Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X3 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və sair" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun tutulması və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndələri X7, X8, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-49/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASĊ və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 xx.xx.2014cü il tarixli, skmf-66 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə 237.185,02 manat, cərimə borcuna görə 300.000 manat olmaqla borcun cəmi məbləğində 2.029.682,52 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərdən xx.xx.2014-cü il tarixli, skmf-66 saylı Baş kredit müqaviləsi üzrə cəmi 2.029.682,52 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, tutma ipoteka predmeti olan əmlaka yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 qeyri-yaşayış binasından çıxarılması və qeyri yaşayış binasının boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, skmf66 saylı Baş kredit müqaviləsinə əsasən illik 6 (altı) faiz dərəcəsi olmaqla, 84 (səksən dörd) ay müddətinə 1 500 000 (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməlıq baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa borclunun bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2, X5 və Cavabdeh3 ilə İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixli, skmf-66 saylı zaminlik müqavilələri bağlanılmışdır. Maliyyə arayışına əsasən borclunun xx.xx.2014-cü il tarixli, skmf-66 saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 1 492 497,50 manat, faiz borcuna görə 237 185,02 manat, cərimə borcuna görə 300 000 manat olmaqla borcun cəmi məbləğində 2 029 682,52 manat təşkil edir. Sözügedən Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248.7 kv.m. olan 1 mərtəbəli mağaza binası iddiaçı bank qarşısında xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmiş, ipoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-49/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Fərid Hətəmzadə) ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli, skmf-66 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə 199.218,50 manat, cərimə borcuna görə 15.000 manat olmaqla cəmi 1,706,716 manat məbləğində borc, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutulacaq məbləğin Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasına yönəldilməsi, Abşeron rayonu, X12ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasının açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 12.400.000 (on iki milyon dörd yüz min) manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 245 (iki yüz qırx beş) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərar alınmışdır.
4. Həmin qətnamədən "xxxx" ASĊ və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, qətnamə faiz borcuna görə 199.218,50 manat və ipoteka predmetinin ilkin satış qiymətinin 12.400.000 (on iki milyon dörd yüz min) manat müəyyən edilməsi hissədə ləğv edilməlidir. Belə ki, məhkəmə müqavilə müddətinin bitmədiyini nəzərə almadan onların iddia tələblərinin artırılmasını 274 995,02 manat faiz məbləğində nəzərə almamışdır. Həmçinin bankdan alınan 1 500 000 manat kreditin hesabına tikilmiş istixana kompleksinin dəyəri qiymətləndirici tərəfindən 8 650 000 manat qiymətləndirilmişdir. Hesab edir ki, aşkar hesab səhvinə yol verilmişdir. Həmçinin Ali məhkəmənin bankın tərəf olduğu başqa iş üzrə mövqeyi belə olmuşdur ki, ipoteka predmetinin yaxşılaşdırılması onun dəyərini artırsa belə, tələb yalnız ipoteka ilə yüklü edilmiş hissəyə yönəldilə və ilkin satış qiyməti də ona uyğun şəkildə qoyula bilər. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti vahid məhkəmə təcübəsinin formalaşdırılması baxımından Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının birgə çıxardığı qərardada uyğun olaraq likvid olmalıdır. Məhkəmə isə qətnamədə bu məqamı nəzərə almamışdır. Odur ki, qətnamənin faiz borcuna görə 199.218,50 manat və ipoteka predmetinin ilkin satış qiymətinin 12.400.000 (on iki milyon dörd yüz min) manat müəyyən edilməsi hissədə ləğv edilərək, həmin hissələrə dair yenidən mühasibatlıq və məhkəmə tikkinti-texniki ekspertizaları keçirilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qismən, faiz borcu və dəbbə pulu hissədə ləğv edilməlidir, belə ki, keçirilmiş ekspertiza nəticəsində faizin hesablanması ona aydın olmamışdır, 15.000 manat cərimə borcu isə onu ağır maddi vəziyyətə salacaqdır. Odur ki, qətnamənin faiz və cərimə hissədə ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iddiaçının nümayəndələri X.Məmmədova və O.Mansurov ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. X.Məmmədova bildirmişdir ki, "xxxx"-nin verdiyi rəyə etiraz etmişlər, ipoteka ilə yüklü edilən əmlakla birgə predmet olmayan əmlaka da qiymət qoyulmuşdur, halbuki torpaq sahəsinin üzərində olan pomidor istixanası sonradan quraşdırılmışdır və bu onların iddia tələblərində yoxdur. Ona görə də hazırkı işin uzun müddətdir ki, məhkəmənin icraatında olmasına baxmayaraq, nə qədər ki, iddiaçı onlardır, yenidən qiymətləndirmə ekspertizasının keçirilməsində israrlı olduqlarından əmlakın likvid qiymətinin müəyyən edilməsi üçün mülki işin Azərbayan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Bildirdi ki, rəylə tanışdır və nəticəsi ilə razıdır, bankdan götürülən kredit də məhz bu parnikin yaradılması və yaxşılaşdırılması ilə bağlı götürülüb, bu kreditin təyinatı olubdur. Bu yaxınlarda kredit üzrə 550 min manat ödəniş edilibdir və aylıq da 30-40 min manat pul ödəmək fikirləri var.
9. Apellyasiya şikayətlərinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər, eləcə də sonuncu məhkəmə iclasına iddiaçı və Cavabdeh1 gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən apellyasiya şikayətlərinə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
11. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış skmf-66 saylı xx.xx.2014-cü il tarixli Baş kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə ******* (bir milyon beş yüz min) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, eyni tarixli “İpoteka müqaviləsi”nə görə isə, Cavabdeh1 skmf-66 saylı xx.xx.2014-cü il tarixli Baş kredit müqaviləsindən irəli gələn öhdəliyinin təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu, X12ndə olan 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasını İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
12. xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsinin 3.1-ci maddəsinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlaklar 2 300 000 (iki milyon üç yüz min) manat məbləğində qiymətləndirilmişdir (1-ci cild, i/v 39).
13. İddiaçı ASC ilə X5, Cavabdeh3 və Cavabdeh2 arasında ayrı-ayrılıqda bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən, adı çəkilən zaminlər Cavabdeh1 skmf-66 saylı xx.xx.2014- cü il tarixli Baş kredit müqaviləsindən irəli gələn öhdəliyinin (kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının) tamamilə və ya hissə-hissə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər.
14. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 03 noyabr 2014-cü il tarixli, skmf-66 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borcu 1.492.497,5 manat, faiz borcu 237.185,02 manat və cərimə borcu 300.000 manat olmaqla cəmi borcu 2.029.682,52 manat təşkil edir.
15. Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2019-cu il tarixli 21929 saylı rəyində ekspert qarşısında qoyulan suala cavab olaraq göstərilmişdir ki, 03 noyabr 2014-cü il tarixli, skmf-66 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 01 fevral 2019-cu il tarixə 1.497.750,00 manat əsas borcu, 56.141,88 manat faiz borcu, ümumilikdə 1.553.891,88 manat borcu müəyyən edilmişdir.
16. Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2020-ci il tarixli 9/4231 saylı rəyinə görə isə, 03 noyabr 2014-cü il tarixli, skmf-66 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 08 sentyabr 2020-ci il tarixə 1.497.750,00 manat əsas borcunun, 199.218,50 manat faiz borcunun, ümumilikdə 1.696.968,50 manat borcunun olduğu müəyyən edilmişdir.
17. İddiaçı bank cavabdehlərə ünvanlanmış bildirişlər çatdırılmaqla onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin surəti iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh1 məxsus olan Abşeron rayonu, X12ndə yerləşən **********79-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
19. "xxxx" MMC-nin 05 iyul 2019-cu il tarixli qiymətləndirilmə hesabatından görünür ki, Abşeron rayonu, X12 ərazisində olan, 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən 1205,9 kv.m ümumi sahədən ibarət olan əmlak kompleksinin hazırki dövrə olan bazar qiyməti 3.700.000 (üç milyon yeddi yüz min) manat qiymətləndirilmişdir.
20. Bununla yanaşı, məhkəmənin 25 noyabr 2019-cu il tarixli qərardadı əsasında "xxxx" MMC-nin 07 fevral 2020-ci il tarixli qiymətləndirmə rəyi də alınmış, rəyə əsasən "xxxx" MMC qiymətləndirmə şirkəti Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə olan 7.80 ha torpaq sahəsinin və üzərində olan Əmlak Kompleksi kimi müəssisənin ipotekada olan əmlakların dəyərinin 3.750.000 (üç milyon yeddi yüz əlli min) manat, ipotekada olmayan əmlakın (parnik-istixananın) bazar dəyərini isə 8.650.000 (səkkiz milyon altı yüz əlli min) manat olmaqla, ümumi dəyərini 12.400.000 (on iki milyon dörd yüz min) manat məbləğində qiymətləndirmişdir.
21. "xxxx" MMC-nin direktoru Günay İskəndərovanın məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda 07 fevral 2020-ci il tarixli qiymətləndirmə rəyində texniki səhv getdiyindən əmlakın bazar qiymətinin səhv yazıldığı qeyd edilmiş, habelə texniki səhvin düzəldilərək rəyin yenidən məhkəməyə göndərildiyi göstərilmişdir; sözügedən məktuba əlavə edilmiş və səhvlərin düzəldildiyi vurğulanan rəydə Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə olan 7.80 ha torpaq sahəsinin və üzərində olan Əmlak Kompleksi kimi müəssisənin ipotekada olan əmlakların dəyərinin 2.350.000 (iki milyon üç yüz əlli min) manat, faktiki ipotekada olmayan əmlakın (parnikistixananın) bazar dəyərinin isə 8.650.000 (səkkiz milyon altı yüz əlli min) manat olmaqla, ümumi dəyərinin 11.000.000 (on bir milyon) manat olduğu göstərilmişdir.
22. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, MB 17/0067 nömrəli rəyinə əsasən, Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə olan 7.8 ha torpaq sahəsinin və onun üzərində yerləşən mövcud əmlak kompleksi kimi müəssisənin xx.xx.2024-cü il tarixə hesablanmış bazar dəyəri, 11 800 000 (on bir milyon səkkiz yüz min) manat, likvid dəyəri 10 500 000 (on milyon beş yüz min) manat təşkil edir (3-cü cild, i/v 32).
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Abşeron rayonu, X12ndə yerləşən sözügedən əmlak kompleksinə baxış keçirilmişdir, lakin internet saytlarında Abşeron rayonu, X12ndə yerləşən əmlak kompleksinə analoji olan hər hansı bir əmlak kompleksi satışda olmadığından qərardadda qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamış, ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, həmin ərazi üzrə (Abşeron rayonu, X12ndə yerləşən torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisə) yerli internet saytlarında, həmçinin mərkəzdə məlumat olmadığından tədqiqat aparılmamışdır, bu səbəbdən ekspertiza aparılmasından imtina edilərək, mülki iş materialları icrasız geri qaytarılmışdır.
25. “X6”nin xx.xx.2025-ci il tarixli, 220 nömrəli rəyinə əsasən, Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə olan 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasının hazırkı real bazar qiymətləri ilə ümumi təqribi dəyəri 3 721 263,00 (üç milyon yeddi yüz iyirmi bir min iki yüz altmış üç) manat, likvid dəyəri 3 349 137,00 (üç milyon üç yüz qırx doqquz min yüz otuz yeddi) manat məbləğində müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
28. 135.10-cu maddəsinə əsasən, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
29. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
30. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
31. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
32. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
33. 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (əvvəlki redaksiyada).385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
35. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
36. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
37. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
39. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
40. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
41. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyanin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
42. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
43. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
44. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
45. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü ilə qədər qüvvədə olan redakiya).
46. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü ilə qədər qüvvədə olan redakiya).
47. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun:
48. 1.0.9-cu maddəsinə görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
49. 30.12.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
50. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.
51. Maddə 52. İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair №1 saylı, 20 iyul 2020-ci il tarixli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
53. Mülki Prosessual Məcəllə
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
57. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
58. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
59. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
60. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
61. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
62. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
63. 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
64. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən iddiaçı "xxxx" ASĊ-nin apellyasiya şikayətinə əsasən, ipoteka predmetinin satış qiyməti və faiz borcu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən faiz borcu və cərimə borcu hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı bankın apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərin) müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 10 500 000 (on milyon beş yüz min) manat müəyyən edilməli, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə müqavilə müddətinin bitmədiyini nəzərə almadan onların iddia tələblərinin artırılmasını 274 995,02 manat faiz məbləğində nəzərə almamışdır.
67. Məhkəmə kollegiyası həmin dəlillə bağlı bildirir ki, iddiaçı tərəfin verdiyi dəqiqləşmədə faiz borcu kimi tələb edilən məbləğ 237 185,02 manat olmuşdur (2-ci cild, i/v 26).
68. Rayon məhkəməsi həmin faiz borcu kimi tutulmalı məbləği 199.218,50 manat müəyyən edərkən, Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2020-ci il tarixli 9/4231 saylı rəyinə istinad etmişdir ki, həmin rəyə görə 03 noyabr 2014-cü il tarixli, skmf-66 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 08 sentyabr 2020-ci il tarixə 1.497.750,00 manat əsas borcunun, 199.218,50 manat faiz borcunun, ümumilikdə 1.696.968,50 manat borcunun olduğu müəyyən edilmişdir.
69. Hazırkı halda, iddiaçı həmin ekspert rəyini şübhə altına salacaq əsaslı, şübhədənkənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübut təqdim edə bilməmişdir. Belə olan halda, faiz borcu ilə bağlı hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.
70. İpoteka predmetinin satış qiymətinin müəyyən edilməsi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir.
71. Rayon məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından məhkəmə araşdırması zamanı qiymətləndirmə təyin edilmiş, "xxxx" MMC-nin 05 iyul 2019-cu il tarixli qiymətləndirilmə hesabatı ilə Abşeron rayonu, X12 ərazisində olan, 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən 1205,9 kv.m ümumi sahədən ibarət olan əmlak kompleksinin bazar qiymətinin 3.700.000 (üç milyon yeddi yüz min) manat olması müəyyənləşdirilmişdir. Bununla belə, ipoteka qoyan tərəfindən ipoteka predmeti olan 7.80 ha torpaq sahəsinə əlavə investiya qoyuluşu etdiyi (orada əlavə işlər gördürdüyü, tikili və qurğular tikdirdiyi) müəyyən edildiyindən təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 07 fevral 2020-ci il tarixli qiymətləndirmə rəyi ilə Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsinin və üzərində olan Əmlak Kompleksi kimi müəssisənin ipotekada olan əmlakların dəyərinin 3.750.000 (üç milyon yeddi yüz əlli min) manat, ipotekada olmayan əmlakın (parnik-istixananın) bazar dəyərinin isə 8.650.000 (səkkiz milyon altı yüz əlli min) manat olmaqla, ümumi dəyərinin 12.400.000 (on iki milyon dörd yüz min) manat müəyyən edilmişdir.
72. Əmlak kompleksinin ilkin satış qiyməti müəyyən edilərkən həmin torpaq sahəsində sonradan aparılan tikili və qurğular (parnikistixana) da nəzərə alınmalı, ipoteka predmetinin ilkin satış qiyməti kimi məhz 12.400.000 (on iki milyon dörd yüz min) manat məbləği əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, həmin tikili və qurğular (parnik-istixana) iqtisadi dəyərə malik olmaqla ipoteka predmetinin ümumi dəyərini əhəmiyyətli dərəcə artıran xüsusiyyətə malikdirlər. Təbii ki, ipoteka predmeti hərracda satışa bir vahid əşya kimi çıxarılacaqdır və bu baxımdan həmin tikili və qurğuların (parnik-istixana) əmlakın ilkin satış qiyməti müəyyən edilərkən nəzərə alınmaması ipoteka qoyanın hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxartmaqla yanaşı, ədalətli də olmazdı.
73. İşə apellyasiya qaydasında baxılarkən, ipoteka predmetinin ilkin satış (likvid) dəyərinin müəyyən edilməsi ilə bağlı müvafiq ekspertizalar keçirilməsi barədə qərardadlar qəbul edilmiş, buna əsasən verilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, MB 17/0067 nömrəli rəyinə əsasən, Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə olan 7.8 ha torpaq sahəsinin və onun üzərində yerləşən mövcud əmlak kompleksi kimi müəssisənin xx.xx.2024-cü il tarixə hesablanmış likvid dəyəri 10 500 000 (on milyon beş yüz min) manat, “X6”nin xx.xx.2025-ci il tarixli, 220 nömrəli rəyinə əsasən, Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə olan 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasının hazırkı likvid dəyəri 3 349 137,00 (üç milyon üç yüz qırx doqquz min yüz otuz yeddi) manat məbləğində müəyyən edilmişdir.
74. Eyni zamanda, iddiaçı tərəfin israrlı mövqeyinə əsasən, ipoteka predmetinin qiymətləndirilməsi barədə qərardadın icra edilməsi həm də Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsə də, həmin ipoteka predmetinə analoji olan hər hansı bir əmlak kompleksinin satışda olmaması əsası ilə, qərardadın icrasından Mərkəz tərəfindən iki dəfə imtina edilmişdir.
75. Onu da qeyd etmək lazımdır ki, hələ xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsinin 3.1-ci maddəsinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlaklar müstəqil qiymətləndirici tərəfindən 2 300 000 (iki milyon üç yüz min) manat məbləğində qiymətləndirilmişdir (1-ci cild, i/v 39).
76. Beləliklə, Məhkəmə kollegiyası həmin rəyləri müqayisəli təhlil edərək, belə qənaətə gəlir ki, ipoteka predmetinin likvid dəyərinin 3 349 137,00 (üç milyon üç yüz qırx doqquz min yüz otuz yeddi) manat müəyyən edilməsi barədə “X6”nin xx.xx.2025-ci il tarixli, 220 nömrəli rəyi daşınmaz əmlak bazarında qiymətlərin artım tendensiyasına aşkar zidd olmaqla yanaşı, həm də qətiyyən ağılabatan hesab edilə bilməz.
77. Bu baxımdan, həmin ipoteka predmetinin likvid dəyərinin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, MB 17/0067 nömrəli rəyinə əsasən, 10 500 000 (on milyon beş yüz min) manat müəyyən edilməsi həm daşınmaz əmlak bazarındakı qiymətlərin artım tendensiyasına uyğun, həm də ağılabatan olduğu üçün, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, ipoteka predmetinin likvid dəyəri 10 500 000 (on milyon beş yüz min) manat müəyyən edilməlidir.
78. Məhkəmə kollegiyası iddiaçı tərəfin ipoteka predmetinin likvid dəyəri müəyyən edilərkən, həmin torpaq sahəsində yerləşən istixananın da qiymətinin hesablandığı, lakin həmin istixana ipoteka predmeti olmadığından ipoteka predmetinin likvid dəyəri müəyyən edilərkən həmin istixananın dəyərinin hesablanmalı olmaması barədə dəlili üzrə isə bildirir ki, rayon məhkəməsinin də haqlı olaraq göstərdiyi kimi, əmlak kompleksinin ilkin satış qiyməti müəyyən edilərkən həmin torpaq sahəsində sonradan aparılan tikili və qurğular (parnik-istixana) da nəzərə alınmalıdır ki, həmin tikili və qurğular (parnik-istixana) iqtisadi dəyərə malik olmaqla ipoteka predmetinin ümumi dəyərini əhəmiyyətli dərəcə artıran xüsusiyyətə malikdirlər. Təbii ki, ipoteka predmeti hərracda satışa bir vahid əşya kimi çıxarılacaqdır və bu baxımdan həmin tikili və qurğuların (parnik-istixana) əmlakın ilkin satış qiyməti müəyyən edilərkən nəzərə alınmaması ipoteka qoyanın hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxartmaqla yanaşı, ədalətli də olmazdı.
79. Məhkəmə Kolegiyası bununla bağlı həmçinin qeyd edir ki, MM-in 135.4-cü maddəsinə görə, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
80. MM-in 135.10-cu maddəsinə görə, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
81. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə görə, ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.
82. Beləliklə, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, X12ndə 7.80 ha torpaq sahəsi üzərində olan istixana-torpaqla möhkəm bağlı olan daşınmaz əşya olmaqla vahid mülkiyyət obyektidir, həmin istixana ipoteka predmetinin ümumi dəyərini artırdığından, ipoteka predmetinin hərracdan satılması halında ipoteka predmeti olan torpağın üzərində yerləşən daşınmaz əşya kimi istixana da satılacağından həmin ipoteka predmetinin likvid dəyəri müəyyən edilərkən onun dəyərinin də hesablanması labüddür.
83. Cavabdeh1 apellyasiya şikayətinin bir dəlili borc üzrə faiz borcunun hesablanmasının ona aydın olmaması və 15.000 cərimə məbləğinin onun maddi vəziyyətinin ağırlaşdırması barədədir.
84. Kollegiya faiz borcu ilə bağlı bildirir ki, MPM-in 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Rayon məhkəməsi hazırkı iş üzrə faiz borcunu müəyyən edərkən, Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2020-ci il tarixli 9/4231 saylı rəyinə istinad etmişdir ki, həmin rəyə görə isə, 03 noyabr 2014-cü il tarixli, skmf-66 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 08 sentyabr 2020-ci il tarixə 1.497.750,00 manat əsas borcunun, 199.218,50 manat faiz borcunun, ümumilikdə 1.696.968,50 manat borcunun olduğu müəyyən edilmişdir.
85. Beləliklə, rayon məhkəməsi faiz borcunun məbləğinin müəyyən edilməsi üçün müvafiq prosessual qanuna uyğun olaraq ekspertiza keçirmiş, nəticədə də həmin rəyə uyğun olaraq 199.218,50 manat faiz borcunun tutulması qənaətinə gəlmişdir, bu baxımdan, faiz borcu ilə bağlı Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsassızdır.
86. Cərimə borcu hissədə də Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçı 300.000 manat cərimə borcunun tutulmasını tələb etmişdir. Rayon məhkəməsi tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinə istinad edilərək, cərimə məbləği 15.000 manat müəyyən edilmişdir, bu hazırkı iş üzrə tutulan əsas və faiz borcuna münasibətdə cavabdehin maddi vəziyyətini ağırlaşdırmır. Odur ki, apellasiya şikayəti həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasının ilkin satış qiymətinin (likvid dəyərin) müəyyən edilməsi hissəsində dəyişdirilməli, qeyd edilən ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 10 500 000 (on milyon beş yüz min) manat müəyyən edilməli, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
87. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları şikayət vermiş şəxslərin özlərinə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh1 tutulmalıdır.
88. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-49/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 məxsus Abşeron rayonu, X12ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasının ilkin satış qiyməti (likvid dəyəri) 10 500 000 (on milyon beş yüz min) manat müəyyən edilsin. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları şikayət vermiş tərəflərin özlərinə aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 500 (yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına, 1000 (min) manat X2 (VÖEN **********, İBAN: AZ94BRES**********474602201, "xxxx" ASC-nin “Nərimanov” filialı, kodu: 513489, M/h: AZ80NABZ********************, SWİFT:BRESAZ22) hesabına Cavabdeh1 alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.