Məhkəmə qərarları › İş №2(051)-2690/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2690/2022

22.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2690/2022 22.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, 2 saylı Bakı Asan Xidmət mərkəzində notariat kontoru və Maraqlı şəxs qarşı «etibarnamənin etibarsız hesab edilməsi və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin icraata götürülməsinin mümkünlülüyü məsələsinə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Maraqlı şəxs verilmiş etibarnamənin etibarsız sayılması, ünvan 1 ünvanın oğlu Cavabdeh1 mülkiyyətinə verilməsinə əsas olmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olaraq aşağıdakılara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdehlər Cavabdeh1 qeydiyyat yeri ünvan 3 ünvanda yerləşir. Həmçinin digər cavabdeh isə 2 saylı Bakı Asan Xidmət mərkəzində notariat kontoru Bakı şəhərində yerləşir. Maraqlı şəxs qeydiyyat ünvanı isə ünvan 6ası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə 9-cumüraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 152.2, 152.4, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, 2 saylı Bakı Asan Xidmət mərkəzində notariat kontoru və Maraqlı şəxs qarşı « etibarnamənin etibarsız hesab edilməsi və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar