Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-233/2025 07.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı qəyyumu Qanuni nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, 13/62 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2 Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, 13/62 saylı evin 13 saylı mənzilinə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə İddiaçı qəyyumudur. Həmçinin İddiaçı onun qardaşıdır. Mingəçevir şəhəri, Vəli Hüseynov küçəsi 13/62 saylı evin, 13 saylı mənzili 10 iyun 2011-ci ildən İddiaçı şəriksiz mülkiyyətində olmaqla, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin mənzil anası X2 İddiaçı miras qalmış, 30 avqust 2010-cu ildə Cahan Nəbiyeva vəfat etdikdən sonra 25 may 2011-ci ildə onun adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. 06 may 2024-cü ildə İddiaçı «Alsheymer» xəstəliyi nəticəsində orqanizm funksiyalarının 85%nin itirilməsi səbəbindən 1-ci qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. Cavabdeh Ağayeva X12 Nəbiyevin keçmiş arvadı, Ayşən Ağayeva və Cavabdeh2 isə bu evlilikdən olan övladlarıdır. Qardaşı İddiaçı xəstələndikdən sonra Cavabdeh3 ondan boşanaraq mənzili tərk etmişdir. Qızı Cavabdeh1 isə uzun illərdir ki, Vüqar Baxşalıyevlə evlidir və Gəncə şəhərində yaşayırlar. Oğlu Elşən isə anası ilə birlikdə mənzili tərk etmişdir. Hazırda İddiaçı xəstəliyi səbəbindən özünü idarə edə bilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(051)-398/2024 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 18 iyul 2024-cü il tarixli Sərəncamı ilə onun üzərində o qəyyum təyin edilmişdir. İddiaçı o qayğı göstərir. Digər bacısı Bakı şəhərində yaşadığından qardaşına baxmaq üçün ona köməklik göstərə bilmir. Mübarisin xəstəliyi o qədər ağırdır ki, hətta gecələr belə yatmır. Bu səbəbdən onun özünə şər hansı xəsarət etməsindən narahatdır. Dəfələrlə arvadına zəng edib ailəsinə sahib durmasın istəmiş, ancaq Miibarisə öz ailəsi sahib çıxmamışdır. Onların istədiyi isə bundan ibarətdir ki, Mübaris stasionara yerləşdirilsin. Mübaris isə onun doğma qardaşı olduğundan onu xəstəxanaya yerləşdirməyə razı ola bilmir. Hazırda ona anasından miras qalmış mənzili sataraq Bakıya, bacısının yanına köçmək istəyir. Cavabdehlər isə bu mənzildə 2022-ci ildən yaşamamaqla bərabər onlara məxsus mənzildə hər hansı əşyaları belə yoxdur. Özləri üçün mənzil şəraitlərini təmin etmişlər. Onların bu mənzilə ehtiyacları aradan qalxmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı qəyyumu Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin təyin etdiyi kompensasiya məsələsini ödəməyə hazır olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbini müdafiə etdiyini, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X3 izahat verərək göstərdi ki, qeyd olunan mənzildə doğulub. Əvvəl həmin mənzil nənəsinin olmuşdur. Nənəsi vəfat etdikdən sonra 2011-ci ildə vərəsəlik qaydasında atasına keçmişdir. O, özü 2016-cı ildə ailə quraraq əri ilə başqa ünvanda yaşayır. Hazırda qeyd olunan mənzil kirayəyə verilmişdir. Kirayə pulunu bibisi alır. Həmin mənzilə oxşar evlər 250 manata kirayəyə verilir. Atasıpsixi xəstə olduğundan atası ilə görüşmür. Atasına bibisi özünə məxsus mənzildə baxır. Atası ona torpaq sahəsi hədiyyə etmişdir. Həmin torpaqda əri ilə birlikdə özünə yaşayış evi tikdirir. Məhkəmə iclasında izahat verən Cavabdeh3 göstərdi ki, 1994-cü ildə İddiaçılə ailə quraraq həmin mənzilə köçmüşdür. 2023-cü ildə aralarındakı nikaha xitam verilmişdir. Həmin vaxtdan qeyd olunan mənzili tərk etmişdir. Mənzili keçmiş baldızı kirayəyə verir. Həmin mənzilə oxşar evlər 250 manata kirayəyə verilir. Hazırda atasına məxsus mənzildə yaşayır. Keçmiş ərinə keçmiş baldızı baxır. Əri psixi xəstə olduğundan onunla görüşmür. Məhkəmə iclasında izahat verən Cavabdeh2 bildir di ki, qeyd olunan mənzildə doğulmuşdur. Həmin mənzil atasına 2011-ci ildə nənəsindən vərəsəlik qaydasında keçmişdir. Özü müddətdən artıq hərbi qulluqçudur. Həmin evdə yaşamır. Atasına baxmaq imkanı yoxdur. Atası psixi xəstədir. Atasına bibisi baxır. Qeyd olunan mənzil hazırda kirayə verilmişdir. Həmin mənzilə oxşar evlər 250 manata kirayəyə verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.1996-cı il tarixdə verilmiş 6096 №li veteranlıq vəsiqəsindən görünür ki, X7 Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən veteranlıq vəsiqəsi verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-398/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli 5 saylı MİS tərəfindən verilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yoxlama aparılmış, Qanuni nümayəndə keçmiş qardaşı arvadı X11, qardaşı oğlu Cavabdeh2 və qardaşı qızı X1 2022-ci il tarixdən hal-hazıradək həmin ünvanda yaşamamaları müəyyən edilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 5-3/3-3-100/2024 saylı sərəncamından görünür ki, Qanuni nümayəndə 19.047.1964-cü il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilməsi qərara alımışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyətin növündə tam payla xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Nəbiyev X4 şəhəri, V.Hüseynov küçəsi, ev 13/62, mənzil 13 ünvanında xx.xx.2003-cü ildən qeydiyyatdadır. Həmin evdə Cavabdeh1, Cavabdeh2, X10, X8, X5 və Cavabdeh3 da qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.2024cü il tarixdən müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X6 vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.16 kv.m, yaşayış sahəsi 38.36 kv.m olana 3 otaqlı mənzildən ibarətdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-429/2023 saylı qətnaməsindən görünür ki, X11 ilə İddiaçı arasında xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış və 210 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir. xx.xx.2024-cü il tarixli 114 №li "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə uyğun boş vəziyyətdə 3 otaqlı mənzillərin kirayə qiyməti 150-180 manat dəyərində, 113 №li rəyə əsasən bazar satış qiyməti isə 60000 manat qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli ML-01xx.xx/2025 saylı "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 58000 manat və son 3 il nəzərə alınmaqla aylıq kirayə haqqının qiyməti 250 manat məbləğində müəyyən qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli 02-122/25 saylı "xxxx"MMC tərəfindən verilmiş rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2025-ci il tarixə bazar dəyəri 59000 manat, orta aylıq kirayə haqqı 2023-cü il tarixə 150 manat, 2024-cü il tarixə 200 manat, 2025-ci il tarixə 250 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, 13/62 saylı evin 13 saylı mənzili iddiaçıya məxsusdur. Həmin mənzil İddiaçı anası X2 miras qalmış və xx.xx.2011-ci il tarixdə iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin evdə iddiaçının mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı Nəbiyev X4 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə bacısı Qanuni nümayəndə onun üzərində qəyyum olaraq təyin edilmişdir. Cavabdehlər Cavabdeh2 onun oğlu, Cavabdeh1 onun qızı və Cavabdeh3 isə onun keçmiş arvadıdır. Cavabdeh1 2016-cı ildən sonra sonra iddiaçıya məxsus mənzildən getmişdir. Həmin vaxtdan ərinə məxsus mənzildə yaşayır. Atası ona torpaq sahəsi hədiyyə etmişdir. Həmin torpaqda özünə yaşayış evi tikdirir. İddiaçının keçmiş arvadı Cavabdeh3 2023-cü ildə iddiaçı ilə boşandıqdan sonra evi tərk etmişdir. Atasına məxsus mənzildə yaşayır. İddiaçının oğlu müddətdən artıq hərbi qulluqçudur. Müvəqqəti olaraq həmin mənzildə yaşamır. Cavabdeh3 iddiaçı ilə olan nikahları pozulduqdan sonra həmin mənzildən getmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.5. mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi; Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, 13/62 saylı evin 13 saylı mənzili iddiaçıya məxsusdur. Həmin mənzil İddiaçı anası X2 miras qalmış və xx.xx.2011-ci il tarixdə iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin evdə iddiaçının mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı Nəbiyev X9 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə bacısı Qanuni nümayəndə onun üzərində qəyyum olaraq təyin edilmişdir. Cavabdehlər Cavabdeh2 onun oğlu, Cavabdeh1 onun qızı və Cavabdeh3 isə onun keçmiş arvadıdır. Cavabdeh3 ilə iddiaçı arasında olan ailə münasibətlərinə 2023-cü ildə xitam verildiyindən və onlar arasında başqa razılaşma olmadığından sonuncunun qeyd olunan yaşayış sahəsindən istifadə hüququ saxlanmamışdır. Sonradan Cavabdeh3 qeyd olunan mənzilə köçüb yaşamamışdır. Belə olan halda iddiaçının Cavabdeh3 mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası yaranmamış hüququn itirilməsinin mümkün olmaması əsası ilə rədd edilməlidir. Digər Cavabdeh1 isə 2016-cı ildə ailə qurmaqla daimi olaraq başqa yaşayış sahəsinə köçmüşdür. Eyni zamanda atasının ona bağışladığı torpaq sahəsində ailəsi ilə birgə yaşamaq üçün yaşayış evi inşa etdirir. Yəni cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, yaşamır. Eyni zamanda Cavabdeh1 uzun müddət ərzində özünün istifadə hüququnun pozulması barədə məhkəməyə müraciət etməmişdir. Cavabdeh həmin vaxt ərzində mənzilin saxlanılması üçün heç bir vəzifəni icra etməmişdir. Cavabdeh1 206-cı ildə ailə qurmaqla başqa yaşayış sahəsinə köçdüyündən iddiaçı və cavabdeh arasında başqa razılaşma olmadığından sonuncunun qeyd olunan yaşayış sahəsindən istifadə hüququ saxlanmamışdır. Belə olan halda iddiaçının Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası yaranmamış hüququn itirilməsinin mümkün olmaması əsası ilə rədd edilməlidir. Digər Cavabdeh2 isə müddətdən artıq xidmətdə olan hərbi qulluqçudur. Onun xidmətdən qayıtdıqdan sonra müəyyən müddətə yaşayış sahəsi ilə təmin olunması üçün məhkəmə həmin mənzilə oxşar mənzillər üzrə kirayə qiymətini nəzərə alaraq kompensasiya məbləği müəyyən etmişdir. Həmin məbləğin cavabdehə ödənilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı həmin məbləğin cavabdehə ödənilməsinə etiraz etməmişdir. Belə olan halda Cavabdeh2 10000 (on min) manat kompensasiya verilməklə qeyd olunan mənzilə istifadə hüququna xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh2 10000 (on min) manat kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, 13/62 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası cavabdehlərin həmin hüququnun olmamasına görə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-233/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-233/2025
07.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver