Məhkəmə qərarları › İş №2(051)-2633/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2633/2023

06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2633/2023 06.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə qarşı hüquqi əhəmiyyəytli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏNETDİ Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə qarşı onun mülkiyyətində olan, Mingəçevir şəhər icra Hakimiyyətinin 23 iyul 2004-cu il 293 nömrəli Qərarı ilə verilmiş 0.12 ha torpaq sahəsi üçün nəzərdə tutulmuş JN-3728 A, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ata adının "Məmmədəli" deyil, "Məhəmmədəli" olmasi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi məhkəməyə ərizə verərək ərizəsinin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.2, 152.1.9, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanlında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə ödədiyi 100 manat (yüz manat) (GPP qəbz № - **********, qəbz № 23218 büdcə təsnifat kodu - 142213) dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar