Məhkəmə qərarları › İş №2(051)-2395/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2395/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2395/2022 20.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarına əsasən Qazax rayonunun Ürkməzli kəndi ərazisində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair JN-202F KOD 50107028 nömrəli şəhadətnamənin və Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarına əsasən Qazax rayonunun Ürkməzli kəndi ərazisində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair JN-202A KOD 50107028 nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarına əsasən Qazax rayonunun Ürkməzli kəndi ərazisində yerləşən, 0.17 ha həyətyanı torpaq sahəsi, JN-202F KOD 50107028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə və Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarına əsasən Qazax rayonunun Ürkməzli kəndi ərazisində yerləşən, 0.03 ha həyətyanı torpaq sahəsi JN-202A KOD 50107028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətinə verilmişdir. Qeyd olunan JN-202F KOD 50107028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-202A KOD 50107028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ata adı texniki səhv olaraq “Əhməd” kimi qeyd olunmuşdur. Halbuki, onun atasının adı Əmrahdır. Hazırda həmin torpaq sahələrinə dair çıxarış almaq istəyir, lakin bu texniki səhvin ucbatından ala bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçiyə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə ərizəçi məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını, maraqlı şəxs isə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iş həcminin çoxluğu ilə əlaqədar olaraq işdə iştirak edə bilməyəcəklərini bildirərək qanunamüvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə X3 ilə X1 birgə nikahından doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1939-cu il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İşdə olan Qazax rayonu İcra Hakimiyyəti Başçısının Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 11-21/598 və 11-21/599 saylı arayışlarından görünür ki, torpağa mülkiyyət hüququna dair JN-202F və JN-202A saylı şəhadətnamələrdə adı yazılan Ərizəçi Əhməd oğlu AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsində adı yazılan Ərizəçi ilə eyni adamdır. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-202A KOD 50107028 saylı şəhadətnamədən görünür ki, Qazax rayonu Aqrar İslahatlar Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.03 ha torpaq sahəsi Ərizəçi Əhməd oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-202F KOD 50107028 saylı şəhadətnamədən görünür ki, Qazax rayonu Aqrar İslahatlar Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə 0.17 ha torpaq sahəsi Ərizəçi Əhməd oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********98 saylı məktubundan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından, ərizəçiyə məhkəməyə müraciət etməsi bildirilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Qazax rayonunun Ürkməzli kəndi ərazisində yerləşən 0.17 ha və 0.03 ha həyətyanı torpaq sahələri ərizəçiyə Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarları ilə JN-202F KOD 50107028 saylı və JN-202A KOD 50107028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. Lakin həmin sənəddə Ərizəçi ata adı “Əmrah” olduğu halda, səhvən “Əhməd” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ata adı uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarları ilə JN-202F KOD 50107028 saylı və JN-202A KOD 50107028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ Ərizəçi məxsusdur, həmin sənəddə yazılmış “Ərizəçi Əhməd oğlu” nun adı “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarları ilə JN-202F KOD 50107028 saylı və JN-202A KOD 50107028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarları ilə JN-202F KOD 50107028 saylı və JN-202A KOD 50107028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin özünə məxsus olması faktını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarları ilə JN-202F KOD 50107028 saylı və JN-202A KOD 50107028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar