Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2994/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə,Cavabdeh iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22 oktyabr 2013-cü il tarixli, 01290 saylı kredit müqaviləsinə əsasən ümumillikdə 917.99 (doqquz yüz on yeddi ABŞ dolları, 99 sent) ABŞ dolları məbləğində gecikdirilmiş borc və həmçinin ödənilmiş 38,10 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statusluqurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2066 saylı, 14 fevral 2018-ci il tarixli təhvil- təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2013-cü il tarixdə, 01290 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 8797 (səkkiz min yeddi yüz doxsan yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-FV-*** dövlət qeydiyyat nişanlı, “Gelly CK” markalı minik avtomobili (buraxılış ili 2013, Ban-L6T7524S9EN001991, rəngi-ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2023-cü il tarixli, AA seriyalı, 106451 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə İddiaçı QSC borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli, 2(060)-5241/2022 saylı Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5241/2022 saylı qətnaməsində cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə kredit müqaviləsi başa çatanadək əsas borcu üzrə 1689.89 (bir min altı yüz səksən doqquz ABŞ dolları, 89 sent) ABŞ dolları olmaqla, cəmi 1689.89 (bir min altı yüz səksən doqquz ABŞ dolları, 89 sent) ABŞ dolları və 64.98 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan **-FV-*** dövlət qeydiyyat nişanlı, “Gelly CK” markalı minik avtomobilə yönəldilməsi, avtomobil açıq hərracda satılması satışdan əldə olunan vəsaitdən hərracın keçirilmə xərcləri çıxıldıqdan sonra 1689.89 (bir min altı yüz səksən doqquz ABŞ dolları, 89 sent) ABŞ dolları olmaqla, cəmi 1689.89 (bir min altı yüz səksən doqquz ABŞ dolları, 89 sent) ABŞ dolları və 64.98 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan vəsait isə Cavabdeh qaytarılması, əldə edilməsi kifayət etmədiyi təqdirdə qalan məbləğ Cavabdeh tutulması qət edilmişdir. Bildirmək istəyirlər ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 01290 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2023-cü il tarixli, 01290 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 4437,64 (dörd min dörd yüz otuz yeddi ABŞ dolları, 64 sent) ABŞ dolları əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 552,09 (beş yüz altmış iki ABŞ dolları, 09 sent) ABŞ dolları, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 2041,07 (iki min qırx bir ABŞ dolları, 07 sent) ABŞ dolları əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 281,62 (iki yüz doxsan üç ABŞ dolları 68 sent) ABŞ dolları və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (mütəmadi ödənişlər etdiyi üçün əsas məbləğ dəyişir) gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 84.27 (səksən dörd ABŞ dolları, 27 sent) ABŞ dolları olmaqla ümumillikdə 917.99 (doqquz yüz on yeddi ABŞ dolları, 99 sent) ABŞ dolları məbləğində gecikdirilmiş borc hesablanmışdır. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2023-cü il tarixədək icra etməmişdir. Həmçinin həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh məhkəməyə ərizə göndərərək göstəmişdir ki, qarşı tərəfin qərarından narazıdır. Çünki ondan faiz məbləğini istəyirlər. Həmin illərdə heç kəs ödəniş etməmişdir. Halbuki o əsas borcu və icranın pulunu vermişdir. Həmin məbləğidə borc tapıb vermişdir. Onun pulu ödəməyə gücü və imkanı yoxdur. Özü 500 manata sürücü işləyir. Onlara pul ödəsə özü heç nə edə bilməyəcəkdir. Özü ailəlidir. Körpə uşağı vardır. Yəni çətinliklə dolanır. Göstərilənlərə əsasən iş üzrə iddia müddətinin tədbiq olunması və iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Gecikdirilmiş müddət olduğu üçün 5% tələb olunur. Fərmanın təsir dairəsinə düşdüyü üçün məhkəmə qətnaməsi yalnız əsas məbləğ hissəsində təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 14 fevral 2018-ci il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, tərəflər arasında 22 oktyabr 2013-cü il tarixdə bağlanılmış kredit müqaviləsinə uyğun olaraq alıcı Cavabdeh 8797 ABŞ dolları məbləğində vəsaiti təhvil almışdır. "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 22 oktyabr 2013-cü il tarixli 01290 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən (1 saylı Əlavədən) görünür ki, borcverən nəqliyyat vasitəsinin alınması məqsədilə ilə borcalana 8797 ABŞ dolları (Milli Bankın məzənnəsi- 22 oktyabr 2013-cü il tarixə 1(bir) ABŞ dolları = 0.773 (AZN) məbləğində kredit verməyi, borcalan bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. 1290 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan **- FV-*** dövlət qeydiyyat nişanlı, “Gelly CK” markalı minik avtomobili (buraxılış ili 2013, Ban-L6T7524S9EN001991, rəngi-ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. “X1 edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 23 fevral 2023-cü il tarixli 571 saylı bildirişin surətindən görünür ki, cavabdehə borcu barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh banka 4437,64 ABŞ dolları məbləğində əsas borcu və 722 ABŞ dolları faiz borcu vardır. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verməyivə eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK- 2066 saylı, 14 fevral 2018-ci il tarixli təhvil- təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 01290 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 8797 (səkkiz min yeddi yüz doxsan yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. 28 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 35,61 manat dövlət rüsumu ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5241/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1689.89 ABŞ dolları əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş 64.98 manat dövlət rüsumunun alınaraq İddiaçı BOKT QSC-yə ödənilməsi, tələbin “GELLY CK MK” minik markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 1689.89 ABŞ dolları əsas borc (həmin günə rəsmi manat məzənnəsi ilə) və ödənilmiş 64.98 manat dövlət rüsumunun İddiaçı BOKT QSC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, hərracda satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi təqdirdə qalan məbləğin Cavabdeh tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2994/2023 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı – ümumilikdə 917,99 ABŞ dolları məbləğində gecikdirilmiş borcun, həmçinin ödənilmiş 38.10 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1267/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2994/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının tam, həmin qərardadla bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadının qismən “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2013-cü il tarixli, 01290 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən sonuncuya illik 17 faiz hesablanmaqla 36 ay müddətinə 8797 manat məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarxli 570 №-li Fərmanının icrası ilə əlaqədar onun problemli aktivləri üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 14 fevral 2018-ci il tarixli təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Hazırda iddiaçı əldə çıxmış fayda olaraq tələb etdiyi (5 %) cərimə məbləği qismində 917.99 ABŞ dolları məbləğində borcu və məhkəmədə iddia qaldırılması üçün 38,10 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir, cavabdeh isə iddianı qəbul etmir və bildirir ki, banka onun borcu yoxdur. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd olunmasını zəruri hesab edir ki, müddətin ötürülməsi ilə bağlı müddəa hazırki halda qanunvericiliyin tələbinə əsasən tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarına uyğun müəyyən edilmişdir ki, cavabdehdən tələb olunan əsas və faiz məbləğlərinin tutulması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşdüyü üçün yalnız əsas məbləğ tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırki tələb üzrə iddia tələbi müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış 5% borc məbləği hissəsində əldə çıxmış fayda iş materiallarında olan sənədlər əsasında sübut olunmadığı üçün tələb təmin olunmamalıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. AzərbaycanRespublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə, dövlət rüsumu hissəsində qətnamənin “qət etdi” hissəsində qiymət verilməsini zəruri hesab edir. Ona görə də həmin hissə qətnamənin “qət etdi” hissəsində qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2994/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2994/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver