Məhkəmə qərarları › İş №2(051)-262/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-262/2023

09.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-262/2023 09.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi- Vəkil, pedaqoq Şahin Məmmədovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşaq və aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 29 may 2006-cı il təvəllüdlü X1 onun yanında qalması, 29 may 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 manat sabit pul məbləğində almentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi- Vəkil İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibələrinə girmiş və bir müddət sonra, 09 may 2006-cı il tarixdə nikahlarını rəsmi olaraq Mingəçevir şəhər nikah evində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 29 may 2006-cı il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Sonradan münasibətləri pozulduğu üçün cavabdeh nikahın pozulmasına dair məhkəmyə müraciət etmiş və Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 22/2011 saylı, 18 yanvar 2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasınla olan nikah pozulmuş, birgənikahdan doğulmuş 29 may 2006-cı il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh iddiaçıya qarşı alimet tələbi ilə məhkəməyə müraciət etmiş və iddiaçıdan sabit pul məbləğində alimet tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Budan bir müddət keçdikdən sonra, yəni 2019-cu ilin əvvəlindən 29 may 2006-cı il təvəllüdlü X2 iddiaçının yanındadır. Uşaq onun yanında olmasına baxmayaraq iddiaçı cavabdehə aliment ödəmişdir. Artıq üç ildir ki, 29 may 2006-cı il təvəllüdlü X2 iddiaçının himayəsindədir. Seyid adllı uşaq atasına bağlıdır və anasının yanında yaşamaq istəmir. Cavabdeh isə uşağa baxmaqda iddiaçıya köməklik göstərmir. Odur ki, iddiaçı 29 may 2006-cı il il təvəllüdlü X1 atası İddiaçı yanında qalması və 29 may 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 sabit manat məbləğində almentin Cavabdeh tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında pedaqoqun iştirakı ilə dindirilmiş X2 bildirdi ki, anası Cavabdeh ilə qalmaq istəmir. Atası İddiaçı ilə qalmaq istəyir və fikri qətidir. Məhkəmə iddiaçının vəkilini, pedoqoqu və uşağı dinləyib, iş materialları ilə tanış olaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat şöbəsinin araryışından və vətəndaşın şaxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 29 may 2006-cı ildə doğulmuşdur. Arayışda uşaqın atası İddiaçı, anası kimi isə Cavabdeh göstərilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-22/2011 saylı, 18 yanvar 2011-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında 19 may 2006-cı il tarixdə nikah bağlanmış və həmin qətnqamə ilə tərəflərin nikahı pozulmuş və 29 may 2006-cı il təvəllüdlü X2 adlı uşağ anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Mülki işdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 17 aprel 2023-cü il tarixli, 5-3-32/2-60/2023 saylı rəyindən görünür ki, komissiya X1 faktiki atasının yanında yaşamısını nəzərə alaraq hesab etmişdir ki, 29 may 2006-cı il təvəllüdlü X1 atasının yanında qalması uşağın mənafeyi naminədir. Beləliklə məhkəmədə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibələrinə girmiş və bir müddət sonra, 09 may 2006-cı il tarixdə nikahlarını rəsmi olaraq Mingəçevir şəhər nikah evində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 29 may 2006-cı il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Sonradan münasibətləri pozulduğu üçün cavabdeh nikahın pozulmasına dair məhkəmyə müraciət etmiş və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-22/2011 saylı, 18 yanvar 2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasınla olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 29 may 2006-cı il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh iddiaçıya qarşı alimet tələbi ilə məhkəməyə müraciət etmiş və iddiaçıdan sabit pul məbləğində alimet tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Həmçinin müəyyən olunudu ki, 2019-cu ilin əvvəlindən 29 may 2006-cı il təvəllüdlü X2 iddiaçının yanındadır. Artıq üç ildir ki, 29 may 2006-cı il təvəllüdlü X2 iddiaçının himayəsindədir. Seyid adllı uşaq atasına bağlıdır və anasının yanında yaşamaq istəmir. Məhkəmə baxaşanda da pedaqoqun iştirakı ilə dindirilmiş 29 may 2006-cı il təvəllüdlü X2 atasının yanında qalmasını israrlı olaraq bildirmiş, atasına daha çox bağlığını nümayiş etdirərək məhkəmədən onun atasının yanınıda qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərdən keçirib, pedaqoqu dinləyib və 29 may 2006-cı il təvəllüdlü X1 fikrini nəzərə alıb hesab edir ki, 29 may 2006-cı il təvəllüdlü X2 atasının yanınıda qalması uşağın mənafeyi naminədir. Belə ki, Ailə Məcəlləsinin 49.2-ci maddəsinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsində göstərilmişdir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 60.1 və 60.2-ci maddələrinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsində göstərilmişdir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların qarşılıqlı razılığı ilə həll edilir. Valdieynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Uşaq hüquqları haqqında Konvensiyanın 9-cu maddəsində göstərilmişdir ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 29 may 2006-cı il təvəllüdlü X2 atası İddiaçı yanında qalması müəyyən edilməlidir. Bundan başqa iddiaçının aliment tələbi ilə bağlı qeyd olunmalıdır ki, valideynin uşaqların saxlanması üçün aliment ödənilməsi vəzifəsini müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. İş materillarını tədqiq edərək, yuxarıda sadalanlara əsasən və tərəflərin maddi vəziyyətini uşağın inkişaf, tərbiyyə və təhsilini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia tələbi alimentə dair hissəsi qismən təmin edilməli 29 may 2006-cı il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddia qismən təmin edlsin. Tərəflərin birgə nikahlarından doğulmuş 29 may 2006-cı il təvəllüdlü X1 atası İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh 29 may 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment hər ay tutulub İddiaçı verilsin. Alimentin tutulması iddia ərizəsi verildiyi tarixdən, yəni 30 noyabr 2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar