Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-273/2022 15.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil2, cavadehin nümayəndəsi, Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında 28 dekabr 2020-ci ildə Mingəçevirin regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış daşınmaz əmlkaın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, X4 ilə nikahları pozulduqdan sonra uşaqları Saday və Afaq ilə birlikdə valideynlərinin yanına qayıtmış, birlikdə atası X5 məxsus Mingəçevir şəhəri N.Rəfibəyli küçəsində yerləşən 9/2 №-li evdə yaşamışlar. Qardaşları Afər və Emil də həmin evdə yaşayırdılar. 2004-cü ildə X19 ona və hazırki iş üzrə cavabdeh olan qardaşı Cavabdeh Mingəçevir şəhərində yan-yana olmaqla, 2 ayrı -ayrı torpaq sahəsi almışdır. Ona məxsus torpaq sahəsində onun və atasının vəsaiti hesabına fərdi yaşayış evi tikilmişdir. O, həmin evdən istifadə etmək istəyəndə Cavabdeh onunla mübahisə etməyə başladı ki, evi atası onun üçün tikdirmişdir. Həmin evlə bağlı mübahisə olduğuna görə qardaşı Cavabdeh ona qarşı məhkəmədə “torpağn dəyişdirilməsi və yaşayış evinin tikintisi barədə razılaşmanın pozulması ilə əlaqədar dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. Mingəçevir şəhər məhkəməsinin 2(051)-50/2017 saylı 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin olunmuş, 31453 manat pulun ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Uzun müddət torpaqla bağlı aralarında olan narazılığa son qoymaq, münasibətlərini bərpa etmək üçün razılığa gəldilər ki, ona məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üçün məhkəmənin qərarı ilə müəyyən edilmiş xərcin əvəzinə onun mülkiyyətində olan torpaq sahəsi Cavabdeh adına, Cavabdeh məxsus torpaq da onun adına keçirilsin. Onu da bildirir ki, qardaşı Afərin fiziki cəhətdən səhhətində problem olduğu üçün razılaşmalar atası ilə, sənədləşmə işləri isə Mingəçevir regional “Asan Xidmət” də işləyən qardaşı Emil tərəfindən aparılırdı. O, mübahisələrə son qoymaq, münasibətləri normal vəziyyətə gətirməsi üçün inanıb razılığa gəlmişdi. 28 dekabr 2020-ci il tarixdə Mingəçevir regional “Asan Xidmət” ə getmişlər. Onunla qardaşı Cavabdeh etibarnamə üzrə nümayəndəsi olan Emil Musayev arasında ona məxsus torpaq sahəsinin Cavabdeh bağışlanmsı barədə müqavilə imzalandı. O, həmin vaxt Cavabdeh də məxsus olan torpaq sahəsinin onun adına keçirilməsini istədikdə, qardaşı Emil bildirdi ki, bunu sonra edərlər. O da inandı. Lakin sonra başa düşdü ki, o, aldanılmışdır. Cavabdeh tərəf razılığa gəldikləri kimi, özünəməxsus torpaq sahəsini onun adına keçirməkdən imtina etdi. Eləcə də mülkiyyətində inşa edilmiş fərdi yaşayış üçün çəkilmiş xərc olan, məhkəmənin qərarı ilə müəyyən edilmiş 31453 manatın ödənilməsi üçün icra sənədi üzrə tutma onun əmək haqqına yönəldilmişdir. O, aldadıldığını başa düşdükdən sonra məhkəməyə müraciət etməyə məcbur oldu.Ona məxsus yaşayış sahəsi, digər torpaq sahəsi olmadığı halda nəyə görə mülkiyyətində olan torpaq sahəsini əvəzsiz olaraq qardaşına bağışlamalı, həmçinin cavabdehə 31453 manat da pul verməli idi. X19 08 iyul 2021-ci il ildə vəfat etmişdir. Sonra ona məlum olmuşdur ki, miras qalacaq əmlakdan ona pay düşməməsi üçün atasının mülkiyyətində olan ev də atasının xəstəliyi müddətində qardaşı Emilə bağışlanmışdır. O, hazırda kirayə mənzildə yaşayır. İddianın təmin olunmasını, onunla Cavabdeh arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzində 28 dekabr 2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi, Vəkil2 da məhkəmə iclasında iddianı müdafiə edərək iddiaçının izahatına uyğun izahat verərək bildirdi ki, iddiaçının özünün evə, torpaq sahəsinə ehtiyac olduğu halda mülkiyyətində olan torpaq sahəsini əvəzsiz olaraq cavabdehə bağışlaması inandırıcı deyil. Eləcə də, həmçinin, aralarında torpaq mübahisələri ilə bağlı məhkəmənin qərarı ilə müəyyən edilmiş 31453 manat pulun da iddiaçı tərəfindən hazırki iş üzrə cavabdehə ödənilməli olduğu halda iddiaçını aldatmaqla onunla cavabdeh arasında bağışlanma müqaviləsi bağlanmasına nail olunmuşdur. Həmçinin, cavabdehin nümayəndəsi, vəkil etiraz ərizəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsi və üzərində olan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətinə keçmiş, torpaq sahəsi də alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən X1. Belə görünür ki, iddiaçı həm mülkiyyətində olan torpaq sahəsini, həm torpaq sahəsi üzərində fərdi yaşayış evini əvəzsiz olaraq cavabdehə bağışlamış, həm də torpaq üzərində evin tikintisi üçün müəyyən edilmiş 31453 manat pulu cavabdehə ödəməlidir. Hesab edir ki, torpaq sahəsinin alqı-satqısına dair Cavabdehlə Zaur İsmaylov arasında bağlanmış müqavilə görünüş üçün bağlanmışdr, məqsəd yenə də həmin torpaq sahəsinin iddiaçıya qaytarılmamasıdır. Həmin müqaviləni və müvafiq sənədləri əldə etdikdən sonra məhkəmə qaydasında mübahisələndirəcəklər. Bundan əlavə cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etirazında bildirir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş yaşayış evinin tikintisi üçün çəkilmiş xərc olan 31453 manat pulun İddiaçı alınıb Cavabdeh verilməsi barədə qətnamə qanuni qüvvəyə minib icraya yönəldilmişdir, qətnamənin icrası məqsədi ilə İddiaçı mülkiyyətində olan mübahisəli torpaq sahəsi üzərinə həbs qoyulmuş, torpaq sahəsi qiymətləndirici tərəfindən 28000 manat qiymtələndirilmiş, tələbkar Cavabdeh həmin torpaq sahəsini borc əvəzinə qəbul etməyə razı olduğunu bildirmiş. Mingəçevir şəhər məhkəməsinin 29.06.2020-ci il tarixli qərarı ilə 31453 manat borcun ödənilməsiİddiaçı məxsus olan 28000 manata qiymətləndirilmiş torpaq sahəsinə yönəldilməsi, sənədləşmə işlərinin aparılmasının DƏDRX-yə tapşırılması qərara alınmışdır. Bununla bağlı bildirir ki, iddiaçının iştirakı təmin olunmadan məhkəmə iclası keçirilmiş, sonra iddiaçının şikayəti ilə həmin qərar ləğv edilmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia əsassızdır. Belə ki, 2014-cü ildə Mingəçevir şəhərində indiki İ.Qasımov küçəsində Cavabdeh bələdiyyənin qərarı ilə 0.06 ha torpaq sahəsi verilmişdir. Az sonra eyni yerdən, Cavabdeh verilmiş torpaq sahəsininin qonşuluğunda eyni ölçüdə bacısı İddiaçı da torpaq sahəsi verilmişdir. Sonra valideynlərin iştirakı ilə tərəflər razılığa gəlmişlər ki, mülkiyyətlərinə verilmiş həmin torpaq sahəsini dəyişdirsinlər. Bundan sora Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsində ev tikdirmişdi. 2016-cı ilin əvvəllərində torpaqların dəyişdirilməsini sənədləşdirməyi təklif etdikdə İddiaçı buna razılıq verməmişdir. Ona görə də Cavabdeh dəymiş zərərin ödənilməsi ilə bağlı İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir şəhər məhkəməsinin 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 31453 manat məbləğində pulun alınıb Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmənin qətnamsəi qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş, həmin pul İddiaçı tərəfindən ödənilmədiyinə görə icra sənədinin icrası üçün onun mülkiyyətində olan mübahisəli torpaq sahəsi üzərində həbs qoyulması barədə icra məmurunun təqdimatı təmin edilmiş, torpaq sahəsi üzərində məhkəmənin qərarı ilə həbs qoyulmuşdur. Qiymətləndirici tərəfindən torpaq sahəsi 28000 manat qiymətləndirilmiş, Cavabdeh qətnamənin icra üsulunun dəyişdirilərək borcun torpaq sahəsinə yönəldilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmiş, Mingəçevir şəhər məhkəməsinin 8(051)-60/2020 №-li 29.06.2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, İddiaçı Cavabdeh olan 31453 manat borcun ödənilməsi İddiaçı məxsus olan, 28000 manat qiymətləndirilmiş 0.06 ha torpaq sahəsinə yönəldilməsi, müvafiq sənədləşnmənin aparılması DƏDRX-ə tapşırılması qərara alınmışdır. Qərardad qanuni qüvvəsini almışdır. Bundan əlavə iddiaçı tələbində göstərir ki, guya cavabdeh torpaq sahəsini ona bağışlamasını, əvəzində isə özünəməxsus torpaq sahəsini İddiaçı adına keçirəcəyini bildirmişdir, lakin bağışlanma həyata keçirildikdən sonra cavabdeh sözünə əməl etməmiş, onu aldatmışdır. Bildirir ki, göstərilənlər doğru deyildir, onların arasında heç bir razılaşma olmamış, şərt qoyulmamış, İddiaçı könüllü olaraq özünə məxsus torpaq sahəsini cavabdehə bağışlamışdır. Əvəzsiz əqdlərdə isə tərəflər bir-birlərinə qarşılıqlı təminat almırlar. Həmçinin, onu bildirir ki, bağışlama müqaviləsindən sonra mübahisəli torpaq sahəsivə üzərində olan yaşayış evi 21 yanvar 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətinə keçmiş, Cavabdeh də torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən X2. Əmlak artq Cavabdeh mülkiyyətində deyil. Ona görə də bağışlamaqdan imtina olsa da Cavabdeh onun əvəzini ödəməyə borclu deyil. İddianın təmin olunmamasını xahiş edir. Cavabdehin vəsatəti ilə məhkəmə iclasında şahid kimi ifadə vermiş X16 bildirdi ki, iddiaçı bacısı, cavabdeh isə qardaşıdır. Torpaqla bağlı uzun müddətdir ki, aralarında mübahisə gedibdir. Atası onu yanına çağırıb dedi ki, mülkiyyətində olan torpasq sahəsini Afərin adına keçirməsi ilə bağlı Salatınla razılaşdırmışdır. Ancaq Salatını necə razılığa gətirməsi barədə atası ona heç nə demədi, o da bu barədə atasından soruşmadı. Bundan sonra səhəri gün Salatın Mingəçevir regional “Asan Xidmət” ə gəlmiş, qardaşı Afərin etibarnamə üzrə nümayəndəsi kimi Salatınla onun arasında daşınmaz əmlakın bağışlanmasna dair müqavilə bağlanmış, Salatn Musayeva öz mülkiyyətində olan 0.06 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. Bildirir ki, qardaşı Cavabdeh fiziki cəhətdən qüsurlu olduğuna görə torpaqla bağlı sənədləşmələr, müqavilələrin imzalanması onun tərəfindən aparılmışdır. Cavabdehin vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş X3 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh onun qardaşı Arifin uşaqlarıdır. İddiaçı ərindən boşandıqdan sonra uşaqları ilə birlikdə valideynlərinin yanına qayıtmış, əvvəl mehriban dolanmışlar.. Bilirdi ki, qardaşı Arif həm Salatın üçün, həm də oğlu Afər üçün eyni yerdə, eyni ölçüdə torpaq sahəsi almışdır. Ancaq Afərə ev Salatının adına olan torpaq sahəsində tikilmişdir, buna Salatın özü də razılıq vermişdir. Lakin sonra Salatınla qardaşı, eləcə də atası arasında torpaqla bağlı mübahisə yaranmış, mübahisə uzun müddət çəkmişdir. Mübahisə elə bir vəziyyətə gətirib çıxarmışdır ki, Salatn xəstə atasına övlada yaraşmayan sözlər də deyirdi. Aralarında yaranmış mübahisəyə görə atası Salatını evdən qovmuşdur. Bir gün o, qardaşı Arifə baş çəkməyə gələndə Salatın da oraya gəlmişdi. Arif ona və digərlərinə dedi ki, Salatını özü çağırtdırıb, onlar otaqdan çıxsınlar, Salatınla tək qalıb özü ayrılıqda danışmaq istəyri. Onlar otaqdan çıxdılar. Sonra eşitdi ki, Arif Salatına pul verib onu razılaşdırıbdır ki, mülkiyyətində olan torpaq sahəsini Afərin adıına keçirsin. Məhkəmə tərəfləri, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-50/2017 №-li 09 yanvar 2017-ciil tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı, cavabdehin torpağın dəyişdirilməsi və yaşayış evinin tikintisi barədə razılaşmanı pozması ilə əlaqədar ona dəymiş ziyan kimi 52000 manat pulun ödənilmsəi tələbinə dair iddiası qismən təmin oluması. 31453(otuz bir min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 8(051)-80/2002 №-li 29.06.2020-ci il tarixli qərardadında göstərilir ki, Mingəçevir şəhər məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(051)-50/2017 №li qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar Cavabdeh tələbi təmin edilsin. İddiaçı Cavabdeh olan cəmi 31453 manaat borcun ödənilməsi İddiaçı məxsus olan, 28000 manat qiymətləndirilmiş, İN-2537A KOD 90200002 nömrə ilə qeydə alınmış 0.06 ha torpaq sahəsinə yönəldilsin. Bu barədə müvafiq sənədləşmə işlərinin aparılması DƏDRX-ə tapşırılsın. İddiaçı məxsus olan 28000 manat qiymətləndirilmiş İN-2537A KOD 90200002 nömrə ilə qeydə alınmış 0.06 ha torpaq sahəsi üzəinə qoyulmuş həbs götürülsün. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 8(051)-12/2022 №-li 14.01.2022-ci il tarixli qərardadından görünür ki, borclu İddiaçı şikayəti təmin olunmuş, Mingəçevir şəhər məhkəməsinin 8(051)-80/2002 №-li 29.06.2020-ci il tarixli qərardadı ləğv edilmiş, tələbkar X13 2(051)-50/2017 №-li 09.01.2017-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsinə dair ərizəsinə yenidən məhkəmə iclasında baxılması qərara alınmışdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 8(051)-12/2022 №-li 24.01.2022-ci il tarixli qərardadından görünür ki, tələbkar Cavabdeh ərizsəi qismən təmin olunmuş, İN-2537A KOD 90200002 nömrə ilə qeydə alınmış 0.06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, İN-2537A KOD 90200002 nömrə ilə qeydə alınmış 0.06 ha torpaq sahəsi Mingəçevir şəhər İcra Hakimiyyətinin 293№-li 23 iyul 2004-cü il qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisində qeydə alınmış İddiaçı ilə Cavabdeh arasında 28 dekabr 2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsində göstərilir ki, Musayeva X6 şəhərində yerləşən mülkiyyətində olan 0.06 ha torpaq sahəsini qardaşı Cavabdeh bağışlayır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib olunmuş fərdi yaşayış evinin Texniki pasportundan görünür ki, Mingəçevir şəhəri İxtiyar Qasımov küçəsi 22 №-li evə Cavabdeh texniki pasport verilmişdir. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 fərdi yaşayış evi və 0.0455 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X14 adına qeydə alınmışdır. İşdə olan Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ifisində qeydə alınmış Cavabdeh əvəzinə X16 ilə X10 arasında 08 sentyabr 2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsində göstərilir ki, Musayev X11 şəhəri İxtiyar Qasımov küçəsi 22№-li ünvanda fərdi yaşayış evinin ərazisində yerləşən 0.0455 ha torpaq sahəsini 5200 manata X2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində onunla cavabdeh arasında 28 dekabr 2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsini bildirmiş, tələbini onunla əsaslandırmışdır ki, qardaşı olan cavabdehin təklifini qəbul edərək onun mülkiyyətində tikilmiş evə çəkilmiş xərc hesab olunan 31453 manat pulun əvəzinə o, mülkiyyətində olan mübahisəli torpaq sahəsini cavabdehə bağışlamağa , cavabdeh də mülkiyyətində olan torpaq sahəsini ona bağışlamaq razılığına gəlmişlər, o da inanıb mülkiyyətində olan torpaq sahəsini cavabdehə bağışlamış, lakin cavabdeh mülkiyyətində olan torpaq sahəsini ona bağışlamamış, nəticədə hər iki torpaq sahəsi cavabdehin mülkiyyətində qalmış, o da aldanılaraq torpaq sahəsi üzərindəki hüquqlarından məhrum olmuşdur. Eləcə də mülkiyyətində olan evin tikintisi üçün sərf olunmuş 31453 manat pulun tutulması da onun əmək haqqına yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinin tələbinə görə: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsində göstərilir ki, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. İddiaçı izahatında mülkiyyətində olan torpaq sahəsinin bağışlanma müqaviləsini aldadılmaqla bağlandığını bildirmiş, cavabdehin nümayəndəsi isə tələbə etirazında bağışlanma müüqaviləsinin bağlanması ilə bağlı tərəflər arasında heç bir razılaşma olmamasını, cavabdehin bağışlama müqaviləsinin müqabilində iddiaçının mülkiyyətində inşa olunmuş evin tikintisi üçün çəkilmiş xərcin tələbindən imtina etməsi və öz mülkiyyətində olan torpaq sahəsini iddiaçının adına keçirməsi barədə söz vermədiyini, iddiaçı könüllü, əvəzsiz olaraq mülkiyyətində olan topaq sahəsini cavabdehə bağışladığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının izahatı inandırıcıdır. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında uzun müddət torpaqla bağlı mübahisə, məhkəmə çəkişmələri olmuşdur. Belə ki, tərəflərin hər ikisinə eyni yerdə, eyni ölçüdə torpaq sahəsi verilmişdir. Cavabdeh özünün deyil, iddiaçının mülkiyyətində olan torpaq sahəsində ev tikdirmiş, evin sənədləşdirilməsi zamanı tərəflər arasında mübahisə yaranmış, hazırki iş üzrə cavabdeh ona dəymiş zərərin ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə 31453 (otuz bir min dörd əlli üç) manat pulun İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmiş, məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş icra olunması üçün göndərilmişdir. Bütün bunlardan sonra iddiaçının mülkiyyətində olan torpaq sahəsini əvəzsiz olaraq cavabdehə bağışlaması inandırıcı deyil. Cavabdehin vəsatəti ilə məhkəmə iclasında şahid kimi ifadə vermiş X16 ona atasının mübahisəli torpaq sahəsinin Afərin adına keçirilməsi ilə bağlı Salatını razılığa gətirdiyini dediyini, digər şahid kimi X3 ifadəsində qardaşı Arifin torpaqla bağlı mübahisəyə son qoymaq məqsədilə Salatınla tək özü danışıb razılığa gəlmək üçün onları otaqdan çıxarmasını, ancaq razılaşmanın nədən ibarət olmasını bilmədiklərini desələr də, məhkəmə hesab edir ki, torpaq sahəsinin cavabdehə bağışlaması üçün iddiaçı ilə razılaşma olmuşdur. İddiaçı da inanıb bağışlama müqaviləsini bağlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş, daşınmaz əmlakın bağışlanmasına dair 28 dekabr 2020-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlanmasına dair 28 dekabr 2020-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektorn Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-273/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-273/2022
15.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver