Məhkəmə qərarları › İş №2(102)-1128/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1128/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1128/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabehlər Cavabdeh, Zamin1 İnqlab oğlu və Zamin2 qarşı ilkin, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi (kredit borcunun tutulması), hüquqdan sui-istifadə, əsassız varlanma, sübutların qiymətləndirilməsi (ekspert rəyinin qiymətləndirilməsi), qətnamənin qanuniliyi və əsaslılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmda r Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 İnqlab oğlu və Zamin2 qarşı borcun tutulması barədə ilkin, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı artıq ödənilmiş pulun qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təminatı kimi bankla Zamin2 və Zamin1 arasında xx.xx.2014-cü il ta rixdə zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi üzrə əlavə saziş bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, Zamin1 İnqlab oğlu və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2642,38 manat əsas, 2256,92 manat faiz, 2818,55 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 390,35 manat faiz borcu olmaqla cəmi 8108,20 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 101,09 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, Cavabdeh kredit verilərkən Zamin2 və Zamin1 ilə bank arasında zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi üzrə əlavə saziş bağlanmış, bununla da kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, əlavə sazişlə tanış olduqlarını, şərtləri ilə razılaşdıqlarını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərini təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələ rlə şifahi müraciət olunmasına, habelə xx.xx.2021-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

4. Cavabdeh İddiaçı ASC- yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi və 7000 manat pulun ona qaytarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, o, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 9000 manat kredit götürmüş, faizi ilə birlikdə kreditin məbləği 13,238 manat təşkil etmişdir. Onda olan pul ödənişi qəbzlərinə əsasən isə 21,043 manat pulu Dəmirbanka ödəmişdir. Bütün bunlardan belə bir nəticə çıxır ki, o, müqavilədə göstərilən məbləğdən 7000 manatdan çox pulu İddiaçıa ödəmişdir. Qanun ilə həmin pul ona qaytarılmalıdır. Onun Dəmirbanka heç bir borcu olmadığı halda 8108 manat 20 qəpik məbləğində pulun ödənilməsi barədə ona qarşı iddia qaldırılmışdır. İşin faktiki halları və qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi pul qəbzləri ilə sübut olunur ki, əksinə, İddiaçıın ona 7000 manat borcu vardır.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/5329/2556 nömrəli rəyinə əsasən (bank tərəfindən tərtib olunmuş kredit müqaviləsi və sair) 17 noyabr 2014-cü il tarixli, 896954/14-AZN saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2018-ci il tarixə banka olan əsas və faiz borcu tam ödənilmiş, 2220,10 manat məbləğində artıq ödəniş müəyyən edilmişdir, o cümlədən xx.xx.2018-ci il tarixə əsas borc 0, faiz borc 0, artıq ödəniş isə 2220,10 manat təşkil etmişdir. Ekspertizaya təqdim edilmiş mülki işin 105-106-cı vərəqəsində olan xx.xx.2014-cü il tarixli 896954/14 nömrəli kredit müqaviləsinin 1-ci vərəqinin üz tərəfinin aşağı sağ hissəsində xx.xx.2014 rəqəmlərinin qarşısında olan imza və 2-ci vərəqinin arxa sağ hissəsində borcalan qrafasında olan imza, 4 may 2017-ci il tarixli, 896954/14-AZN saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əlavə 1 nömrəli sazişin üz tərəfinin aşağı sağ hissəsində borcalan qrafasında olan imza və arxa tərəfin sağ hissəsində imza qrafasında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur.

7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5311 nömrəli rəyinə əsasən borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2018-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 2394,29 manat məbləğində müəyyən edilmiş, o, cümlədən əsas borc 1968,45 manat, faiz borc isə 425,84 manat təşkil etmişdir.

8. Zəngilan Rayon Məhkəməsini n 20 dekabr 2022-ci il tarixli, e-2(034)-32/2022 nömrəli qətnaməsi ilə (hakim G.İmanova) ilk iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli, 896954/14-AZN nömrəli kredit müqaviləsinə əsasən 1968,45 manat əsas, 425,84 manat faiz, 50 manat cərimə borcu olmaqla cəmi 2444,29 manat məbləğində borcun iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı Ləğv prosesindən olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Zamin1 ilə Zamin2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 896954/14/ZM nömrəli zaminlik müqaviləsinə və xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişlərə xitam verilməsi, Cavabdeh 130 manat ekspertiza xərcinin tutularaq Dövlət Büdcəsinə köçürülməsi, ekspertiza xərcinin qalan 139 manat hissəsinin iddiaçıdan tutularaq Dövlət Büdcəsinə köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 101,09 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, bank borcalana verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Lakin, bank müqavilənin qüvvəsinin bitdiyi vaxtdan sonra iddia verməklə, müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün müqavilədə nəzərdə tutulan faizləri tələb etdiyindən və həmin tələbin hüquqi əsası olmadığından, həmçinin tərəflərin bağladıqları kredit müqaviləsinə əsasən borc verən krediti borcalana xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə verdiyindən, məhkəmə, faiz borcunun müq avilənin icra müddətinin bitdiyi tarixə olan məbləğdə təmin edilməsini əsaslı hesab etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən xx.xx.2014-cü il tarixli müqavilənin icra müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə faiz borcu 425,84 manat məbləğində müəyyən edilmişdir.

10. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, zaminlik müqaviləsi xx.xx.2014-cil tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə kredit restrukturizasiya edilmiş və xx.xx.2018-ci il tarixədək kredit müqaviləsinin icra müddəti uzaldılmışdır ki, zaminlər də həmin kredit müqaviləsinə əlavə sazişi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin icra müddəti xx.xx.2018-ci il tarixdə bitm iş, bank məhkəməyə kredit müqaviləsinin icra müddəti bitdikdən 3 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi borcun zaminlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməməli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə və zaminlik müqaviləsi üzrə Əlavə Sazişlərə xitam verilməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, bank müqavilənin qüvvəsinin bitdiyi vaxtdan sonra iddia verməklə və müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün faizləri tələb etməklə, qanunvericilikdə nəzərdə tutulan hüquqdan (iddia müddəti) suiistifadə edərək, başqasına ziyan vurmaqla mənfəət əldə etmək məqsədi daşımışdır. Halbuki iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün müəyyən olunmuş müdd ətdir, yəni iddiaçı müqavilə üzrə yaranan tələb hüququnu iddia müddəti çərçivəsində həyata keçirə bilər. İddiaçının məhkəməyə gec müraciət etməsinin mənfi nəticələrini cavabdeh deyil, iddiaçı daşımalıdır. Məhz buna görə də, iddiaçının müqavilənin icra müddəti bitdikdən sonra əsas borca hesablanmış faiz borcu olan 390,35 manat cavabdehlərdən müştərək qaydada tutulması tələbi təmin edilməməlidir.

12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, iddiaçının tələb etdiyi 2818,55 manat məbləğində cərimə Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır.

13. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində banka heç bir borcunun olmamasını, əksinə bankın ona 7000 manat məbləğində borcunun olmasını bildirsə də, buna dair heç bir sübut təqdim edə bilməmişdir. Həm məhkəmə araşdırması zamanı, həm də iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin hazırda banka etdiyi ödənişlər nəzərə alındıqdan sonra xx.xx.2014-cü il tarixli 896954/14-AZN nömrəli kredit müqaviləsi üzrə 1968,45 manat əsas və 425,84 manat faiz borcu vardır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlmişdir.

14. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.7, 448.1, 467, 470.0.4, 477.0.3, 477.0.4, 560.1, 560.2, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir. a) Apellyasiya inst ansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesləri barədə ona hər hansı bildiriş gəlməmiş, proseslər barədə maraqlandıqdan sonra prosesdə iştirak etmişdir. Hətta iddia ərizəsi ona verilmədiyinə görə iddiaya etirazı da təqdim edə bilməmişdir. Bundan əlavə, məhkəmə prosesi zamanı prosesə sədrlik edən onun məhkəmədə çıxış etmək, suallar vermək hüququnu tamamilə məhdudlaşdırmışdır. İş üzrə iki ayrı ekspertiza təyin edilmiş və iki ziddiyyətli rəy verilmişdir. Lakin nədənsə məhkəmə yalnız qarşı tərəfin xeyrinə olan ekspertiza rəyinə əsasən idd ianı təmin etmişdir. Halbuki, iş üzrə verilmiş ilkin ekspertiza rəyi onun xeyrinə olmuşdur. Məhkəmə, ekspertiza təyin edərkən tərəfindən məhkəməyə vəsatət verilmiş və xahiş edilmişdir ki, ekspertiza onun təqdim etdiyi qəbzlər əsasında və onun iştirakı ilə keçirilsin. Lakin məhkəmə əsassız olaraq vəsatətini təyin etməmişdir. Onun bank qarşısında ödənilməyən hər hansı bir borc öhdəliyi yoxdur. İlkin ekspertiza rəyindən də tam bəlli olur ki, onun banka deyil, bankın ona borcu var. Lakin məhkəmə işin bu hallarını araşdırmamış və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir.

17. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/5869 nömrəli, 17 avqust 2023-cü il tarixli ekspertiza rəyi ilə xx.xx.2018-ci il tarixə banka ödənilməli olan borcu əsas borc üzrə 1968,45 manat, faiz borcu üzə 425,8 4 manat, ümumilikdə 2394,29 manat müəyyən edilmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh 425,84 manat faiz borcunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində iddia tələbinin rədd edilməsi, Cavabdeh ekspertiza xərci 145 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədə n saxlanılması qət edilmişdir.

19. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq ekspertiza rəyi ilə xx.xx.2018-ci il tarixə banka ödənilməli olan borcu əsas borc üzrə 1968,45 manat, faiz borcu üzrə 425,84 manat, ümumilikdə 2394,29 manat müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh banka borcu qalmışdır. İşdən görünür ki, Cavabdeh kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüşdür. Qeyd olunan Fərmanda faizlərin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlə t özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin 425,84 manat faiz borcunun tutulması hissəsində gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmişdir.

20. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, MPM-nin 385.2. maddəsinin tələbi baxımından məhkəmə aktının ləğvi üçün əsas ola bilməz.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına, Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b)

24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

28. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafi q olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı

30. Fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 000000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000 000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidir. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və sair faizlər nəzərdə tutulmuş, qalan əsas məbləğə münasibətdə güzəştli şərt lərlə müqavilə bağlanması təklif olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüqu q normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Cavabdeh və qarşılıqlı iddiaçı kassasiya şikayətində göstərdiyi dəlilləri qarşılıqlı i ddia ərizəsində, aşağı instansiya məhkəmələrində işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məh kəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1123/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar