Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-254/2025 05.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi olmaqla sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi olmaqla sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, torpağın mülkiyyətə verilməsinə dair JN-129F seriyalı, KOD 90200002 saylı şəhadətnamənin və Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrinin arayışının (çıxarış) ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan ərizəçi tərəf iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılması barədə ərizə məhkəməyə təqdim edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-129F seriyalı, KOD 90200002 saylı şəhadətnamənin onlara, yəni Ərizəçi, X5, Nümayəndə və X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iş üzrə üçüncü şəxs qismində tanınmış X10 məhkəməyə ərizə ilə müraciət edərək, 29 sentyabr 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə atası X4 və anası X1 Mingəçevir şəhəri ünvan 1 ünvanda yerləşən 155 kv.metr sahədən ibarət yaşayış evinə ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır. Hüquqların qeydə alınması zamanı o Mingəçevir şəhər ZDS İcraiyyə Komitəsinin 31 iyul 1991-ci il tarixli 380 saylı qərarını təqdim edərək göstərmişdi ki, həmin tarixdə anası özünə məxsus 0.06 ha torpaq sahəsinin 0.03 ha torpaq sahəsini oğlu Ayaz Salahbanova ayrılmasına dair müraciət etmiş və bu ayrılmaya icaz verildiyindən, 0.03 ha torpaq sahəsi anası Bənövşə Salahbanovanın qanuni istifadəsində qalmışdır. Digər tərəfdən JN-129F seriyalı, KOD 90200002 şəhadətnamədə 155 kv.metr deyil, 88 kv.metr olan hər hansı tikili qeyd olunmuşdur. Məhkəmə qərarı icra olunarkən bu hallar düzgün nəzərə alınmamışdır. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan X8, X6, X7, X3 adlarının çıxarılmasını xahiş edir. İş üzrə üçüncü şəxs qismində tanınmış X10 tərəfindən verilmiş ərizədən görünür ki, tərəflər arasında mübahisə vardır. Belə olan halda məhkəmə hesab edir ki, , torpağın mülkiyyətə verilməsinə dair JN- 129F seriyalı, KOD 90200002 saylı şəhadətnamənin onlara, yəni Ərizəçi, X5, Nümayəndə və X2 məxsus olması faktının müəyyən edilməsi haqqında mübahisə yaranmışdır. İşin halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-129F seriyalı, KOD 90200002 saylı şəhadətnamənin onlara, yəni Ərizəçi, X5, Nümayəndə və X2 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcələsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə baxılmamış saxlanmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-254/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-254/2025
05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver