Məhkəmə qərarları › İş №2(051)-2443/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2443/2023

04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2443/2023 04.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi Bəkirova (Əhmədova) Aygül Duman qızının iştirakı ilə Ərizəçilər Ərizəçi1 Knyaz qızı, Bəkirova (Əhmədova) Aygül Duman qızı və Ərizəçi3 (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 Knyaz qızı, Bəkirova (Əhmədova) Aygül Duman qızı və Ərizəçi3 (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-493F seriyalı, şəhadətnamənin Ərizəçi3 və Bəkirova (Əhmədova) Aygül Duman qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 199 saylı sərəncamı ilə onların ailəyə ünvan 1 ünvanda yerləşən ərazidə 0,13 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi ilə əlaqədar onların mülkiyyətinə verilmiş ailə başcısı onun həyat yoldaşı X12 olmaqla onun qardaşı BəkirovTelman Aslan oğlu, Ərizəçi1 Knyaz qızı, X9, X13 və X1 adına keçmiş DTXK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən JN-493 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Ailə başcısı X12 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, şəhadətnamənin digər subyektlər siyahısında göstərilən X10 və Ərizəçi3 adları ilə şəxsiyyət vəsiqələrində Bəkirova (Əhmədova) Aygül Duman qızı və Ərizəçi3 adları arasında uyğunsuzluq olmuşdur. Bu barədə 17 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etməklərinə baxmayaraq onlara hüquqmüəyyənedici sənədlərdə göstərilən ad, ata adı düz gəlmədiyi halda həmin sənədlərin bu şəxslərə məxsus olması faktının məhkəməyə aid olduğu izah edilmişdir. Hal-hazırda həmin şəhadətnamədə Ərizəçi3 ata adı qeyd edilməmiş, Bəkirova (Əhmədova) Aygül Duman qızının adı isə Aygün kimi qeyd edilmişdir. Hazırda həmin şəhadətnamənin Ərizəçi3 və Bəkirova (Əhmədova) Aygül Duman qızına aid olmasına dair məhkəmə qətnaməsinə ehtiyac vardır. Buna görə də məhkəməyə müraciət etməli olmuşlar. Sonradan ərizəçi tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək Bəkirova (Əhmədova) Aygül Duman qızı və Ərizəçi3 (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-493F seriyalı, şəhadətnamənin Ərizəçi3 və Bəkirova (Əhmədova) Aygül Duman qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Bəkirova (Əhmədova) məhkəmə iclası zamanı, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi3 və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə ərizəçi və maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 5-21-3-35/2-B 0032-8P023 saylı məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin müddəalarına əsasən Mingəçevir şəhərində 1-ci Günəş döngəsi 25 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ərizənin icrasından imtina edilmişdir. İşdə olan Ərizəçi3 məxsus doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1967-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşin materiallarında olan X4 məxsus doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1991-ci il tarixdə mingəçevir şəhərində doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X1 nikahı 17 aprel 2012-ci il tarixdə 102 nömrəli nikah qeydi ilə Mingəçevir şəhər Nikah evində qeydə alınmışdır. İşin materiallarında olan Mingəçevir regional “ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-lİ № 056379 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşin materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-493F seriyalı, KOD- 90200002 saylı şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-ci il tarixli sərəncamı ilə X7, Ərizəçi1 Knyaz qızına X5 X8 və X6 Mingəçevir şəhərində yerləşən 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İş materiallarında olan MKT İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli 664 nömrəli arayışdan görünür ki, Bəkirova X3 şəhəri Günəş küçəsi 7 nömrəli evdə ailə üzvləri X9, X13 və X11 ilə birlikdə yaşayır. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-165/8-15-335-23 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1956-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş X12 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlamaya əsasən arvadı Ərizəçi1, qızı X10, oğlu X13 və oğlu X9 müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0.13 ha torpaq sahəsi ərizəçi və digər şəxslərə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-493F seriyalı, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. Lakin həmin sənəddə Ərizəçi3 ata adı qeyd edilməmiş, digər ərizəçi X1 isə adı səhvən “Aygün” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-493F KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ ərizəçiyə məxsusdur, həmin sənəddə yazılmış Ərizəçi3 adı “Ərizəçi3 Duman oğlu”, X2 adı isə “X10” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-493FA seriyalı, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı JN-493F seriyalı, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən şəxslər ərizəçilərə, yəni Bəkirova (Əhmədova) Aygül Duman qızına və Ərizəçi3 Duman oğluna məxsus olmasını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Odur ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının JN-493F seriyalı, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Bəkirova (Əhmədova) Aygül Duman qızına və Ərizəçi3 Duman oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar