Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-280/2022 29.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, vəkili X10, Maraqlı şəxs rəisi X4 iştirakı ilə, Ərizəçi nikahın qeydə alınması faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mərhum əri X16 ilə arasında 12 dekabr 1970-ci ildə Xocalı kənd sovetliyində nikahlarının qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında bildidirdi ki, o, xx.xx.1951-ci il tarixdə Ağdam rayonu Çəmənli kəndində doğulmuşdur. 1970-ci ildə Stepanakert şəhəri, indik Xankənd şəhəri Xocalı kənd sakini X16 ilə ailə həyatı qurub. Nikahları 12 dekabr 1970-ci ildə Xocalı kənd sovetində qeydə alınmışdır. Məlum səbəblərə görə Xocalı faciəsi zamanı 26 fevral 1990-cı ildə məcburi köçkün düşən zaman bir çox sənədləri, eləcə də nikah haqqında şəhadətnamələri yaşadıqları yerdə qalmışdır. Həyat yoldaşı X16 14.11.2021-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra onun pensiyasını öz adına keçirmək istədikdə DSMF-nin Mingəçevir şəhər şöbəsi ona məxsus nikah haqqında şəhadətnaməni tələb etdi. Lakin nikah haqqında şəhadətnamə Xocalı faciəsi zamanı itdiyindən təqdim edə bilməmişdir. Ərizəsinin təmin olunmasını, onunla mərhum əri X16 ilə arasında12 dekabr 1970-ci ildə Xocalı kənd sovetliyində nikahlarının qeydə alınması faktının müəyyən olunmasını xahiş edir. Faktın müəyyən olunması ona pensiya təyini üçün lazımdır. Ərizəçinin vəkili X10 da məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs rəisi X11 məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. X33 Cəfər oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun anasıdır. X3 ilə anası Ərizəçi birgə nikahlarından 26.04.1971-ci ildə anadan olmuşdur. O, atası Cəfər Cəfərovla anası Ərizəçi arasında nikah qeydə alınması barədə şəhadətnaməni görmüşdür. Məlum hadisələrə görə Xocalı faciəsi zamanı 26 fevral 1990-cı ildə məcburi köçkün düşmüşlər. Həmin vaxt sənədləri yaşadıqları yerdə qalmışdır. X3 14.11.2021-ci il tarixdə vəfat etmişdir. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun anasıdır. X3 ilə anası X6 birgə nikahlarından 27.01.1974-cü ildə anadan olub. Məlum hadisələrə görə Xocalı faciəsi zamanı 26 fevral 1990-cı ildə məcburi köçkün düşmüşlər. X3 ilə anası Ərizəçi arasında nikahın qeydə alınması barədə evlənmək haqqında şəhadətnaməni görmüşdür. Məcburi köçkün düşən zaman sənədləri, eləcə də həmin şəhadətnamə yaşadıqları yerdə qalmışdır. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi ilə bir kənddə yaşayıblar, həm də Məhliqanın əri Cəfərlə qohumdular. Qohum kimi Cəfərin toyunda iştirak edib. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi Məhliqa qohumudur, həmçinin bir kənddə yaşayıblar. Onların toyunda yaxından iştirak edib. Məhliqa ilə Cəfərin arasında nikah qeydə alınmışdır. Nikah bağlanmamış toy etməyə icazə vermirdilər. İşdə olan şəxsiyyət vəsqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1951-ci ildə Ağdam rayonun Çəmənli kəndində anadan olmuşdur. İşdə olan şəxsiyyət vəsqəsinin surətindən görünür ki, X16 2 may 1939-cu ildə Xocalı şəhərində anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 26 yanvar 1977-ci il təvəllüdlü X13, 15 aprel 1979-cu il təvəllüdlü X18 və 20 yanvar 1985-ci il təvəllüdlü X8 valideynləri X16 və X9r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 15 noyabr 2021-ci ildə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlaının Reyestri Xidmətinin 27.01.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, X25 Vilayətinin Xocalı rayonunda tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri Azərbaycan Respublikasının həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbəsinin və X25 Vilayətinin arxivində saxlanılırdı. X25 Vilayəti isə 1992-2020-ci illər ərzində Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı altında olduğundan Ərizəçi ilə Cəfər Cəfərovun nikahının 05.12.1970-ci ildə Xocalı rayonunda qeydə alınmasına dair məlumat aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prossesual Məcəllənin 307.2 və 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyənedilməsi barədə işlərə baxır. Mülki Prossesual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi Ərizəçi 1970-ci ilin dekabr ayında X14 ilə ailə qurmuşdur. Onların birgə nikahlarından uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən də görünür ki, Ruhiyyə, Vəfa, Pərviz adlı uşaqların atası X14, anası X9r. Ərizəçi ilə Cəfər Cəfərov arasında rəsmi nikah qeydə alınmışdır. Lakin məlum hadisələrlə bağlı yaşadıqları Xocalı rayonunu məcburi tərk edərkən onlara məxsus sənədlər, eləcə də nikah haqqında şəhadətnamə əvvəl yaşadıqları yerdə qalmışdır. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti Aktlarının Reyestr Xidmətinin cavab məktubundan da görünür ki, Xocalı rayonunda tərtib edilmiş, vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri Dağlıq Qarabağ Muxtar Vilayətinin arxivində saxlanılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti isə 1992-2020-ci illərdə Ermənistanın işğalı altında olduğundan Ərizəçi ilə Cəfər Cəfərovanın nikahının qeydə alınması barədə məlumatın əldə edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ifadə verən şahidlər isə Ərizəçi ilə X14 el adəti ilə toy etdiklərini, aralarında rəsmi nikah qeydə alındığını bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə X14 arasında 12 dekabr 1970-ci ildə Xocalı rayon Qeydiyyat şöbəsində qeydə alınması faktı müəyyən edilməlidir. Faktın təsdiqi ərizəçiyə pensiyanın hesablanması üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə X14 arasında 12 dekabr 1970-ci ildə Xocalı rayon Qeydiyyat şöbəsində qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-280/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-280/2022
29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver