Məhkəmə qərarları › İş №2(051)-2479/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2479/2023

25.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2479/2023 25.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 102/Ş saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.1988-ci il tarixdən "xxxx" ASC sistemində, xx.xx.1993-cü il tarixdən isə "xxxx" MMC-də işləmişdir. İşlədiyi müddət ərzində qayda qanuna əməl etmiş, verilən tapşırıqları vaxtından əvvəl yerinə yetirmişdir. Heç bir töhmət, xəbərdarlıq almamışdır. 2019-cu ildə “Fəxri Fərman”la mükafatlandırılmışdır. 1941-1945-ci illər X27 iştirakçısının övladıdır. "xxxx" MMC onu 31 may 2023-cü il tarixdə ştatların ixtisarı ilə qanunsuz yolla işdən çıxarmışdır. İşə qəbul olunduğu gündən demək olar ki, əksərən məsuliyyətli işlər ona həvalə olunmuşdur. Məsələn: Bakıdan gələn komissiyalarla gecə saat 2-yə kimi işdən sonra saxlanaraq o tam təmənnasız işləmişdir, HİK-lə, hüquqşünasla, HMD-lə, YMH-lə, stansiyaya gələn podratçı kənar təşkilatlarla və s. Bütün bunların əvəzi olaraq onun 31 illik əməyinə adi bir sex rəisinin yalan məlumatı (çünki hal-hazırda həm 7 saylı enerji blokunda, həm də 500 kv-luq APQ-də işlər davam etməkdədir) və onun əsasında HİK-nin (hansı ki, 1993-cü ildən indiyədək bütün işlərini o görmüşdür və hətta tam təmənnasız olaraq) xx.xx.2023-cü il tarixli 06 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1-ci hissəsinin, 77-80, 83 və 84-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı və ya ştatların ixtisar edilməsi adı altında onu müdiriyyət işdən çıxarmışdır. Zaqafqaziyada ən böyük elektrik stansiyası olan həmin "xxxx" MMC tikilməyə başlananda 2400 MVA gücündə və hər MVA-ya 1 nəfər həcmində hesablanıb tikilib. Hal-hazırda stansiya avtomatlaşdırılmasına baxmayaraq, 3000 nəfərdən artıq insana əmək haqqı vermək iqtidarındadır. Həm maaş, həm pensiya alanlar işdə saxlanıldığı halda, 31 il kompüterdə işləyən bir işçinin kompüter əsrində işdən çıxarılması nə dərəcədə doğrudur? İşləyən qadınlar üçün yaş məhdudiyyəti 65 yaş olduğu halda bunlar 63 yaşlı qadını nəyin əsasında işdən azad ediblər, hələ də bilmir. Onlar istehsalçı olduqları üçün onlarda yaş məhdudiyyəti yoxdur. Çox xahiş etmişdir ki, heç olmasa kreditlərini ödəsin. Ailəsində işləyən tək o idi. Həyat yoldaşı 2-ci qrup əlildir (beyin iflici, onurğasından əməliyyat olunub, əlilliyi bununla təyin edilmişdir, sol ayağı işləmir, sol gözü görmür, şəkər xəstəsidir), 2021-ci ilin noyabr ayından pensiyasını kəsiblər, 2022-ci ilin may ayında 180 (bir yüz səksən) manat sosial pensiya vermişlər. 2 əlil nəvəsi var, valideynləri işləmir (biri serebral iflicdir, biri epilepsiyalıdır). İşləməyinə arxayın olub onların müalicəsi üçün kredit götürmüşdür. Hal-hazırda kreditləri yığılıb qalıb. Çıxış yolu tapmır. Müdiriyyət onu əmək qanunvericiliyinin tələblərini pozmaqla işdən çıxarmışdır. İşdən çıxarılma əmrini poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə almışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etmədi və təmsil etdiyi hüquqi şəxsin adından göstərdi ki, o, "xxxx" MMC-də “Aparıcı hüquqşünas” vəzifəsində işləyir. Onun vəzifəsi müəssisəni dövlət orqanlarında, o cümlədən məhkəmədə təmsil edərək müəssisənin mənafeyini qanunla müəyyən edilmiş üsul və vasitələrdən istifadə etməklə müdafiə etmək və sairdən ibarətdir. İddiaçı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsində iddia tələbini əsaslandırmaq üçün göstərdiyi dəlillər mülahizə xarakterli olmaqla formal xarakter daşıyır və işin faktiki halları ilə təkzib edilir, çünki əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsində əmək müqaviləsinə "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 102/Ş saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsinin qanunsuz olmasını əsaslandırarkən heç bir dəlil və əsas, həmçinin qanun pozuntusunun hansı formada olmasını göstərməyərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi ilə heç bir səbəbli əlaqəsi olmayan əmək fəaliyyəti barədə müxtəlif epizodik məlumatlar, işdən sonra saxlanılaraq işləməsini və "xxxx" MMC-nin 7-ci enerji blokunda və 500 kv-luq APQ-də işlərin davam etməsini göstərməklə kifayətlənmişdir. İddiaçının işdən sonra saxlanılaraq işlədilməsi ilə əlaqədar bildirir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-07- 219 nömrəli arayışına əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin sabiq işçisi İddiaçı işlədiyi müddətdə artıq işə cəlb olunması barədə əmr qeydiyyata alınmamışdır. İş vaxtından artıq iş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən İşəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır. Bundan əlavə iddiaçının iddia ərizəsində "xxxx" MMC-nin 7 saylı enerji blokunda və 500 kv-luq APQ-də işlərin davam etməsi ilə əlaqədar iddiasına dair qeyd edir ki, "xxxx" MMC-nin 07-133 nömrəli xx.xx.2023cü il tarixli arayışına əsasən müəyyən olunur ki, göstərilən sahələrdə işlər müqavilə əsasında başqa şirkətlər tərəfindən aparılır və müvafiq sənədləşmə işləri də həmin şirkətin işçiləri tərəfindən aparılır. Eyni zamanda iddiaçı ərizəsində əmək müqaviləsinə xitam verilməsini pensiyaya çıxması ilə əlaqələndirmişdir ki, İddiaçı şəxsi işində toplanmış sənədlərə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən müəyyən olunur ki, o xx.xx.1960-cı ildə anadan olmuşdur və xx.xx.2023-cü ildə onun 63 yaşı tamam olduğu üçün hazırda qüvvədə olan Pensiya qanununa əsasən müvafiq dövlət orqanı tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 3 saylı X29 Filialının şöbə müdiri E.R.Böyükkişiyevin imzası ilə olan xx.xx.2023-cü il tarixli 9-17- 1/2- 129445/20 nömrəli məktub ilə ona həqiqətən pensiya təyin edilməsi təsdiq olunmuşdur. Ancaq İddiaçı pensiyaya çıxması ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi arasında heç bir səbəbli əlaqə olması müəyyən edilməmişdir. Həmçinin İddiaçı şəxsi işində toplanmış sənədlərə əsasən onun əmək müqaviləsinə, onun işlədiyi ştata istehsalat zərurətinin aradan qalxması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b" bəndinə əsasən xitam verilməsi müəyyən edilmişdir. "xxxx" MMC-nin sabiq baş mühəndisi A.Süleymanlı 17.01,2023-cü il tarixdə ümumi şöbədə 187 nömrə ilə qeydiyyata alınmış təqdimatda göstərmişdir ki, "xxxx" MMC-də “Reabilitasiya proqramı” çərçivəsində aparılan yenidənqurma zamanı avadanlıqlar yenilənmişdir ki, yeni tətbiq olunan avadanlıqların avtomatik rejimdə işləməsi, habelə ayrı-ayrı sex və sahələrdə aparılan texnoloji proseslərin avtomatlaşdırılması və aparılan struktur islahatları ilə əlaqədar stansiyanın müxtəlif strukturlarında paralel fəaliyyət sahələrinin yaranması ilə, habelə hal-hazırda stansiyanın tam gücü ilə işləməməsi nəticəsində işçilər arasında boş dayanma halları baş verir. Ona görə də stansiyanın maliyyə-təsərrüfat fəaliyyətinin yüksəldilməsi məqsədilə stansiyanın sex və sahələrində istehsalat zərurəti olmayan ştat vahidlərinin və həmin ştatlarda işləyən işçilərin müəyyən edilməsinin, habelə ixtisar edilməsinin mümkünlüyünü səlahiyyətli mütəxəssislərdən ibarət komissiyada müzakirə olunmaqla qərar qəbul edilməsini təklif etmişdir. "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsini, istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslanmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2023-cü il tarixli 17/Ş nömrəli Əmr verilmişdir. Mütəxəssislərdən ibarət komissiyanın xx.xx.2023-cü il tarixli 02 nömrəli iclas protokoluna əsasən müəyyən olunur ki, komissiyanın qeyd edilən tarixdə keçirilən iclasında Elektrik sexində istehsalat zərurəti olmayan ştatların və həmin ştatlarda çalışan ixtisara düşəcək işçilər, o cümlədən “mütəxəssis” ştatına istehsalat zərurəti olmadığı və həmin ştatda çalışan İddiaçı ixtisara düşməsi müzakirə edillib qərar qəbul edilərək rəhbərliyə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsində işəgötürənin əsas hüquqları müəyyən edilmişdir ki, həmin maddənin “ə” bəndinə əsasən bu məcəllənin və digər normativ-hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsi ilə işəgötürənin əsas vəzifələri və məsuliyyəti müəyyən olunmuşdur ki, həmin maddənin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifəsi müəyyən edilmişdir. Ona görə də "xxxx" MMC-nin direktoru komissiyanın xx.xx.2023-cü il tarixli 02 nömrəli iclas protokoluna əsasən Elektrik sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında xx.xx.2023cü il tarixli 17/Ş nömrəli əmr vermişdir ki, həmin əmrin 1.13 bəndinə əsasən “mütəxəssis” 01 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilməsi müəyyən edilmişdir və əmrin 3-cü bəndində Kadrlar şöbəsinə ixtisar olunacaq işçilərə dair əmək qanunvericiliyinə uyğun olaraq tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən X4 10 ildən çox əmək stajı olduğu nəzərə alınaraq əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəl xx.xx.2023-cü il tarixli 13-9/100/01-07-11 qeydiyyat nömrəli xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda İddiaçı çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində İddiaçı əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin, İddiaçı ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Xəbərdarlıq sifarişlə xx.xx.2023-cü il tarixdə X4 qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. Xəbərnaməyə əsasən müəyyən olunur ki, məktub ünvanına çatmışdır. Eyni zamanda İddiaçı şəxsi işində olan sənədlərə əsasən müəyyən olunur ki, Elektrik sexinin rəisi B.Mehdiyev xx.xx.2023-cü il tarixdə məlumat yazaraq 7 saylı enerji blokunda və 500 kv-luq APQ-də modernizasiya ilə əlaqədar aparılan işlərin sənədləşdirilməsi məqsədilə mütəxəssis İddiaçı xəbərdarlıq müddətinin həmin işlər başa çatana qədər uzadılmasına icazə verilməsini xahiş etmişdir. Ona görə də İddiaçı xəbərdarlıq müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. "xxxx" MMC-nin direktoru tərəfindən "xxxx" MMC-nin Elektrik sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında xx.xx.2023-cü il tarixdə 13-9/100/01-07-18 nömrəli təqdimat sənədlərlə birlikdə "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri cənab Seymur Həsənova göndərilmişdir. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 04 nömrəli protokoluna əsasən müəyyən olunur ki, Elektrik sexinin mütəxəssisi 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunmasına razılıq verilmişdir. Eyni zamanda şəxsi işində olan sənədlərə əsasən müəyyən olunur ki, X14 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına daxil deyildir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsi ilə işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər siyahısına daxil deyildir. Həmçinin ixtisar prosesi zamanı İddiaçı işə düzəlməsi ilə əlaqədar hallar araşdırılmışdır, ancaq stansiyada onun ixtisasına və əvvəllər işlədiyi vəzifələrə uyğun iş yeri olmadığı üçün ona iş təklif edilməsi mümkün olmamışdır. Bu barədə ona xx.xx.2023-cü il tarixdə verilmiş rəsmi xəbərdarlıq vərəqinin 8-ci abzasında rəsmi qaydada məlumat verilmişdir. Odur ki, X14 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə 102/Ş nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71-ci maddənin 1-ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, hazırda "xxxx" MMC-də, o cümlədən Elektrik sexində “mütəxəssis” ştatı mövcud deyildir. Azərbaycan İES” MMC-nin xx.xx.2023-cu il tarixli 13- 9/100/01-04-216 nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə son haqq-hesab və işdənçıxma müavinəti olaraq cəmi 2219.23 manat ödənilmişdir. İddiaçı iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə işəgötürənin xx.xx.2023-cü il tarixli 102/Ş saylı əmri ilə onun əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən və həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin ixtisarla əlaqədar maddələrinin tələblərinin hər hansı formada pozulmasını təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, sənədlərlə təsdiq olunur ki, iddiaçı X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 102/Ş saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsi qanuni və əsaslıdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, "xxxx" MMC HİK-nin sədridir. "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma zamanı sex və sahələrdə yeni texnika və texnologiyanın tətbiqi həyata keçirilmişdir ki, bununla da stansiyanın müxtəlif sex və sahələrində texnoloji proseslər avtomatlaşdırılmış, struktur dəyişikliyinə əsasən paralel fəaliyyət sahələri yaranmışdır. Odur ki, stansiyanın maliyyə - təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə, həmçinin istehsalat təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsinin, habelə stansiyanın fasiləsiz iş rejimini, stansiyada hazırda istismar olunan avadanlıqların istismar təlimatlarına uyğun istismarını, eyni zamanda işçilərin təhlükəsiz şəraitdə işləmələrini, habelə mövcud şəraitdə istehsalat zərurəti olmayan ştat vahidlərinin və həmin ştatlarda çalışan işçilərin müəyyən edilməsini, həmçinin "xxxx" MMC üzrə verilmiş xx.xx.2023-cü il tarixli 17/Ş nömrəli daxili əmrin icrasını və ixtisarların obyektivliyini və qərəzsizliyini təmin etmək məqsədi ilə AR Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinin tələblərinə riayət etməklə səlahiyyətli, ixtisaslı mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Həmin komissiyanın xx.xx.2023-cü il tarixli iclasında Elektrik sexinin rəisi B.C.Mehdiyevin təqdimatı müzakirə olunaraq sexdə adları göstərilən ştatlara istehsalat zəruriyyəti olmadığı və həmin ştatlarda çalışan işçilərin ixtisar edilməsinin mümkünlüyü barədə qərar qəbul olunmuşdur. Komissiyanın xx.xx.2023cü il tarixli 02 saylı protokolunun qərarını və AR ƏM-in 11-ci maddəsinin “ə” bəndinin tələblərini rəhbər tutaraq müəssisə rəhbərliyi xx.xx.2023-cü il tarixli 24/Ş saylı əmrlə təmir heyəti - kabel və qaldırıcı mexanizmlər təsərrüfatlarına xidmət və təmir edən briqada kabel xətlərini quraşdıran və təmir edən elektrik montyoru 1 ştat vahidi və həmin ştatda çalışan X12, təmir heyəti-işıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqada - usta İ qrup 1 ştat vahidi və həmin ştatda çalışan X21, təmir heyəti - yağ təsərrüfatı sahəsinin avadanlıqlarına xidmət və təmir edən briqada - təmirçi çilingər 1 ştat vahidi və həmin ştatda çalışan X22, təmir heyəti - yağ təsərrüfatı sahəsinin avadanlıqlarına xidmət və təmir edən briqada - təmirçi çilingər 1 ştat vahidi və həmin ştatda çalışan X26, rele mühafizəsi və avtomatika xidməti- mühəndis 1 ştat vahidi və həmin ştatda çalışan X23, rele mühafizəsi və avtomatika xidməti - usta İ qrup 1 ştat vahidi və həmin ştatda çalışan X28, rele mühafizəsi və avtomatika xidməti - mühəndis 1 ştat vahidi və həmin ştatda çalışan X16, rabitə qrupu - mühəndis 1 ştat vahidi və həmin ştatda çalışan X24, rabitə qrupu - dispeçer avadanlığı və teleavtomatikanın elektrik montyoru 1 ştat vahidi və həmin ştatda çalışan X2, mütəxəssis 1 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar olunmasına dair əmr vermişdir. Göstərilən ixtisarlar Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməklə aparılmış, ixtisara düşəcək işçilərin sosial vəziyyətləri öyrənilmiş, həmçinin hazırda müəssisədə həmin şəxslərin ixtisaslarına və eləcə də əvvəllər işlədikləri ixtisaslara uyğun iş yerləri olmadığı bildirməklə onlara AR ƏMin 77-ci maddəsində nəzərdə tutulan bütün təminatlar yerinə yetirilmiş, həmin şəxslərin iş stajından asılı olaraq onların hər birinə qanuna müvafiq xəbərdarlıq müddəti müəyyən edilərək xəbərdarlıqlar vaxtında rəsmi qaydada verilmiş, həmin şəxslərin iş axtarması üçün əmək haqqı saxlanılmaqla həftədə bir iş günü icazə verilmişdir. Həmçinin həmin şəxslərə AR ƏM-in 77-ci maddəsində nəzərdə tutulan digər təminatları da xəbərdarlıq vərəqində izah edilmişdir. Aparılan ixtisarlar həqiqətən istehsalat zərurətindən doğmuş, habelə Əmək Məcəlləsinin tələblərinə uyğun obyektiv və qərəzsiz aparılmışdır. Həmçinin ixtisar zamanı AR ƏM-in 78 və 79-cu maddələrinin tələblərinə riayət olunduğu müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə şahid ifadəsinə və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" MMC-nin direktorunun 102/Ş saylı xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilmişdir. İşdə olan "xxxx" MMC-nin direktoru X17 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 03 (üç) ay müddətinə bağlanmışdır. İddiaçı mütəxəssis vəzifəsi üzrə əmək haqqı 237 manat göstərilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, işçinin aylıq əmək haqqının məbləği 265.44 manat göstərilmişdir. İşdə olan əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatların surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə bağlanmış 36 nömrəli əmək müqaviləsinin 8.2 bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər, əlavələr edilmişdir. "xxxx" MMC üzrə verilmiş xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixdən aylıq əmək haqqı 265 manat, əlavə əmək haqqı 31.80 manat ödənilməsi, "xxxx" MMC üzrə verilmiş xx.xx.2018-ci il tarixli əmrə əsasən 01 noyabr 2018-ci il tarixdən aylıq əmək haqqı 480 manat, əlavə əmək haqqı 57.60 manat ödənilməsi, "xxxx" MMC üzrə verilmiş xx.xx.2020-ci il tarixli əmrə əsasən xx.xx.2020-ci il tarixdən aylıq əmək haqqı 540 manat, əlavə əmək haqqı 64.80 manat ödənilməsi göstərilmişdir. İşdə olan baş mühəndis tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma zamanı avadanlıqlar yenilənmişdir ki, yeni tətbiq olunan avadanlıqların avtomatik rejimdə işləməsi, habelə, ayrı-ayrı sex və sahələrdə aparılan texnoloji proseslərin avtomatlaşdırılması və aparılan struktur islahatları ilə əlaqədar stansiyanın müxtəlif strukturlarında paralel fəaliyyət sahələrinin yaranması ilə, habelə hal-hazırda stansiyanın tam gücü ilə işləməməsi nəticəsində, həmçinin iş həcminin azalması səbəbindən işçilər arasında boşdayanma halları baş verir. Ona görə də stansiyanın maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə stansiyanın sex və sahələrində istehsalat zəruriyyəti olmayan ştat vahidlərinin və həmin ştatlarda işləyən işçilərin müəyyən edilməsinin və ixtisar edilməsinin mümkünlüyünün səlahiyyətli mütəxəssislərdən ibarət komissiyada müzakirə olunmasını və qərar qəbul edilməsini təklif etmişdir. İşdə olan "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 17/Ş nömrəli əmrdən görünür ki, "xxxx" MMC-də yeni texnika və texnologiyaların tətbiqini, yeni tətbiq olunan avadanlıqların avtomatik rejimdə işləməsini, habelə ayrı-ayrı sex və sahələrdə aparılan texoloji proseslərin avtomatlaşdırılmasını nəzərə alaraq, stansiyada istismar olunan avadanlıqların istismar təlimatlarını, fasiləsiz iş rejimini, həmçinin əməyin təhlükəsizliyini, texniki təhlükəsizliyi və yanğın təhlükəsizliyini, elektrik enerji istehsalının digər vacib xüsusiyyətləri nəzərə alınmaqla, habelə, obyektivliyi təmin etmək üçün sex və sahələrdə istehsalat zəruriyyəti olmayan ştat vahidlərinin və həmin ştatlarda çalışan ixtisara düşəcək işçilərin müəyyən edilməsi və qeyd edilən təqdimatın müzakirəsi əsasında əsaslandırılmış qərar qəbul edilməsi üçün ixtisaslı və səlahiyyətli mütəxəssislərdən ibarət komissiya yaradılması əmr edilmişdir. İşdə olan "xxxx" MMC-də maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, işçilərin boşdayanma hallarının qarşısını almaq məqsədi ilə stansiyanın sex və sahələrində istehsalat zəruriyyəti olmayan ştat vahidlərinin və həmin ştatlarda çalışan işçilərin müəyyən edilərək ixtisar edilməsinin mümkünlüyünün müəyyən edilməsi üçün yaradılmış komissiyanın xx.xx.2023-cü il tarixli 02 nömrəli iclas protokolundan görünür ki, Elektrik sexində mövcud ştatları mütəxəssislərdən ibarət komissiyanın qərarı ilə müəyyən olunmuş mütəxəssis (ödəmə dərəcəsi-7) 1 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ştat vahidin ixtisar edilməsi və qərarın direktora təqdim edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 24/Ş saylı əmrindən görünür ki, "xxxx" MMC-də yeni tətbiq olunmuş texnika və texnologiyaların tətbiqi ilə əlaqədar stansiyanın maliyyə - təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, işçilər arasında boşdayanma hallarının qarşısının alınması məqsədi ilə, istehsalat zəruriyyəti olmayan təmir heyəti - kabel və qaldırıcı mexanizmlər təsərrüfatlarına xidmət və təmir edən briqada - kabel xətlərini quraşdıran və təmir edən elektrik montyoru (ödəmə dərəcəsi-4) 1 ştat vahidi və həmin ştatda çalışan X12, təmir heyəti - kabel və qaldırıcı mexanizmlər təsərrüfatlarına xidmət və təmir edən briqada – liftçi (ödəmə dərəcəsi-3) 1 ştat vahidi və həmin ştatda çalışan X18, təmir heyəti - işıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqada - usta İ qrup (ödəmə dərəcəsi-10) 1 ştat vahidi və həmin ştatda çalışan X21, təmir heyəti - yağ təsərrüfatı sahəsinin avadanlıqlarına xidmət və təmir edən briqada - təmirçi çilingər (ödəmə dərəcəsi- 6) 1 ştat vahidi və həmin ştatda çalışan X22, təmir heyəti - yağ təsərrüfatı sahəsinin avadanlıqlarına xidmət və təmir edən briqada - təmirçi çilingər (ödəmə dərəcəsi-6) 1 ştat vahidi və həmin ştatda çalışan X26, rele mühafizəsi və avtomatika xidməti- mühəndis (ödəmə dərəcəsi-9) 1 ştat vahidi və həmin ştatda çalışan X25, rele mühafizəsi və avtomatika xidməti- mühəndis (ödəmə dərəcəsi-9) 1 ştat vahidi və həmin ştatda çalışan X23, rele mühafizəsi və avtomatika xidməti - usta İ qrup (ödəmə dərəcəsi-10) 1 ştat vahidi və həmin ştatda çalışan X28, rele mühafizəsi və avtomatika xidməti - mühəndis (ödəmə dərəcəsi-9) 1 ştat vahidi və həmin ştatda çalışan X16, rabitə qrupu – usta İİ qrup (ödəmə dərəcəsi-8) 1 ştat vahidi və həmin ştatda çalışan X19, rabitə qrupu - mühəndis (ödəmə dərəcəsi-9) 1 ştat vahidi və həmin ştatda çalışan X24, rabitə qrupu - dispeçer avadanlığı və teleavtomatikanın elektrik montyoru (ödəmə dərəcəsi-6) 1 ştat vahidi və həmin ştatda çalışan X2, mütəxəssis (ödəmə dərəcəsi-7) 1 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilməsi əmr edilmişdir. İşdə olan "xxxx" MMC-nin direktoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin 18 yanvar 2023-cü tarixli 17/Ş nömrəli əmri ilə istehsalat zəruriyyəti olmayan ştatların və həmin ştatlarda çalışan işçilərin ixtisar edilməsi ilə əlaqədar, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam veriləcəyi onun nəzərinə çatdırılmışdır. İddiaçı xx.xx.1993-cü il tarixdən müəssisədə işlədiyini nəzərə alaraq, yəni on ildən çox əmək stajı olduğu üçün orta aylıq əmək haqqının azı iki misli miqdarında işdənçıxma müavinəti ödəniləcəyi, ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsi imkan xaricində olması göstərilmişdir. İşdə olan Elektrik sexinin rəisi Bəxtiyar Mehdiyev tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, 7 saylı enerji blokunda aparılan modernizasiya ilə əlaqədar, həmçinin APQ 500 kv ərazisində yenidənqurma işlərinin aparılması zamanı işlərin aktlaşdırılması məqsədilə sexin mütəxəssisi İddiaçı xəbərdarlıq müddətinin həmin işlər başa çatana qədər uzadılmasına icazə verilməsini xahiş etmişdir. İşdə olan "xxxx" MMC-nin direktoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Elektrik sexinin rəisi Bəxtiyar Mehdiyevin xx.xx.2023-cü il tarixli 1817 qeydiyyat nömrəli məlumatı nəzərə alınaraq İddiaçı verilən xəbərdarlıq müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Ona görə də İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam veriləcəyi göstərilmişdir. İşdə olan "xxxx" MMC Həmkarlar İttifaqı Komitəsi iclasının xx.xx.2023-cü il tarixli 06 nömrəli protokolundan görünür ki, işəgötürənin xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin HİK-nə ünvanladığı təqdimatlara və təqdimatlara əlavə edilmiş əsaslandırıcı sənədlərə əsasən istehsalat zərurəti olmadığı müəyyən olunmuş ştatların və həmin ştatlarda çalışan təmir heyəti - kabel və qaldırıcı mexanizmlər təsərrüfatlarına xidmət və təmir edən briqada - kabel xətlərini quraşdıran və təmir edən elektrik montyoru 1 ştat vahidi və həmin ştatda çalışan X3, təmir heyəti - işıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqada - usta İ qrup 1 ştat vahidi və həmin ştatda çalışan X7, təmir heyəti - yağ təsərrüfatı sahəsinin avadanlıqlarına xidmət və təmir edən briqada təmirçi çilingər 1 ştat vahidi və həmin ştatda çalışan X8, təmir heyəti - yağ təsərrüfatı sahəsinin avadanlıqlarına xidmət və təmir edən briqada - təmirçi çilingər 1 ştat vahidi və həmin ştatda çalışan X13, rele mühafizəsi və avtomatika xidməti- mühəndis 1 ştat vahidi və həmin ştatda çalışan X9, rele mühafizəsi və avtomatika xidməti - usta İ qrup 1 ştat vahidi və həmin ştatda çalışan X20, rele mühafizəsi və avtomatika xidməti - mühəndis 1 ştat vahidi və həmin ştatda çalışan X5, rabitə qrupu - mühəndis 1 ştat vahidi və həmin ştatda çalışan X10, rabitə qrupu - dispeçer avadanlığı və teleavtomatikanın elektrik montyoru 1 ştat vahidi və həmin ştatda çalışan X1, mütəxəssis 1 ştat vahidi və həmin ştatda çalışan İddiaçı "xxxx" MMC-nin direktoru ilə bağlamış olduqları əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşdə olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli “Turniket kartının, buraxılış vəsiqəsinin təhvil verilməsi və işdən çıxmaq üçün qeydiyyat vərəqəsinə imza etmək üçün təkrar dəvət edilməsi və "xxxx" MMC üzrə verilmiş 102/Ş nömrəli 31.05 2023-cü ıl tarixli əmrin nüsxəsinin göndərilməsi" haqqında məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə 31 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) 71-ci maddənin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilmişdir. Odur ki, işdən çıxdığına görə xx.xx.2022-ci il tarixdə təqaüdə çıxmağı ilə əlaqədar götürdüyü əmək kitabçasını qeydiyyat aparılması üçün Kadrlar şöbəsinə təqdim etməsi təklif edilmiş və qeydiyyat vərəqəsinə imza etmək üçün, müəssisə tərəfindən ona verilən turniket kartını və buraxılış vəsiqəsini təhvil verməyinə görə “Azərbaycan İES" MMC-yə gəlməyi təkrarən İddiaçı xahiş etmişlər. “Azərbaycan İES’ MMC üzrə verilmiş 102/Ş nömrəli xx.xx.2023-cü il tarixli əmrin surətinin bir nüsxəsi ona göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin Elektrik sexinin, Ümumi heyətinin, mütəxəssisi İddiaçı xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməsi ilə əlaqədar əmrlə tanış olmaq üçün xx.xx.2023-cü il tarixdə Kadrlar şöbəsinə dəvət edilmişdir. İddiaçı ixtisar ilə əlaqədar ixtisar olunmasına etirazını bildirərək əmri oxuyub imza etməkdən, əmrin nüsxəsini götürməkdən və müəssisə tərəfindən ona verilən turniket giriş kartını, buraxılış vəsiqəsini təhvil verməkdən imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-nin direktorunun 102/Ş saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 3 saylı X29 Filialı tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış 07 iyun 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 342.74 manat məbləğində yaşa görə əmək pensiyası alır. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin sabiq işçisi İddiaçı 2023-cü ilin may ayında 102/Ş saylı, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı may ayı əmək haqqı 578.57 manat, 11 təqvim günü son haqq-hesab 236.66 manat, orta aylıq əmək haqqının 02 misli miqdarında işdənçıxma müavinəti 1404.00 manat, cəmi 2219.23 manat tam ödənilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" MMCdə, o cümlədən "xxxx" MMC-nin struktur vahidi sayılan Elektrik sexində hal-hazırda “Mütəxəssis” ştatı mövcud deyildir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" MMCnin Elektrik sexində yalnız bir ştat vahidi sayında “Mütəxəssis” ştatı mövcud olmuşdur. Həmin ştatda da tək İddiaçı işləmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin sabiq işçisi İddiaçı işlədiyi müddətdə artıq iş saatlarında işə cəlb olunması barədə əmr qeydiyyata alınmamışdır. İşdə olan "Azərbaycan İES” MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" MMC-nin sabiq işçisi İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsində 500 kv APQ-də və 7 saylı enerji blokunda aparılan işlərin davam etməsi ilə əlaqədar bildirilmişdir ki, qeyd edilən sahələrdə işlər müqavilə əsasında başqa şirkət tərəfindən həyata keçirilir və müvafiq sənədləşmə işləri də həmin şirkətin işçiləri tərəfindən aparılır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı 1993-cü il yanvar ayından "xxxx" MMC-də işləmişdir. İddiaçı həmin müəssisədə hazırkı əmək mübahisəsinin yaranmasına səbəb olan, mütəxəssis vəzifəsi üzrə işləmişdir. "xxxx" MMC-nin direktorunun əmri ilə stansiyanın maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə stansiyanın sex və sahələrində istehsalat zərurəti olmayan ştat vahidlərinin və həmin ştatlarda çalışan ixtisara düşəcək işçilərin müəyyən edilməsi barədə əsaslandırılmış qərar qəbul edilməsi üçün ixtisaslı və səlahiyyətli mütəxəssislərdən ibarət komissiya yaradılmış, həmin komissiyanın qərarı və müəssisə Həmkarlar ittifaqı komitəsinin razılığı əsasında, xəbərdarlıq müddəti gözlənilməklə, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71-ci maddənin 1-ci hissəsinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, cavabdeh tərəfin dəvət etdiyi və məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxsin ifadəsinin iş üçün əhəmiyyəti olan hallara aid olub-olmamasının müəyyən edilməsi üçün həmin şahid ifadəsinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu halında qiymət verilməlidir. Doğrudur, cavabdeh tərəfin dəvət etdiyi şahid hazırda cavabdeh tərəfin rəhbərlik etdiyi müəssisədə işlədiyinə görə xidməti asılılıq münasibətlərinin təsiri altında ifadə vermişdir. Ona baxmayaraq, məhkəmə həmin şahidin ifadəsinin doğruluğunu tamamilə şübhə altına almır. Belə ki, həmin şahid "xxxx" MMC-də X6 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın üzvü olmuşdur və 06 №-li xx.xx.2023-cü il tarixli iclasda iştirak etmişdir. Məhkəmə iclası zamanı da şahid həmin iclasda müzakirə edilmiş və protokolda qeyd edilmiş məsələlərlə bağlı ifadə vermişdir. Şahid ifadəsi ilə qeyd olunan rəsmi sənədlər arasında ziddiyyət olmamışdır. Ona görə də məhkəmə cavabdeh tərəfin təqdim etdiyi şahid ifadəsini sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Həmin Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarındandır. Həmin Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, şəhid ailəsinin üzvü olan, müharibə iştirakçısı olan, əsgər və zabit arvadı (əri) olan, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan və məcburi köçkün onlara bərabər tutulan şəxsin və qaçqın statusu olan, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin, həmçinin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə və həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatı ixtisar edilməsi əsası ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən qanunvericilik ilə müəyyən edilmiş qaydada və müddətdə iddiaçını rəsmi qaydada xəbərdar etmiş, həmkarlar istifaqı təşkilatının razılığını almış, ididaçıya əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanı yaradılması məqsədi ilə işəgötürən tərəfindən bir iş günü əmək funksiyasının icrasından azad etmiş, həmçinin iddiaçıya işdənçıxarma müavinəti verilmişdir. Eləcə də, işçilərin ixtisarı zamanı iddiaçının işdə saxlanmağa üstünlüyünün olmasının nəzərə alınması və ona ixtisasına uyğun iş təklif edilməsi mümkün olmamışdır. Bundan başqa iddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər kateqoriyasına aid olmamış, həmçinin onun əmək müqaviləsinin ləğv edilməsi zamanı qanunla qadağan olunan hallara istinad edilməmişdir. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulmamışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 102/Ş saylı əmri qanuni və əsaslı olduğundan, iddiaçının əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC-nin arasında bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən, iddiaçının subyektiv hüququ pozulmadığına, digər tələblər üzrə iddia qaldırarkən isə iddiaçı subyektiv hüquqa malik olmadığına görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 102/Ş saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar