 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin hissədə X9 adına verilmiş 29 iyun 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakının satılmasına dair razılıq ərizəsinin etibarsız sayılması, miras əmlakın 3-cü şəxsə 25000 manata satılmasına dair alqı-satqı müqaviləsinin ½ hissədə etibarsız sayılması, həmin hissədə 3-cü şəxsin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ibarət olmasına baxmayaraq ilk 2 iddia tələbinə münasibətdə vicdanlı alıcı hüquqi mövqeyindən yanaşaraq hər 3 iddia tələbini rədd etmişdir. Məhkəmə qətnaməsində mövqeyini belə təsvir etmişdir: Hazırki iş üzrə alıcı 3-cü şəxs vicdanlı əldə edən olduğundan iddianın təmin olunmasından imtina edilməlidir. Ancaq bu hüquqi mövqe 3-cü şəxs ilə Anar Quliyev arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə olsa da, iddia tələbinin digər 2 hissəsinin rədd edilməsi üçün yetərli olmamışdır. Etibarnamədə iddiaçının mənzili Anar Quliyevə bağışlanmasına dair səla hiyyət göstərilmədiyi halda məhkəmə hesab etmişdir ki, notarial qaydada təsdiq olunmalı olan müqavilənin bağlanmasında istifadə olunan etibarnamədə mirasın bağışlanması barədə səlahiyyət açıq-aşkar qeyd olunmuşdur və qanunvericiliyin tələblərinə uyğundur. Halbuki, mirasın kimə və hansı şərtlər daxilində bağışlanması göstərilməmişdir.

36. Məhkəmə hesab etmişdir ki, 3-cü şəxs mənzilin dəyərini tam ödədiyindən vicdanlı alıcıdır. Halbuki, alqı-satqı müqaviləsi real müqavilə olduğundan mənzilin dəyəri tam şəkildə ödənilmədiyindən 3-cü şəxs mənzil üzərində tam mülkiyyət hüququ əldə edə bilməzdi. Təmsil olunan birinci cavabdeh iddiaçının onunla görüşündə mənzilin satışından ona mənzili almalı olduğunu bildirməsini təsdiq etmişdir. Bu isə ona dəlalət edir ki, iddiaçının həqiqi iradə ifadəsi də mən zilin qardaşı Anar Quliyevə evin bağışlanması deyil, satılaraq ona mənzil alınması olmuşdur. Bağışlama müqaviləsi isə o zaman bağlanmış hesab edilir ki, mənzil bağışlanana təhvil verilməlidir. İddiaçı isə həbsdə olduğundan mənzilin bağışlanması ilə bağlı hər hansı iradəsini göstərməmişdir. Çünki o Anar Quliyevə mənzil bağışlamaq niyyətində olmamışdır. Məhkəmə isə maddi hüquq normalarını səhv tövsif edərək iddia tələbini rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. İkinci cavabdeh və 3-cü şəxs kassasiya şikayətinə qarşı etirazlar təqdim edərək, apellyasiya şikayətləri ilə eyni dəlillərdən çıxış etmişlər və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

39. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna e dilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

40. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

42. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibə tdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

43. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

44. Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsi ndə susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

45. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

46. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişi nə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

47. Maddə 362.1 Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

48. Maddə 362.3.3 Əsasən azadlıqdan məhrum etmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmış etibarnamələr də notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur.

49. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

50. Maddə 6 46.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

51. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

52. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əm lak vəzifəsindən azad edilməsi ola bilər. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarı

53. İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmçilçisi təmsil olunanın özünün fo rmalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. 54. “H.Cəfərоvun şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki Kоllegiyаsının 6 fevrаl 2012-ci il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 15 sentyаbr 2014-cü il tаrixli qərаrın

55. Mubаhisəli əşyа üzərində qаnuni əsаslаrlа yаrаnmış əmlаk hüquqlаrı mulkiyyətçi ilə yаnаşı digər şəxslərə də mənsub оlduqdа mülkiyyət hüquqlаrının dövlət müdаfiəsinə verilmiş kоnstitusiyа təminаtı həmin şəxslərin əmlаk hüquqlаrınа dа şаmil оlunur. Bu cür əmlаk hüquqlаrı sırаsınа vicdаnlı əldə edənin hüquqlаrı dа аiddir. Mövcud mülki qаnunvericiliyə əsаsən, əgər mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа ve rilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, оndа Mülki Məcəllənin 337.5ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir. Azərbaycan Respublikasının MPM-si

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi ilə bağlı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin hissədə qətnamə dəy işdirilmədən saxlanılmalıdır.

64. Belə ki, əmlakın onu özgəninkiləşdirməyə hüququ olan şəxsdən əldə edilməsi mübahisəli əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilər ki, alıcı bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın. X4 vicdanlı alıcı olmaması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

65. Lakin məhkəmə kollegiyası hesab edir ki, miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə apellyasiya məhkəməsinin mövqeyi əsassızdır.

66. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işdə olan sübutlara düzgün qiymət verməmişdir.

67. Azərbaycan Respublikası Mülki Məc əlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

68. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.

69. Normada qeyd edilən «pozmaqla bağlanılmış» ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir.

70. Kollegiya qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunve riciliyin tələblərinə uyğun olması vacibdir. 71. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarındakı hüquqi mövqe ondan ibarətdir ki, ilk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olu nur və təmçilçisi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

72. Apellyasiya məhəməsi qətnaməsində müəyyən etmişdir ki, iddiaçının verdiyi etibarnamə əsasında birinci cavabdeh etibarnamədə göstərilən səlahiyyətləri həcmində hərəkət etməklə, mübahisəli miras əmlaka dair bütün sənədləşmələri aparmış və sonda təmsil etdiyi şəxsin payına düşən miras hissəsini ikinci cavabdehin mərhum əri X11 bağışlamışdır.

73. Lakin apellyasiya məhkəməsinin bu mövqeyi iş materiallarına uyğun deyildir.

74. Belə ki, məhkəmə bu halı müəyyən edərkən etibarnamənin hansı niyyətlə verilməsi barədə Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatını nəzərə almamışdır. Həmin izahatında cavabdeh iddiaçının etibarnaməni hansı niyyətlə verməsi barədə iddiada göstərdiklərini təs diq etmiş və göstərmişdir ki, həqiqətən də Anarla birlikdə cəzaçəkmə müəsisəsinə Ramilin yanına getmişlər. Qardaşlar söhbət zamanı razılığa gəldilər ki, analarından miras qalmış mənzili satsınlar, Ramilin payına düşən pulla Ramini cəzaçəkmə müəssisəsindən çıxarsınlar və yaxud ona ev alsınlar. Hər ikisi Ramilin adından alqı-satqı əməliyyatının aparılması üçün onun adına etibarnamə verilməsi razılığına gəldilər.

75. Göründüyü kimi, apellyasiya məhkəməsi işdə olan sübutları hərtərəfli və düzgün qiymətləndirməmiş, miras payın bağışlanması müqaviləsinin iddiaçının iradəsinə uyğun olması barədə düzgün olmayan qənaətə gəlmişdir. Bu isə iddiaçının hüquqlarını pozmaqla, gələcəkdə həmin əmlak hüquqları ilə bağlı hər hansı müdafiə vasitələrindən istifadə etmək imkanının qarşısını almışdır.

76. Məhkəm ə kollegiyası hesab edir ki, iddiaçının iddiada göstərdiyi dəlilləri miras payın bağışlanılması barədə müqavilənin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu və təmsil edən şəxsin də həmin dəlilləri təsdiq edən izahatı olduğu halda, apellyasiya məhkəməsinin həmin əqdin iddiaçının iradəsinə uyğun olması barədə mövqeyi düzgün olmamışdır.

77. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

78. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

79. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqı nda» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır

80. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət etməmişdir.

81. Ona görə də qətnamə bu hissədə ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1012/2022 nömrəli iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, iddiaçının miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və işhəmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar