Məhkəmə qərarları › İş №2(051)-2716/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2716/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2716/2023 16.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı BOKT Aqrarkredit QSC-nin cavabdeh Ağakişiyeva (Mirzəyeva) Gülnar Əliyar qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcunun alınması və girov predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi tələbinə dair kiçik iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı BOKT Aqrarkredit QSC cavabdeh Ağakişiyeva (Mirzəyeva) Gülnar Əliyar qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun alınması və girov predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, cavabdeh X1 əsas borc üzrə 3771.11 manat, faiz borcu üzrə 53.42 manat olmaqla, cəmi 3824.53 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 58.25 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X2 məxsus olan 1 ədəd qadın saatı, 1 ədəd qolbaq BR, 1 ədəd qadın saatı BR, 1 ədəd nişan üzüyü BR, 1 ədəd sirkon dəst, 1 ədəd səkkiz guşəli üzük, 1 ədəd nişan üzüyü, 1 ədəd nişan üzüyü BR. 0.30 karat, 1 ədəd üzük BR, 1 cüt işıqfor sırğa BR, 1 ədəd sirkon üzük, 1 ədəd klon türk, 1 ədəd sep nəzik İtaliya, 1 ədəd onluq qulplu, 1 ədəd dəst BR, 2 ədəd sirkon üzük, 1 ədəd paxlava üzük BR, 1 ədəd yumru üzük BR, 1 ədəd tək qaşlı üzük BR, 1 ədəd sirkon dəst BR sapfır olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdeh X2 qaytarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, tələbin cavabdeh X2 məxsus olan 1 ədəd qadın saatı, 1 ədəd qolbaq BR, 1 ədəd qadın saatı BR, 1 ədəd nişan üzüyü BR, 1 ədəd sirkon dəst, 1 ədəd səkkiz guşəli üzük, 1 ədəd nişan üzüyü, 1 ədəd nişan üzüyü BR. 0.30 karat, 1 ədəd üzük BR, 1 cüt işıqfor sırğa BR, 1 ədəd sirkon üzük, 1 ədəd klon türk, 1 ədəd sep nəzik İtaliya, 1 ədəd onluq qulplu, 1 ədəd dəst BR, 2 ədəd sirkon üzük, 1 ədəd paxlava üzük BR, 1 ədəd yumru üzük BR, 1 ədəd tək qaşlı üzük BR, 1 ədəd sirkon dəst BR sapfır olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdeh X2 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu hal isə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin iddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina edildikdə iddiaçı həmin tələb üzrə iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı BOKT Aqrarkredit QSC-nin cavabdeh Ağakişiyeva (Mirzəyeva) Gülnar Əliyar qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun alınması və girov predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi tələbinə dair kiçik iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar