Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-285/2021 07.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Saad oğlu, Qəmbəro v Şamxal Allahverdi oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Əliyyədin qızına qarşı kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsinə baxaraq Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Saad oğlu, Qəmbəro v Şamxal Allahverdi oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Əliyyədin qızına qarşı kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC–nin nümayəndəsi Vüsal Həsənli məhkəməyə ərizə göndərərək iddia ərizəsinin qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə verdiyinə, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Saad oğlu, Qəmbəro v Şamxal Allahverdi oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Əliyyədin qızına qarşı kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-285/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-285/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver