Məhkəmə qərarları › İş №2(051)-2369/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2369/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2369/2025 03.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı: İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər Bələdiyyəsinə qarşı “Alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mingəçevir şəhər Bələdiyyəsinə qarşı “Alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair” tələbinə dair iddiası üzrə məhkəməyə müraciət edərək, yoldaşı Mehdizadə M.Qafar oğlunun adına olan 500 m2 torpaq sahəsinin onun yəni İddiaçı qaytarılması və şəhər bələdiyyəsinin xx.xx.2007-ci il 33 saylı protokolunu və alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı Mehdizadə Qafar M oğlunun adına olan Mingəçevir şəhər AZ-DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindəki ərazidən fərdi mənzil tikintisi üçün alqı satqı yolu ilə ayrılmış olan 500 m2 torpaq sahəsi barədə Mingəçevir bələdiyyəsinin 25 oktyabr 2006-cı il tarixli 27/4 saylı qərarı ilə torpaq sahəsi ayrılmışdır. Lakin o, İddiaçı bu barədə şəhər bələdiyyəsinə müraciət edəndə onlar onu özlərindən uşaqlaşdıraraq torpaq yoxdur deyildilər. O, isə ASAN Xidmətə gedərək ərizə ilə müraciət etdi ki, ona mərhum həyat yoldaşı Mehdizadə Qafar M. oğlunun adına 25 oktyabr 2006-cı il tarixli 27/4 saylı qərarı ilə torpaq sahəsinin verilməsinin arxiv çıxarışını alaraq Mingəçevir bələdiyyəsinə təqdim etdi. Bələdiyyəyə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı Mehdizadə Qafar M. Oğlunun adına 500 m2 torpaq sahəsi olduğunun arxiv çıxarışını verdi. Mingəçevir bələdiyyəsi bildirdi ki, Mehdizadə Qafar M. Oğlunun adına 500 m2 torpaq sahəsi var. Bələdiyyə onun ərizəsinə cavab olaraq 19 mart 2007-ci il N 33 protokolunu verərək mərhum Mehdizadə Qafar M. Oğlunun şəhər AZ-DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivində ki, fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış olan 500 m2 torpaq sahəsi barədə Mingəçevir Bələdiyyəsinin 25 oktyabr 206-cı il tarixli verilmiş olan torpaq sahəsi öz razılığı ilə ləğv edildiyi bildirdi və Mehdizadə Qafarın adına olan 500 m2 bələdiyyənin arxivində torpağın imtinası barədə N1062 03 sentyabr 2025-ci il arxiv çıxarışını ona təqdim edərək xx.xx.2007-ci il 33 saylı iclas protokolunda vətəndaş Mehdizadə Qafar M. Oğlunun torpağın qaytarılması ilə bağlı razılıq ərizəsi müəyyən edilməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, təmin edilməsini xahiş etdi. Cavabdeh Mingəçevir şəhər Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki cavabdehijn nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, İşdə olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli 1062 saylı məktubdan görünür ki, Mingəçevir bələdiyyəsinin 19,03.2007-coi il tarixli 33 saylı iclas protokolunda vətəndaş Mehdizadə Qafarın torpağın qaytarılması ilə bağlı razılıq ərizəsi müəyyən edlməmişdir. Mingəçevir Bələdiyyəsinin 25 oktyabr 2006-cı il tarixli 27/4 № li qərarından görünür ki, X2 fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 m2 torpaq sahəsi verilmişdir. Mingəçevir bələdiyyəsinin 19 mart 2007-ci il tarixli 33 saylı ümumi yığıncağının protokoluna əsasən arxiv çıxarışından görünür ki, X1 Az Dres qəsəbəsi Yeni Həyat yaşayış massivindəki ərazisindən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış olan 500 m2 torpaq sahəsi barədə Mingəçevir bələdiyyəsinin 25 oktyabr 2006-cı il tarixli 27/4 saylı qərarı öz razılıq ərizəsi əsasında ləğv edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 fevral 2007-ci ildə ölmüşdür. Məhkəmə iddiaçının izahatını, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmamalı olmaması səbəbindən işə xitam verilməlidir. Belə ki, İddiaçı cavabdeh Mingəçevir şəhər Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, alqı-satqı müqaviləsi bir başa Mingəçevir bələdiyyəsi ilə həyata keçirilmiş bu səbəbdən inzibati orqanın adından həyata keçirilmiş hüquqi hərəkətlər barədə iddiaçı inzibati məhkəməyə müraciət etməlidir. Bu səbəbdən işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 1-ci maddəsinə uyğun olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqandır. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının bələdiyyələrin qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər təbiətinə və məzmununa görə inzibati-prosessual xarakter daşıdığından, inzibati məhkəmələrdə mübahisələndirilməlidir. İddiaçı Mingəçevir şəhər Bələdiyyəsinin qərarlarından şikayətinə dair səlahiyyətli məhkəməyə - müvafiq İnzibati Məhkəməyə müraciət etməsi izah edilməlidir. AR MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Mingəçevir şəhər Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçı səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar