Məhkəmə qərarları › İş №2(051)-2482/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2482/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2482/2022 28.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi Ağayeva Aynurə Nizami qızının katibliyi və İddiaçı: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı ilkin müqaviləsi əsasında daşınmaz əmlakın əsas alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı ilkin müqaviləsi əsasında daşınmaz əmlakın əsas alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatına xitam edilə bilər. Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Ona görə də ərizənin geri qaytarılması haqqında qərardad çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı ilkin müqaviləsi əsasında daşınmaz əmlakın əsas alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar